XVII əsr Qərbi Avropa ədəbiyyatı
181
çıxarır. Vəfat etmiş dramaturqun evini dövrəyə alan
fanatiklər onun basdırılmasına mane olmağa çalışırlar.
Molyerin dul qadını pəncərədən pul səpir ki, dindarlar
tərəfindən qızışdırılmış kütlədən yaxa qurtarsın. Kralın işə
qarışması, arxiyepiskopun hökmünü ləğv etməsindən sonra
Molyerin meyitini Sen-Jozef qəbiristanlığında hasarın
kənarında heç bir mərasim icra etmədən dəfn edirlər. Lakin
onun tabutu arxasınca sənətkara son borcunu vermək üçün
böyük bir xalq kütləsi gedirdi.
Molyerin estetik görüşləri. Molyer öz yaradıcılı-
ğında və teatr haqqındakı mülahizələrində klassisizm
mövqeyində dayanmış, digər klassisistlər kimi əksər halda
birtərəfli, statik, ziddiyyət və inkişafdan uzaq olan surətlər
yaratmışdır. Onun əsərlərində də müəllif tendensiyası birxətli
və çılpaq şəkildə özünü büruzə verir. Klassisist dramaturgiya
nəzəriyyəsinə tabe olan Molyer məhdud tendensiyaçılıq
çərçivəsində də həyati, həqiqətə uyğun surətlər yaratsa da,
klassisizmin qanuniləşmiş estetik görüşləri onun yaradıcılıq
imkanlarını məhdudlaşdırmışdır. Başqa klassisistlər kimi
onun da istedadı ilə dövrünün ədəbi normaları toqquşmuş, o
da bir çox halda bu normalar qarşısında geri çəkilmişdir.
Bununla bərabər Molyerin estetik görüşlərində
dövrünün normativ baxışlarını ötüb keçmək meylləri də
çoxdur. O, belə hesab edir ki, "komediyanın vəzifəsi
insanları əyləndirərək və tərbiyə etməkdən ibarətdir". Molyer
komediyanın, satirik teatrın ictimai əhəmiyyətini gözəl başa
düşürdü, hər bir adam öz bacarıq və istedadına uyğun olaraq
insanlara xidmət etməlidir. Bu mənada Molyer əsrin
eyiblərini gülməli təsvirlər vasitəsilə ifşa etməyi özünün
cəmiyyət qarşısında əsas borcu sayırdı. Ədibin fikrincə, ciddi
əxlaqın ən yaxşı nümunələri satiraya nisbətən daha
gücsüzdür. "Biz eyibləri kütləvi gülüş hədəfinə çevirməklə
onlara ağır zərbə endirmiş oluruq." Böyük tərbiyə edici
Afaq Yusifli İshaqlı
182
qüvvəyə malik olan teatrın cəmiyyətin həyatındakı
əhəmiyyəti haqqında Molyer dönə-dönə söhbət açmışdır.
Ona görə də dramaturq həyatın gerçək konfliktlərini doğru,
dürüst əks etdirən sənət uğrunda bütün istiqamətlərdə müba-
rizə aparırdı. Aktyor oyunundan sadəlik, təbiilik tələb edirdi.
İstəyirdi ki, səhnədən deyilən şeirlər adi danışıqda olduğu
kimi söylənilsin. Məhz bu cəhətlərinə görə dövrün bir çox
mühafizəkar tamaşaçıları və tənqidçiləri Molyer teatrını
sadəliyinə, adiliyinə görə xoşlamırdılar. Molyer bütün varlığı
ilə səmimilik, təbiilik, sadəlik, doğruluq uğrunda mübarizə
aparırdı. Müasirləri Molyeri başa düşməkdən hələ çox uzaq
idilər. Hətta J.Rasin də öz faciələrini Molyer teatrında oyna-
mağa ona görə icazə vermirdi ki, burada müəllif mətninin
səhnə təcəssümü həddindən artıq təbii bir metodla həyata
keçirilirdi.
Teatrı cəmiyyətin aynası sayan Molyer klassisist
faciənin həyatdan uzaq düşməsinə, səhnə obrazlarının
sxematikliyinə, yaradılmış vəziyyətlərin uydurma və
qondarmalığına görə tənqid edirdi. Molyerin ayrı-ayrı
mülahizələrində klassisist teatrın islah edilməsi fikirləri ilə
qarşılaşırıq. Molyer, bir tərəfdən belə hesab edirdi ki,
komediyada təsvir edilən surətlərdə əsrin adamları özlərini
tanımalıdırlar, digər tərəfdən həmin surətlər toplayıcı,
ümumiləşdirici keyfiyyətə malik olmalıdır. Ətrafda olan
adamlardan kimisə yada salmayan surət yaratmaq mümkün
olmadığı kimi, komediyada kimisə eyni ilə təkrar edən surət
axtarmaq dəlilikdir.
Molyerin müxtəlif münasibət və formada söylədiyi
bu fikirlər sonralar realist fikrin yaranmasında mühüm rol
oynamışdır.
"Gülünc ədabazlar". Molyerə böyük şöhrət qazan-
dıran ilk orijinal komediya 1659-cu ilin 18 noyabrında
Parisdə tamaşaya qoyulan bir pərdəli "Gülünc ədabazlar"
XVII əsr Qərbi Avropa ədəbiyyatı
183
pyesidir. Pyesin qeyri-adi müvəffəqiyyətinin səbəbi onun
ətrafında kübar dairələrdə yaranan hay-küy və narazılıqla
daha çox bağlıdır. Molyer bu kiçik əsərində markiza
Rambulyenin salonunu gülüş hədəfinə çevirməyə cəsarət
etmişdi. Təzə peyda olmuş dramaturq və aktyorun cəsarəti
kübar
dairələri
qəzəbləndirdiyindən
onlar
əsərin
oynanılmasını qadağan etmişdilər. Lakin bu qadağan olunma
ancaq iki həftə davam etdi. Pyes iki həftədən sonra yenidən
tamaşaya qoyuldu və daha böyük şöhrət qazandı. Molyer
təkcə kübar dairələrdə geniş yayılmış ədabazlıq, modabazlıq
azarını yox, həm də Fronda zadəganlarını sənətkarlıqla
məsxərəyə qoyurdu kardinal Mazarini ona öz sarayında
baxmağa arzu etdi.
Əsərin əsas qəhrəmanları Kato və Madlon adlı iki
meşşan qızdır. Kübar ədabazlarının zövqünə uyğun çoxlu
roman, şeir oxumuş bu qızlar əyalətdən Parisə gəlir, markiza
Rambulye kimi şöhrət qazanmaq arzusu ilə yaşayırlar.
Pyesdə xanım Rambulyenin və onu əhatə edən adamların adı
çəkilməsə də, söhbətin kimdən getdiyi tamaşaçılara yaxşı
məlum idi. Kato və Madlon əsl kübar ədabazlardan deyillər,
onlar həmin ədabazları yamsılayan, onların yolu ilə getmək
istəyən yüzlərlə, minlərlə adamlardandırlar. Sadə, aydın,
səmimi danışıq onları darıxdırır, ikrah doğurur. Bu meşşan
qızlara Laqranj və Dükrüazi kimi iki zadəgan evlənmək
təklif etdikdə, onlar bunu romanın axırından başlamaq kimi
qiymətləndirir və qəbul etmirlər. İş-gücləri boyanmaq,
güzgülənmək, ədalı-ədalı danışmaq olan bu qızlar öz adlarını
belə kobud sayır və özlərinə ədabazlıq romanlarında olan
adlara uyğun adlar seçirlər. Madlonun atası Qorjibüs qızını
və qardaşı qızını adları ilə çağıranda, qızı ona deyir: "O
yarəb, siz necə də vulqarsınız. İnanmaq çətindir ki, belə bir
ata dünyaya belə bir ziyalı qız gətirmiş olsun! Məgər incə
üslubda hər hansı bir Katos və Madelondan danışırlar? Etiraf
Dostları ilə paylaş: |