Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə57/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
172 
sakinlərinə  xəbər  verməli  idi.  Merkuri  yerə  enən  kimi 
əvvəlcə  çoban  olur,  lakin  çobanlıq  dövrünün  keçdiyini, 
kəndlinin  yoxsulluq  içində  yaşadığını,  çobanların  əxlaqının 
kobudlaşdığını  görən  Merkuri  tacirliyə  başlayır.  Oğurluq, 
fırıldaq,  sələm  və  qarət  vasitəsilə  bankirliyə  qədər  yüksəlir. 
Bundan  sonra  da  Merkuri  bir  çox  vəzifələrdə  çalışır, 
universitet  gözətçisi,  professor,  kollec  direktoru,  vəkil, 
həkim,  saray  şairi  olur.  Sarayda  o,  büsbütün  pozulur, 
nəzakətli  şeirlərlə  alver  edir,  miyançı  olur,  özü  üçün  oğru 
dəstəsi  düzəldir.  Nəhayət,  onu  tuturlar  və  edam  cəzasına 
məhkum  edirlər,  lakin  Yupiter  öz  ildırımları  ilə  cəlladı  və 
mühafizəçiləri  öldürüb  onu  xilas  edir.  Merkuri  göydə 
allahların  məclisində  gördüklərindən,  eşidilməmiş  var-
dövlətdən,  kübarların  şəhvətpərəstliyindən,  kiçik  insanların 
dəhşətli  yoxsulluğundan,  cəmiyyətin  bütün  təbəqələrinin 
pozulmasından  söhbət  açır.  Yupiter  get-gedə  eybəcərləşən 
insan  nəslinə  lənətlər  yağdırır.  Bu  satira  kəskin  ictimai 
məzmunu,  dövrün  bir  çox  nüfuzlu  adamlarına  qarşı  açıq-
aydın hücumları ilə diqqəti cəlb edir. 
Füreyterin ədəbi irsində "Burjua romanı" mühüm yer 
tutur.  Bu  əsər  Fransada  realist  məişət  romanlarının  inkişafı 
baxımından mühüm mərhələ təşkil edir. Romanda XVII əsrin 
ortalarının  Paris  burjuaziyasının  əxlaqı  və  məişətinin  bitkin 
realist  mənzərəsi  yaradılmışdır.  Burada  qəhrəmanlar, 
qəhrəman qadınlar, döyüşən ordular, dağılan krallıqlar deyil, 
adi  insanlar  təsvir  olunur,  öz  yolu  ilə  səssizcə  hərəkət  edən 
bu  adamların  bəziləri  gözəl,  bəziləri  eybəcərdir,  bəziləri 
ağıllı, bəziləri axmaqdır. 
Romanın  əsas  surətləri  prokuror  Volmişon,  onun 
arvadı,  qızı  Javotta,  markiz  Nikodom,  qonşu  qadın  Tuanon 
və  başqalarıdır.  Prokuror  Volmişon  tülüngü  və  kələkbazdır, 
lakin evdə heç bir hörməti yoxdur, arvadı onu başmaq altında 
saxlayır.  Onun  qızı  Javotta  nəzakətli  romanlar  oxusa  da, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
173 
hiyləgərlik  işlədib  ərə  getmək  üçün  markizi  ələ  keçirir. 
Markiz  Nikodomun  yüngül  əxlaqlı  adam  olduğunu 
öyrəndikdə  isə  onu  evdən  qovurlar.  Əsərdə  heç  bir  sünilik, 
fəsalət  və  bəlağət  nişanəsi  yoxdur.  Adi  həyatın  prozası 
burada ədəbi normaya çevrilmişdir. 
Füreyterin əsəri süjetinin maraqlı qurulması ilə deyil, 
meşşan  həyat  tərzinin,  əxlaq  və  vərdişlərinin  təfərrüatlı 
təsviri  ilə  diqqəti  cəlb  edir.  Ev  əşyalarının  düzülüşü  də, 
süfrəyə gətirilən səhər və şam yeməklərinin təsviri də yazıçı 
tərəfindən eyni diqqətlə qələmə alınmışdır. 
Füreyter burjua gerçəkliyini doğru, dəqiq əks etdirən 
bir 
roman 
yazmaq 
istəmiş, 
bununla 
bərabər, 
karikaturaçılıqdan  və  məsxərəçilikdən  də  qaçmışdır.  Əsərin 
qəhrəmanlarını  yazıçı  o  qədər  canlı  təsvir  etmişdir  ki, 
müasirləri  bunların  arxasında  dövrün  adamlarının  həqiqi 
portretlərini  görmüş  və  axtarmışlar.  Düzdür,  Volmişen 
obrazının  əsasında  Paris  parlamentinin  prokuroru  Rollenin 
dayandığı yaxşı məlumdur. Lakin Füreyter həyatda gördüyü 
adamların  sifətlərini  olduğu  kimi  öz  əsərinə  köçürməmiş, 
ümumiləşdirmə apararaq müstəqil tiplər yaratmışdır. 
"Burjua  romanı"  XVII  əsr  fransız  ədəbiyyatında  so-
nuncu  əxlaq  romanı  idi.  Bu  romanın  ənənələrinin  bilavasilə 
davamını ancaq XVIII əsrdə Lesajın yaradıcılığında görürük. 
 
MADAM  DE  LAFAYET  /1634-1693/.  XVII  əsrin 
fransız  ədəbiyyatında  bədii  nəsrin  ən  istedadlı  nümayən-
dələrindən  biri  də  qrafinya  de  Lafayetdir.  İntibah  dövrünün 
realist 
ənənələri 
ilə 
Rasinin 
faciələrindəki 
insan 
psixologiyasına  dərdindən  nüfuz  etmək  keyfiyyətlərini 
məharətlə  birləşdirən  madam  de  Lafayet  ilk  realist  fransız 
romanının  yaradıcısıdır.  Tədqiqatçılar  haqlı  olaraq  onun 
"Klev  prinsessası"  əsərini  klassisizm  dövrünün  yeganə 
həqiqi  romanı  sayırlar.  "Klev  prinsessası"  romanı  dərin 


Afaq Yusifli İshaqlı 
 
 
174 
psixologizmi,  insan  həyəcanlarının  realist  təqdimi  ilə  bütün 
XVIII  əsrdən  keçərək  Balzakın,  Stendalın,  Floberin 
romanları ilə səsləşir. 
Mari-Madlen  de  Lafayet  gəncliyində  markiza 
Rambulyenin  presiyözlük  mərkəzi  olan  salonuna  gəlib-
gedənlərdən  biri  olmuşdur.  Burada  incə,  nəzakətli  zövqlər, 
macəralarla dolu pastoral romanlar geniş dəbdə idi. Madam 
de Lafayet də ilk vaxtlar bu salonun zövqünə uyğun barokko 
üslubunda romanlar yazmışdır. Onun ilk romanı olan "Zaida" 
əsəri də həmin dövrün məhsuludur. Əsərdə dəniz quldurları, 
gəmi qəzaları, oğurlamalar, qaçmalar, tanımalar, görünməmiş 
ölkələr,  məlum  olmayan  zamanlar  bir-birinə  qarışıb  əlvan 
mənzərə  yaradır.  Artıq  bu  əsərdə  presiyöz  romanların 
çoxundan  fərqli  olaraq  qəhrəmanın  hərəkətini  psixoloji 
cəhətdən  əsaslandırmaq  meyli  özünü  büruzə  verir.  "Klev 
prinsessası" romanında isə bu əsas prinsipə çevrilir. 
Bu  romanın  yazıldığı  dövrdə  madam  de  Lafayet 
Laroşfuko ilə yaxından dost idi, onlar bir-birini sevirdilər. Bu 
dostluq  və  sevgi  onların  hər  ikisinin  yaradıcılığına  səmərəli 
təsir göstərmişdir. Madam de Lafayet bu cəhətə işarə edərək 
yazmışdır: "Laroşfuko mənim ağlımı zənginləşdirdi, mən isə 
onun qəlbini təzələdim." Əvvəlki əsərlərində olduğu kimi bu 
romanını  da  ədib  katibi,  yazıçı  Seqrenin  imzası  ilə  nəşr 
etdirmişdir.  Lakin  fransız  kübar  dairələri  əsərin  kim 
tərəfindən 
yazıldığını 
müəyyənləşdirməkdə 
çətinlik 
çəkmədilər.  Memuar  ədəbiyyatı  üslubunda  yazılan  "Klev 
prinsessası"  romanı  süjetinin  sadəliyi,  təsvir  vasitələrinin 
xəsisliyi  ilə  diqqəti  cəlb  edir.  Yazıçı  müəllifliyini 
hiyləgərliklə  boynundan  ataraq  roman  haqqında  yazmışdır: 
"Mən  onu  yaxşı  yazılmış,  artıq  cilalanmaqdan  uzaq,  heyran 
edici  incəliklərlə  dolu  xoşa  gələn  bir  əsər  sayıram.  Onu 
dönə-dönə  oxumaq  olar,  mən  onda  saray  cəmiyyətinin  və 
onun  həyat  tərzinin  çox  gözəl  təsvirini  görürəm.  Onda 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə