Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə49/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
148 
cəhətlərindən biri olmaqla onun zadəgan qolunu təşkil edir. 
 
Por-Royal  və  Blez  Paskal.  XVII  əsrin  ortalarında 
klassisist  bədii  nəsrin  ən  böyük  ocaqlarından  biri  Por-Royal 
monastırı  idi.  Yezuitlərlə  mübarizə  alovları  içərisində  ilk 
mübariz  publisistlər  və pamfletistlər  yetişdirən  bu  yansenist 
qadın  monastırı  dövrün  Blez  Paskal  kimi  ən  böyük  nasirini 
böyüdüb  tərbiyə  etmişdir.  XIV  Lüdovikin  sarayından  sonra 
Fransanın  ikinci  ədəbi  mərkəzi  olan  Por-Royal,  həm  də 
mütləqiyyətdən  narazı  olan  ədəbi  qüvvələrin  sığınacaq  yeri 
olmuşdur.  Fransız  tədqiqatçılarından  birisi  Por-Royalın 
fransız  ədəbi  fikrinin  inkişafındakı  rolundan  bəhs  edərək 
yazmışdır:  "Kim  Por-Royal  ədəbiyyatını  bilmirsə,  XVII  əsr 
ədəbiyyatını bilmir." 
Yansenizm  əqli  bir  hərəkət  idi,  formaca  dini  səciyyə 
daşıyırdı, protestantlığa yaxın idi. Əslində isə papalığa, dini 
iyerarxiyaya,  mövhumatçılığa  qarşı  yönəlmiş  siyasi  bir 
hərəkat  idi.  Bu  hərəkat  öz  adını  hollandiyalı  ilahiyyat 
professoru 
Korneli 
Yansenin 
/1585-1638/ 
adından 
götürmüşdür.  K.Yansen  alın  yazısı  haqqındakı  köhnə 
mübahisəni  təzələyib  ona  aktual,  yeni  məzmun  vermişdir. 
Onun 
fikrincə, 
insanların 
hərəkətləri 
əzəldən 
müəyyənləşdirildiyi  üçün  katoliklərin  dindarları  cənnət 
həyatına hazırlamaq təşəbbüsləri mənasızdır, ziyandan başqa 
heç nə vermir. 
Por-Royal  rahibləri  katoliklərin  makkiavelizminə  – 
qəddarlığına  qarşı  öz  əxlaq  prinsiplərini  irəli  sürürdülər. 
İnsanın özünü  təkmilləşdirməsi, daxili seyr, özündə yüksək 
mənəvi  keyfiyyətlər  tərbiyə  etmək  prinsipləri  onların 
əxlaqında mühüm yer tuturdu. Formal cəhətdən katolik olan 
yansenistlər, əslində mahiyyət etibarilə özlərini dindən kənar 
elan  edirdilər.  Antuan  Arno  və  Pyer  Nikol  Por-Royalın  ən 
tanınmış  yazıçıları  idilər.  Lakin  Por-Royalın  tarixində  Blez 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
149 
Paskal xüsusi yer tutur. 
 
BLEZ PASKAL /1623-1662/ İntibah dövrünün titan-
larına  məxsus  çoxcəhətli  yaradıcılıq  keyfiyyətinə  malik 
olmuşdur.  O,  qüdrətli  bir  nasir  olduğu  qədər  də,  dahi  fizik, 
riyaziyyatçı və filosof idi. O, ilk dəfə hesablayıcı maşın kəşf 
etmiş, həndəsəyə aid bir neçə teorem yaratmış, hidravlikanın 
əsasını  qoymuş,  mayeyə  təsir  edən  qüvvənin  bərabər 
miqdarda  yayılması  haqqında  qanunu  kəşf  etmiş,  atmosfer 
təzyiqinin ilk tədqiqatçılarından olmuşdur. Bununla bərabər, 
Paskal  dini  dünyagörüşünün  təsirilə  bütün  həyatı  boyu 
özündəki  elmi  təfəkkür  ehtirasını  öldürməyə  çalışmış,  ağla 
qarşı çıxmış, öz kəşflərindən imtina etmişdir. Paskalın faciəsi 
ondadır  ki,  onda  biliklə  din,  elmlə  ilahiyyat,  kartezianlıqla 
yansenizm  barışmaz  bir  ziddiyyətdədir.  Məhz  bu  ziddiyyət 
onun ədəbi yaradıcılığını, o cümlədən məşhur fikirlərini başa 
düşməyə  imkan  verir.  Paskalın  ziddiyyətləri  dövrün 
ziddiyyətləri  idi,  feodal  həyat  tərzi  və  normaları  ilə  yeni 
düşüncə arasındakı əksliyin təzahürü idi. 
Paskal  varlı  burjua  ailəsində  anadan  olmuş  və  evdə 
təhsil almışdır. Çox erkən riyazi istedadını büruzə vermişdir. 
Atası sağlamlığının pozulacağından qorxub kitabları əlindən 
alır. On altı yaşında konus kəsişmələri haqqında yazdığı elmi 
əsər  ona  elm  aləmində  böyük  şöhrət  qazandırır  və  Dekartı 
heyrətə salır. 
On  səkkiz  yaşında  o,  hesablayıcı  maşın  düzəldir. Bir 
qədər  sonra  mayelərin  hərəkəti  haqqındakı  elmi  əsər  yazır. 
İyirmi  yaşına  çatanda  həkimlər  riyaziyyatla  məşğul  olmağı 
tərk etməsə dəli olacağını bildirirlər. Paskal elmi axtarışlarını 
dayandırıb dünyəvi eyş-işrət aləminə qapılır. "Sevgi ehtirası 
haqqında  düşüncə"  adlı  əsl  sənətkarlıqla  yaradılmış,  lakin 
məzmunca  o  qədər  də  əhəmiyyətli  olmayan  bir  əsər  yazır. 
Paskal bu əsərdə şən bir epikurçu kimi diqqəti cəlb edir. 


Afaq Yusifli İshaqlı 
 
 
150 
Otuz yaşlarında olarkən Paskal qəzaya uğrayır, beyin 
silkələnməsindən xəstələnir. Xəstəlik və mənəvi sarsıntı onu 
Por-Royala  gətirib  çıxarır.  Arno  və  Nikolun  yezuitlərlə 
vuruşduğu  dövrdə  onun  güclü  satirik  və  döyüşkən  nəsr 
istedadı  üzə  çıxır.  Katoliklərin  əsas  dayaq  nöqtəsi  olar 
Sorbonna  Arnoya  qarşı  ciddi  hücuma  keçəndə  Por-Royal 
rahibləri kömək üçün Paskala müraciət edirlər. Coşqunluqla 
işə  girişən  Paskal  "Əyalət  sakininə  məktublar"  əsərini 
yaradır. 1656-cı ilin  yanvarından 1657-ci ilin  martına  qədər 
olan  müddətdə  Paskalın  on  səkkiz  məktubu  çap  olunur  ki, 
bunlar  birlikdə  qalın  bir  cild  əmələ  gətirir.  "Məktublar"  çap 
olunarkən  onun  kim  tərəfindən  yazıldığı  gizlədilmişdir. 
Onlar  bir-bir  çap  olunduqca,  dövrün  qabaqcıl  adamlarını 
heyran  qoyursa,  yezuitləri  və  kilsə  xadimlərini  cin  atına 
mindirir. 
Paskal 
məktublarda  hiyləgər,  aldadıcı  bir 
sadəlövhlüklə  bir  yezuitlə  tanışlığından  danışır.  Yezuit  ona 
öz həmkarlarının əxlaq sistemini şərh edir. Bu üsulda incə və 
öldürücü bir istehza gizlənirdi. 
Paskal  yezuitlərlə  mübahisə  etmir,  sübut,  dəlil 
axtarmır.  Komediya  üslubuna  müraciət  edərək  özünü 
sadəlövh  bir  əyalət  sakini  kimi  göstərir.  Guya  o,  dini  mə-
sələlərdən  başı  çıxmayan  bir  adamdır.  Qarşısına  çıxan  ilk 
adamı  bu  məsələlərlə  bağlı  sorğu-suala  tutur.  Belə  incə  bir 
üsulla  Paskal  yezuitlərin  baxış  və  görüşləri  sisteminə  qarşı 
kəskin  bir  parodiya  yaradır.  Onların  baxış,  görüş,  düşüncə 
sisteminin  gülünclüyünü,  eybəcərliyini,  boşluğunu  açıb 
göstərir.  Volter  "Məktublar"ı  oxuyaraq  yazmışdır:  "  Ən 
müxtəlif  üsullarla  yezuitlərin  iyrənc  olduqlarını  göstərməyə 
təşəbbüslər edilmişdir; Paskal daha irəli getmişdir; o, onların 
gülünclüyünü göstərmişdir." 
Paskalın satirası təkcə yezuitlərə qarşı yönəlməmişdi, 
onun ayrı-ayrı fikirləri  yansenistlərin özlərinə də  toxunurdu. 
Məktubların  birində  Paskal  kilsə  mübahisələrinə  toxunaraq 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə