Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə46/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
139 
qaydalar  müəyyənləşdirirlər.  Onların  fikrincə,  ancaq  bu 
qaydalara əməl etməklə antik ideal sənət nümunələrinə yaxın 
olan, qiyməti ancaq bu yaxınlığın və qaydalara əməl etməyin 
dərəcəsi ilə ölçülən sənət əsərləri yaratmaq mümkündür. 
Klassisizm  nəzəriyyəçiləri  gözəlliyin  əbədiliyi  haq-
qında  təlimə  uyğun  olaraq  ədəbi  janrları  yüksək  və  bəsit 
deyə  iki  yerə  ayırır,  hər  bir  janrın  dəqiq  sərhədlərini 
müəyyənləşdirirlər.  Hətta  hər  bir  janrın  mövzu  dairəsi, 
qəhrəmanları,  dili  fərqləndirilir,  janrlar  arasında  qarışıqlığa 
yol  verilmirdi.  Məsələn,  faciələrdə  təmtəraqlı  dil,  yüksək 
hisslər, qəhrəmanlıq keyfiyyətlərinə malik şəxsiyyətlər tələb 
olunurdusa,  komediyada  adi  adamlar,  sadə  danışıq  dili 
səciyyəvi sayılırdı. Bu  məhdudluqlar  gerçəkliyi və insanları 
bütün  rəngarəngliyi  ilə  təsvir  etməyə  imkan  vermirdi. 
Ziddiyyətlər,  mürəkkəbliklər,  bir  şəxsin  xarakterindəki 
əksliklər öz realist əksini tapa bilmirdi. 
Ağlı  bədii  həqiqətin  əsas  meyarı  kimi  götürmək 
prinsipi  də  klassisizmin  estetikasının  toxunulmaz  qanun-
larından biri idi. Onlar belə düşünürdülər ki, antik müəlliflər 
ağlın  qanunları  ilə  yazıb  yaratdıqları  kimi,  yeni  dövrün 
yazıçıları  da  ağlın  tələblərinə  əməl  etməlidirlər.  Buradan  da 
riyazi  dəqiqliklə  yerinə  yetirilməsi  tələb  olunan  qaydalar  və 
qanunlar  müəyyənləşdirilmişdi.  Üç  vəhdət  qanunu,  janrların 
növlərə  və  qruplara  bölünməsi,  əsərin  quruluşundan  tələb 
olunan  simmetriya və  mütənasiblik  buna  misal  ola bilər.  Bu 
cəhət klassisist əsərlərin soyuq, quru, cansız çıxmasına səbəb 
olmuşdur.  Ancaq  tək-tək  böyük  sənətkarlar  bu  məhdudluq-
lardan yaxa qurtara bilmiş və əsl sənət əsərləri yaratmışlar. 
Klassisizmin 
mühüm  müddəalarından  biri  də 
müxtəlif  insan  xarakterlərinin  ümumi,  universal  səciyyə 
daşıması  haqqındakı  təlimdir.  Guya  Ərəstunun  şagirdi 
Teofrastın  "Xarakterlər"  əsəri  də  bu  həqiqəti  təsdiq 
etməkdədir.  Guya  Teofrastın  təsvir  etdiyi  müxtəlif  insan 


Afaq Yusifli İshaqlı 
 
 
140 
xarakterləri  bütün  dövrlər  üçün  səciyyəvidir.  Bir  halda  ki, 
antik 
dövrün  böyük  yazıçıları  bütün  əsas  insan 
xarakterlərinin tiplərini müəyyənləşdirmiş və təsvir etmişlər, 
müasir  yazıçıların  həyatı  öyrənməsinə,  yeni  xarakterlər 
yaratmasına ehtiyac yoxdur. Klassisistlər belə hesab edirdilər 
ki, insan tipləri və xarakterləri dəyişməz və əbədidir. Dünya 
nə  qədər  dəyişir-dəyişsin,  insan  xarakterlərinin  nümunələri 
dəyişməz  qalır.  Buna  görə  də  klassisist  yazıçılar,  xüsusən, 
dramaturqlar  çox  vaxt  antik  nümunələrdən  kənara  çıxmaq-
dan  ehtiyat  etmişlər,  surət  və  xarakter  yaratmaq  işində  hər 
hansı  bir  yenilik  yaratmaqdan  qorxmuşlar.  Atdıqları  hər  bir 
addımı  antik  ədəbiyyatla  dönə-dönə  ölçərək,  müqayisə 
edərək atmışlar. 
Klassisist  dramaturgiyanın  yaratdığı  surətlərinin 
mücərrədliyi,  sxolastikliyi,  hər  cür  fərdi  cizgilərdən  uzaq 
olması buradan irəli gəlir. Tamaşaçının qarşısında canlı, fərdi 
keyfiyyətlərə malik insanlar yox, insan-ideyalar canlandırılır. 
Molyerin 
Qarpaqon, 
Alsest 
surətlərini  yada  salaq. 
Qarpaqonun  ancaq  xəsis  olduğunu  göstərəndə,  birtərəfli  bir 
surət  olduğunu  söyləyib  onu  Şeylok,  Hacı  Qara  kimi 
surətlərlə müqayisə edəndə bu cəhət nəzərə alınmalıdır. Onu 
da  qeyd  edək  ki,  klassisistlər  öz  əsərlərində  həyatın  ancaq 
əbədi,  universal,  mütləq  cizgilərini  qələmə  alır,  tək-tək, 
təsadüfi,  müəyyən  zaman  çərçivəsində  ban  verə  biləcək 
halları rədd edirdilər. Halbuki bunsuz bədii surət canlılığını, 
reallığını əsasən itirir. 
İntibah  dövrünün  humanistləri  kimi  klassisistlər  də 
incəsənətin tərbiyəvi vəzifəsinə xüsusi diqqət yetirir, eyibləri 
tənqid edir, xeyri, gözəlliyi mükafatlandırmaq prinsipini əsas 
götürürdülər. Onların da Molyer, Kornel, Rasin kimi ən yaxşı 
nümayəndələri  tamaşaçını  və  oxucunu  "əyləndirərək 
öyrədirdilər". Lakin daha az istedada və bacarığa malik olan 
klassisistlər  quru  nəsihətçilik  səviyyəsinə  enir,  ürəkləri 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
141 
həyəcanlandıra  bilmirdi.  Lakin  onu  da  qeyd  edək  ki, 
müəyyən dövrlərdə klassisizmin tərbiyəedici tendensiyalılığı 
mütərəqqi rol oynamış, azadlıq ideyalarının daha coşqun və 
ehtiraslı şəkildə irəli sürülməsində əlverişli bir vasitə olmuş-
dur.  XVIII  əsrdə  Volterin  yüksək  vətəndaşlıq  pafosu  ilə 
aşılanmış faciələri bu cəhətdən artıq başqa tarixi məqsədlərə 
ləyaqətlə  xidmət  edirdi.  Göstərilən  estetik  prinsiplər  XVII 
əsr  fransız  dramaturgiyasında  daha  qabarıq  təzahür  etsə  də, 
nəsr və poeziya sahəsində də öz təsirini göstərmişdir. 
 
MALERB  /1555-1628/.  Fransız  ədəbiyyatında  klas-
sisizm  ədəbi  məktəbinin  təməl  daşlarını  qoyan  Malerbdir. 
Klassisizmin  estetik  nəzəri  prinsiplərini  sistemə  alan  Bualo 
onu yeni poetik məktəbin başçısı və ilk böyük nümayəndəsi 
kimi  qiymətləndirmişdir.  "Fransada  əsrlərin  qaranlıqları 
içərisindən ilk dəfə Parnas yaranarkən orada amansız, vəhşi 
bir  özbaşınalıq  hökm  sürdüyünü",  "axırı  qafiyələnmiş  hər 
misraya  şeir  deyildiyini"  söyləyən,  Vilyon  və  Maronun 
xidmətlərini  yada  salan,  Rosnar  və  onun  davamçılarının 
alimanə  şeirlərindən  şikayətlənən  Bualo  yazır:  "Sonradan 
Malerb gəldi və ilk dəfə Fransada şeirin dəqiq ahəngdarlığını 
göstərdi,  lazım  olduğu  yerində  işlənmiş  sözün  gücünü 
göstərdi,  şeir  pərisini  borcun  qaydalarına  tabe  etdi.  Bu 
müdrik  yazıçı  tərəfindən  nizama  salınan  dil  həssas  qulağa 
nəsə  kobud  bir  şey  deməkdən  əl  çəkdi,  bəndlər  zərifliklə 
axmaq  öyrəndi,  bir  misra  daha  başqasına  daxil  olmağa 
cəsarət etmədi. Hər şey öz qanunlarını dərk etdi; bu etibarlı 
başçı bizim günlərin  yazıçıları üçün hələ də nümunə rolunu 
oynayır."  Bualonin  fikirləri  bir  qədər  mübaliğəli  şəkildə 
deyilmiş 
olsa 
da, 
klassisizmin 
təşəkkülündə, 
formalaşmasında  onun  xidmətlərini  doğru  müəyyənləşdirir. 
Təsadüfi  deyildir  ki,  Puşkin  bu  xarakteristikada  "parlaq  bir 
dəqiqlik" və "ciddi bir insaf" görmüşdür. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə