Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə48/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
145 
şəklində yazırdı. 
Malerb  öz  şeirləri  üzərində  səbrlə,  inadla  uzun 
müddət işləyir, hər sözün cilalanmasına diqqət yetirər, şeirin 
son  dərəcədə  kamil  çıxmasına  çalışırdı.  Malerb  özü  şeir 
üzərində  uzun  müddət  səbrlə  işləməyi  təbliğ  edirdi.  O 
yazırdı: "Yüz misralıq bir poema yaradıb, yaxud üç vərəqlik 
bir  nitq  yazıb  on  il  dincəlmək  lazımdır."  "Birinci  prezident 
Verdene arvadının ölümü münasibətilə təsəlli" şeirini Malerb 
üç ilə  yazmışdır. Şeir çap olunanda Verden artıq ikinci dəfə 
evlənmişdi,  ona  görə  də  şairin  təsəlli  verməsi  o  qədər  də 
təsirli olmamışdır. 
Malerbin  şeirlərində  əsl  lirizmin  və  yüksək  ideya-
lılığın olmaması onun şair kimi tezliklə unudulmasına səbəb 
oldu.  A.S.Puşkin  Malerbin  unudulmasının  səbəbini  doğru 
olaraq  "daha  çox  dilin  mexanizmi,  sözün  zahiri  formaları 
üzərində  işləyib  fikri  unutmasında"  görmüşdür.  Malerblə 
eyni  zamanda  yaşayıb  yaradan,  onun  poetik  prinsiplərini 
rədd  edən  Matüren  Renye  və  Teofil  de  Vio  kimi  şairlərin 
yaradıcılığında  saray  da  daxil  olmaqla  feodal-zadəgan 
cəmiyyətinin  həyatı  daha  tənqidi  şəkildə  əks  etdirilirdi. 
Tədqiqatçılar  Renyenin  bəzi  satiraları  ilə  Molyerin 
komediyaları  arasında  ciddi  yaxınlıqlar  görür,  böyük 
dramaturqun  "Tartüf"  və  "Zəhlətökənlər"  komediyalarını 
onun satiralarından ilhamlanaraq yazdığı göstərirlər. 
Malerbin  yaxın  şagirdləri  F.Meynar  və  O.Rakanın 
istedadı  isə  onun  prinsiplərini  fransız  ədəbiyyatında 
möhkəmləndirmək  üçün  kifayət  deyildi.  Buna  baxmayaraq 
fransız  ədəbiyyatının  sonrakı  inkişafı  onun  irəli  sürdüyü 
nəzəri prinsiplərə uyğun bir yolla getdi. 
 
Barokko,  yaxud  presiyoz  ədəbiyyatı.  Fransada 
XVII  yüzilliyin  ədəbiyyatında  ikinci  ədəbi  cərəyan  olan 
barokko  presiyoz  ədəbiyyat  adı  ilə  formalaşır  və  tanınır. 


Afaq Yusifli İshaqlı 
 
 
146 
Tarixi  inkişafın  xüsusiyyətlərindən  asılı  olaraq  burada 
presiyoz ədəbiyyat aristokratik səciyyə daşıyır, mütləqiyyətə 
qarşı  müxalifətdə  olan  feodal-zadəgan  dairələrinin  real  və 
xoşagəlməz  gerçəklikdən  qaçmaq  istədikləri  vaxt  istinad 
etdikləri  xəyali  bir  aləmə  çevrilir,  ilğım  təsiri  bağışlayır. 
Fransada  presiyoz  ədəbiyyatın  nümayəndələri  ispan,  italyan 
və  ingilis  həmkarlarından  öyrənir,  Qonqora,  Marino,  Con 
Lili  kimi  sənətkarları  təqlid  edirdilər.  Zərif  söz  və  ifadələr, 
qeyri-adi  bənzətmələr,  mübaliğəli  və  təmtəraqlı  dil  bu  ədə-
biyyatın əsas zahiri əlamətlərindən idi. 
Bir  vaxtlar  Marino  markiza  Rambulyenin  salonunda 
böyük  müvəffəqiyyət  qazanmış,  kobud  fransız  şeirinə  qarşı 
çıxıb son dərəcə quru bir şair kimi Malerbə istehza etmişdir. 
Markiza  Rambulyenin  atası  isə  kübar  dostlarının  vasitəsilə 
Qonqora  ilə  tanış  idi.  Beləliklə,  qonqorizmə  və  marinizmə 
meyl  ailəvi  bir  ənənə  idi.  Markiza  Rambulyenin  anası  əslən 
italiyalı  olan  Culiya  Saveli  ilk  dəfə  ədəbi  bir  dərnək  təşkil 
edir. Marino onun qızı Katerina de Vivona, gələcək markiza 
Rambulyeyə  təmtəraqlı  madriqallar  həsr  edir,  qoca  Malerb 
də  onu  vəsf  etməkdə  ümumi  dəbdən  geri  qalmır.  Nənəsi 
tərəfindən  başlanan  işi  markiza  Rambulyenin  qızı  Jüli  də 
uğurla  davam  etdirir.  Markiza  Rambulyenin  Luvr 
yaxınlığındakı  salonunda  Konde,  Konti,  Laroşfuko,  Büssi 
kimi  müxalifətçi  zadəganlar  toplaşır,  presiyoz  ədəbiyyatın 
tələblərinə  uyğun  şəkildə  yazılmış  əsərləri  oxuyur,  öz 
həyatlarını 
da 
presiyoz 
əxlaqın 
normalarına 
uyğunlaşdırırdılar. 
Burada  presiyozluq  siyasi  müxalifətin  təzahür 
formalarından  biri  idi.  Onlar  süjetin  seçilməsində,  poetik 
obrazlar  sistemində  və  dildə  sadə  və  real  gerçəkliklərdən 
mümkün  qədər  qaçmağa  çalışır,  sadə,  çirkli  xalq  həyatını 
xatırladan  hər  şeyə  ikrahla  yanaşır,  orta  əsrlərin  alleqorik 
şərtiliklərindən,  rıtsar  romanlarının  və  lirikasının  nəzakətli 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
147 
cəngavərlik,  siyasi  kosmopolitizm  və  qadına  pərəstiş 
ənənələrindən 
qidalanırdılar. 
Feodal-katolik 
irticası 
nəticəsində başlanın humanizmin böhranı dövründə isə onlar 
pastoral  mövzusunu  götürdülər.  Bu  idillik  aləmə  qapanmaq 
yolu  ilə  onlar  mütləqiyyət  hakimiyyətinə  qarşı  passiv 
etirazlarını  bildirirdilər.  Presiyoz  ədəbiyyatının  incə, 
nəzakətli  üslubu  və  zövqü  açıq  şəkildə  antidemokratik 
səciyyə daşıyırdı. Bununla onlar özlərini kral hakimiyyətinə, 
mütləqiyyət  idarə  üsuluna  tərəfdar  çıxan  aşağı  təbəqənin 
kobud zövqünə qarış qoyurdular. 
Onore  Düfrenin  "Astreya"  romanı,  Madlen  de  Skü-
derinin  "İbrahim,  yaxud  Böyük  paşa",  "Böyük  Kir", 
"Kleliya", Qombervilin "Poleksandr",  La-Kalprenedin "Kas-
sandra",  "Kleopatra",  "Faramond"  romanları,  V.Vüatürün  və 
Benseradın  şeirləri  fransız  presiyoz  ədəbiyyatın  ən  məşhur 
nümunələridir.  Fransada  barokko  teatrının  yaradıcısı 
A.Ardidir.  Yaradıcılığı  müddətində  700  pyes  yazan 
/bunlardan  41-i  qalmışdır/  A.Ardi  presiyoz  ədəbiyyatına 
daxil edilməsə də, onun şagirdləri J. De Sküderi, Şelandr, Dü 
Riye,  Rotru  və  başqaları  presiyoz  üslubun  ən  tanınmış 
nümayəndələri idilər. Bualo və Molyer öz yaradıcılıqlarında 
presiyoz  ədəbiyyata  qarşı  tənqidi  mövqe  tutmuşlar.  Ancaq 
klassisist  dramaturgiya  onun  təsirindən  yaxa  qurtara 
bilməmişdir.  Klassisistlərin  faciələrindəki  ənlik-kirşanlı 
zəriflik  və  incəlik  birbaşa  madam  Rambulyenin  salonu  ilə 
əlaqədardır. Təsadüfi deyildir ki, Pyer və Toma Kornel qar-
daşları da markiza Rambulyenin salonunda az olmamışlar. 
Presiyoz  ədəbiyyatın  təsvir  etdiyi  aləm  xəyali, 
ilğımvari bir aləmdir. Baş verən hadisələrin qarşısında özünü 
itirən,  bədbinləşən,  çıxış  yolu  tapa  bilməyən,  ideal  bir 
aləmdə  hər  şeyi  unutmağa  çalışan  feodal-zadəgan 
cəmiyyətinin  müasirliyi  inkar  məqsədilə  qaçdığı  idealizə 
olunmuş  keçmişdir.  Presiyozluq  barokko  cərəyanının  əsas 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə