Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə50/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
151 
müxtəlif  dini  istiqamətləri  xəstənin  başı  üstündə  durub  onu 
müalicə  etmək  əvəzinə  müalicə  sənəti  haqqında  mübahisə 
aparan  həkimlərə  bənzədir.  Məhz  bu  cəhətinə  görə 
yansemizmin  ən  mühafizəkar  nümayəndələrindən  olan 
Senqlen  "Məktublar"ı  kifayət  qədər  xristianlıq  ruhunda 
yazılmış əsərlər saymamış, onların həddindən artıq istehzalı 
bir məzmuna malik olduğunu bəyənməmişdir. 
Paskalın  "Məktublar"  əsəri  satira  sənətinin  nadir 
incilərindən  olmaqla  bərabər  bədii  nəsrin  yüksək  nümunəsi 
idi.  Səmimi  yumor,  parlaq  məntiq,  dilinin  aydınlıq  və 
çevikliyi, ecazkar sintaksis ilə birlikdə yüksək təhkiyə üsulu 
Paskalı  haqlı  olaraq  XVII  əsrin  ən  görkəmli  yazıçılarından 
biri  kimi  tanıtdı.  Şarl  Perro  "Əyalət  sakininə  məktublar" 
əsərinin məzmun, sənətkarlıq və dil xüsusiyyətlərini yüksək 
qiymətləndirərək yazırdı: "Bizdə bu janrda heç vaxt bundan 
yüksək  heç  nə  yazılmamışdır."  Paskalın  "Məktublar"  əsəri 
müxtəlif  cəhətlərdən  əsrin  Molyer,  madam  de  Sevinye, 
Laroşfuko,  madam  de  Lafayet,  Burdalı,  Bossüe  kimi  sənət-
karlarına təsir göstərmişdir. 
Paskalın "Fikirlər" əsəri də ədəbi aləmdə onun "Mək-
tublar"ı qədər geniş əks-səda oyatmışdır. Aforizmlər şəklində 
yazılan  bu  əsəri  Paskal  çap  olunmaq  üçün  hazırlamamışdır. 
Müxtəlif  vaxtlarda  o,  qiymətli  saydığı  fikirlərini  yazmağa 
adət  edir.  Paskalın  ölümündən  sonra  sistemsiz  şəkildə  bir 
yerə  yığılıb  bağlanmış  kağız  vərəqləri  dəstələri  şəklində 
tapılmışdır. Əsər əvvəlcə 1670-ci ildə sistemsiz tərzdə Nikol 
tərəfindən  çap  olunmuş,  sonralar  isə  onu  ciddi  tədqiqatlar 
əsasında  daha  səliqəli  elmi  nəşrləri  həyata  keçirilmişdir. 
"Məktublar"a  nisbətən  Paskalın  Monten  və  Dekartla  əlaqəsi 
burada  daha  aydın  hiss  olunur.  Müəyyən  ziddiyyətlərinə 
baxmayaraq 
Paskal 
burada 
da 
dini 
dünyagörüşün 
məhdudluğu  dairəsindən  çıxaraq  əsl  humanist  ziyalı, 
sənətkar səviyyəsinə yüksəlir. Paskalın fikirlərdə ifadə etdiyi 


Afaq Yusifli İshaqlı 
 
 
152 
əsas  qayə  bundan  ibarətdir:  insanın  öz  şəxsi  təbiətini  və 
mövcudluğunun  məqsədini  dərk  etmədən  vacib  heç  bir  şey 
yoxdur.  Paskal  göstərir  ki,  bu  məsələyə  münasibətdə 
filosoflar  iki  cəbhəyə  ayrılmışlar.  Stoiklər  insan  təbiətini 
ucaldır,  onu  heç  bir  sərhəd  tanımayan  ağlına  görə  qüdrətli 
sayır,  bütün  varlıqlardan,  hətta  allahın  özündən  də  üstün 
tuturlar.  Skeptiklər  isə  əksinə,  insanı  aciz,  miskin  bir  varlıq 
kimi  tanıyır,  idrak  yolu  ilə  dünyaya  hakim  olmaq  üçün  heç 
bir  imkanı  olmadığını  göstərirlər,  mahiyyət  etibarilə  insanın 
heyvandan heç nə ilə fərqlənmədiyini iddia edirlər. 
Paskalın  "Fikirlər"ində  isə  insanın  böyük,  yoxsa  bir 
heç  olması  sualına  ikili  cavab  verilir.  Məsələyə  dialektik 
şəkildə  yanaşan  Paskalın  fikrincə,  insan  eyni  zamanda  həm 
böyükdür,  həm  də  bir  heçdir.  İlkin  günah  tədricən  insan 
təbiətinin  xırdalaşmasına  və  eybəcərləşməsinə  səbəb  oldu, 
lakin  bu  xırdalaşmış  vəziyyətdə  də  insan  öz  keçmiş 
əzəmətinin,  böyüklüyünün  əlamətlərini  saxlayır.  Ağıl  onu 
bütün  başqa  canlılardan  seçərək  ucaldır.  "İnsan  təbiətin 
qoynunda  zəif  bir  qamışdan  başqa  bir  şey  deyildir,  lakin  o, 
düşünən qamışdır. Onu əzmək üçün bütün kainatın qüdrətini 
səfərbər  etməyə  ehtiyac  yoxdur.  Bir  külək  əsimi,  bir  yağış 
damcısı  onu  ölümə  yetirmək  üçün  kifayətdir.  Lakin  bütün 
kainat onu məhv etməyə hücum çəksəydi də, o, yenə də onu 
öldürən bütün qüvvələrdən daha qüdrətli olardı, çünki o onu 
bilərdi ki, o, ölür, onu da bilərdi ki, kainat onun müqabilində 
hansı  üstünlüklərə  malikdir.  Kainat  isə  bunu  bilmir.  Bizim 
bütün  ləyaqətimiz  və  böyüklüyümüz  fikrimizdədir.  Doldura 
bilmədiyimiz  zaman  və  məkan  yox,  ancaq,  o,  yəni 
düşüncəmiz  bizi  ucaldır.  Buna  görə  gəlin  yaxşıca-yaxşıca 
düşünmək öyrənək: budur əxlaqın əsas prinsipi." 
Əsərinin başqa yerində Paskal ağıl, düşüncə haqqında 
daha  artıq  bir  inamla  danışır.  O  yazır:  "Mən  insanı  əlsiz, 
ayaqsız,  başsız  təsəvvür  edə  bilərəm,  çünki  ancaq  təcrübə 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
153 
bizi  öyrədir  ki,  baş  ayaqdan  daha  faydalıdır.  Lakin  mən 
insanı  fikirsiz  təsəvvür  edə  bilmirəm;  bu  ya  daş  olardı,  ya 
heyvan." 
Paskalın  dünyagörüşünün  ziddiyyətləri  orada  üzə 
çıxır ki, o, insan ağlını tərənnüm etdiyi vaxt onun qüdrətinə 
dini  vasitələrlə  bəraət  qazandırmağa  çalışır.  Guya  insanın 
eyni  zamanda  həm  böyük,  həm  də  kiçik  olmasını  ancaq 
xristian  dini  aydınlaşdıra  bilər.  Paskalın  görüşlərindəki  bu 
qəribə  ziddiyyətlər  onun  dövrünün  ziddiyyətləri  idi.  "Ata 
qaçmaq xas olduğu kimi, insana da inkar etmək, inanmaq və 
şübhələnmək  xasdır"  deyən  Paskal  göründüyü  kimi 
ziddiyyətli  keçid  dövrünün  tipik  bir  şəxsiyyəti  olmuşdur. 
Onun  "Fikirlər"  əsəri  də  XVII  əsr  nəsrinin  ən  parlaq 
abidələrindən  biridir.  Sözlərindəki  qeyri-adi  məntiq, 
ifadələrin  heyranedici  həndəsi  düzümü,  bədii  teorem  təsiri 
bağışlayan, kədərli, acı bir ironiya Paskalın müasirlərini də, 
sonrakı  tənqidçilərini  də  heyran  etmişdir.  Onun  yazı  üsulu 
sonrakı dövrün nəsri üçün bir örnək olmuşdur. 
 
Aforist  yazıçılar. XVII  əsr  fransız  ədəbiyyatında  bir 
sıra  sənətkarlar  da  olmuşdur  ki,  onlar  pyes,  roman,  poema, 
hekayə,  novella  şeir  yazmamışlar.  Son  dərəcə  yığcam, 
lakonik  miniatürlər,  yaxud  xalq  atalar  sözlərini  xatırladan 
fikirlərdən  ibarət  olan  əsərlər  yaratmışlar.  Həyati 
müşahidələrin  və  düşüncələrin  məhsulu  olan  bu  əsərlərdə 
dövrün  əhval-ruhiyyəsi,  axtarışları,  münasibətləri  əks 
olunmuşdur. Bu janrın ilkin mənbəyi Teofrastın "Səciyyələr" 
/yaxud "Xarakterlər"/ əsəri olmuşdur. Artıq İntibah dövründə 
Monten  bu  janrdan  məharətlə  istifadə  etmişdir.  XVII  əsr 
fransız  ədəbiyyatında  bu  janrın  Laroşfuko,  Labrüyer, 
Vovenarq, Şamfor kimi  tanınmış  nümayəndələri  yetişmişdir. 
Bütün  başqa  janrlar  kimi  aforizm  də  yazıçıdan  yüksək 
istedad  və  sənətkarlıq  tələb  edirdi.  Burada  yığcam  formada 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə