Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə53/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
160 
onlar  başa  düşülən  nitqə  malikdirlər  və  qədlərini 
düzəltdikləri  vaxt  insan  simasına  malik  olduqları  bilinir. 
Həqiqətən də məlum olur ki, onlar insandırlar. Gecələr onlar 
öz  mağaralarına  çəkilirlər,  su,  köklər  və  qara  çörəklə 
aclıqlarını  söndürürlər;  onlar  başqalarını  yaşamaq  üçün 
əkmək,  səpmək,  məhsulu  yığmaq  zərurətindən  azad  edirlər 
və  buna  görə  də  səpdikləri  çörəksiz  qalmamaq  hüququnu 
qazanırlar." 
Labrüyerin bu təsvirində onun xalqa məhəbbəti, xalqı 
bu  günə  salan  hakim  təbəqələrə  nifrəti,  qəzəbi  ifadə 
olunmuşdur.  O, həmişə  özünü xalqın övladı saymış, özü ilə 
onların taleyi arasında yaxınlıq görmüşdür. "Üzümlüklərdəki 
işçinin,  əsgərin,  daşyonanın  taleyi  mənə  imkan  vermir  ki, 
mənim  knyaz  və  nazirlərə  məxsus  nemətlərim  olmadığına 
görə  şikayətlənim."  Labrüyerin  bu  tipli  müqayisələrində 
xalqa  məhəbbəti,  onun  mənəvi  gözəlliyinə,  yüksəkliyinə 
inamı  da  əks  olunmuşdur:  "Xalqda  düşüncə  yoxdur,  ancaq 
aristokratların  da  qəlbi  yoxdur.  Birincinin  nəcib  qəlbi  var, 
zahiri  görkəmi  yoxdur,  ikincilərdə  isə  ancaq  zahiri  görkəm 
və  parıltı  var.  Seçmək  lazımdırsa,  mən  tərəddüd  etmərəm. 
Mən xalq içərisindən çıxmış adam olmaq istərəm." 
Labrüyerin əsərindəki bu demokratizm həm də onun 
hakim  dairələrə  nifrətində,  qəzəbində  öz  əksini  tapır.  O, 
ehtirasla  cəmiyyətdə  hökm  sürən  ədalətsizliklərə  qarşı  çıxır, 
arzu  edir  ki,  cəmiyyəti  ağıl  idarə  etsin.  Buradan  da,  o, 
ədalətli, maarifpərvər hökmdar ideyasına gəlib çıxır. 
Yüksəlməkdə  olan  burjua  cəmiyyətinin  kölgəli 
cəhətləri də  yazıçı tərəfindən tənqid olunur.  Labrüyer  yazır: 
"Çirkab  və  tullantılardan  tökülmüş,  nəcib  insanlar  şöhrət  və 
nəcabətə vurulan kimi var-dövlətə və qazanca vurulmuş rəzil 
canlar  da  mövcuddur;  onlar  ancaq  bir  ləzzətə  qabildirlər  – 
qazanmaq  yaxud  heç  nə  itirməmək;  onfaizlik  qazanc 
haqqındakı  şayiələrə  daha  çox  maraqlı  və  hərisdirlər;  ancaq 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
161 
öz  borcluları  ilə  məşğuldurlar;  ancaq  qiymətlərin  aşağı 
düşməsindən,  yaxud  pulların  qiymətinin  əskilməsindən 
narahat  olurlar;  müqavilələrdə,  alverlərdə,  kağızlarda  batıb 
qalıblar;  bu  cür  varlılar  artıq  nə  valideyn,  nə  dostlar,  nə 
vətəndaşlar,  nə  xristianlardır,  bunlar  ola  bilsin  ki,  artıq 
insanlar  deyillər,  bunlar  pul  sahibləridir."  Molyer  "Xəsis" 
komediyasında bu tipli adamın canlı surətini yaradır. 
Labrüyer həmçinin özünü yüksək istedadlı ədəbiyyat 
tənqidçisi  kimi  göstərmiş,  Kornel,  Rasin  və  dövrün  başqa 
yazıçıları  haqqında  yığcam  və  çox  dəqiq  fikirlər  irəli 
sürmüşdür.  Onun  əsəri  çoxlu  əks-sədalar  oyatmış,  Renyar, 
Dankur,  Detuş  öz  komediyalarında  onun  fikirlərindən 
istifadə  etmişlər.  Lesaj,  Monteskye,  Didro,  Russo  kimi 
maarifçilər  də  onun  əsərindən  təsirlənmişdilər.  Rus 
ədəbiyyatında  Kantemirin  və  Fonvizinin  yaradıcılığında 
Labrüyerin əsərlərinin müəyyən izlərini görmək olar. 
 
RENESSANS  REALİZMİ 
 
XVII  əsrin  ədəbiyyatında  klassisizm  və  barokko  ilə 
yanaşı  onların  hər  ikisinə  zidd  olan  realist  burjua  ədəbi 
cərəyanı da təşəkkül tapmağa başlayır. Bu cərəyana mənsub 
olan  yazıçıların  əsərlərində  adi  məişətin  və  sıravi  adamların 
təsvirinə daha çox diqqət yetirilir, həyat həqiqətlərinin doğru 
əks  etdirilməsinə  daha  sox  meyl  göstərilirdi.  İntibah 
dövrünün  realist  ənənələri  ilə  bağlı  olan  bu  cərəyanı  bəzən 
məişət realizmi kimi səciyyələndirirdilər. Onların əsərlərində 
realizmin  sadəlövh  səciyyə  daşımasına,  insanın  daxili 
aləminin,  hiss  və  ehtiraslarının  təsvirinə  az  meyl 
göstərilməsinə  baxmayaraq  bu  ədəbi  cərəyan  XVII  əsr 
ədəbiyyatında  realizmin  formalaşmasında  mühüm  rol 
oynamışdır.  Bu  cərəyanın  əsas  xidməti  ondadır  ki,  onun 
nümayəndələri feodalizm cəmiyyətini idealizə edən barokko 


Afaq Yusifli İshaqlı 
 
 
162 
ədəbiyyatı  ilə  ciddi  mübarizə  aparmış,  onun  presiyoz  üslub 
və qanunlarına qarşı cəsarətlə döyüşmüşlər. 
Bu  cərəyanın  nümayəndələrinin  adi  məişət  möv-
zusuna,  sadəlövh  gerçəkliyə  meyli  presiyoz  ədəbiyyatın 
nəzakətli  şikəst  üslubuna  qarşı  yönəlmişdi.  Lakin  burada 
onlar  başqa  bir  ifratçılığa  varırdılar.  Əgər  bir  tərəfdə  vulqar 
və hamı tərəfindən qəbul olunmuş ənənələr, hadisələr, faktlar 
qarşısında  qorxudan  qeyri-adiliyə  və  qəribəliyə  pərəstiş 
hökm  sürürdüsə,  əks  cəbhədə  adiliyə  maraq  bayağılığa 
səcdəyə  gətirib  çıxarırdı.  Nəsr  sahəsində  bu  cərəyan  ləng 
inkişaf 
edir, 
antik 
mənbələrə 
ispan 
və 
italyan 
nümunələrindən, İntibah dövrünün novellalarından qidalanır, 
onlara  istinad  edərək,  ehtiyatla,  yan-yörəsinə  baxa-baxa 
irəliləyirdi. Jan-Barklayın "Evfortion", Aqrippa d`Obinyenin 
"Baron  de  Fenestanın  macəraları",  Teofil  de  Vlonun  "Bir 
sərgüzəştin fraqmentləri" əsərləri bu istiqamətdə yaranan ilk 
əsərlər  idi.  Lakin  realist  romanın  ilk  qiymətli  nümunələrinə 
Ş.Sorelin yaradıcılığında rast gəlirik. 
 
ŞARL  SOREL.  /1602-1674/.  Sorelin  həyatının  ilk 
dövrləri  haqqında  məlumat  azdır.  O,  varlı  əyalət  burjua 
ailəsində  doğulmuşdur.  Atası  sonra  Parisə  gəlmiş  və 
parlamentdə  prokuror  vəzifəsi  almışdır.  Sorel  Parisdə 
oxumuş,  latın  dilini  öyrənmişdir,  lakin  elə  bu  vaxtlar  onda 
antik dövrə qarşı ikrah oyanmışdır. Kolleci bitirdikdən sonra 
hüquq  məktəbinə  yerləşdirilsə  də,  hüquq  onu  cəlb 
etməmişdir.  Sorel  ədəbiyyatçı  olmağı  arzulayırdı.  Onun  ilk 
təcrübələri,  xüsusən  şeirləri  zəif  olmuş,  diqqəti  cəlb 
etməmişdir. 
Ədəbi  qazancla  özünü  dolandırmağa  çalışan  Sorel 
1622-23-cü  illərdə  presiyoz  ədəbiyyatının  təsiri  ilə 
"Anjelinin  sarayı",  "Xrizantlı  Ofriza"  romanlarını  yazır, 
novellalar  məcmuəsi  nəşr  etdirir.  Kübar  dairələrin  zövqünə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə