Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə45/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
136 
naminə  çıxmır,  onunla  təcrübi  biliklər  əsasında  vuruşurdu. 
Ən  mühüm  fəlsəfi  probleminin  izahında  o,  Dekartdan 
ayrılırdı:  "Mən  düşünürəm,  deməli  mövcudam"  deyən 
Dekartdan  fərqli  olaraq  Qassendi  hiss  və  duyğuları  biliyin 
əsası  sayırdı.  Qassendi  belə  hesab  edirdi,  "hisslər  heç  vaxt 
aldatmır".  Ağlın  yürütdüyü  hər  mülahizə  hissi  dəlillərə 
istinad  edilməlidir.  Dekartın  şübhə  metodunu  rədd  edən 
filosof belə hesab edirdi ki, hissi verdiyi dəlillərdən kənar ol-
maq  mümkün  deyildir  və  "Mən"in  gerçəkliyi  düşüncə 
əməliyyatından  deyil,  insanın  hər  hansı  hərəkətindən 
meydana çıxır. 
Dualist  Dekartdan  fərqli  olaraq  Qassendi  aydın 
materialist  mövqedə  dururdu.  Epikur  və  Lukretsinin 
arxasınca  o  da  belə  hesab  edirdi  ki,  mövcud  olan  hər  şeyin 
əsasını bölünməz atomlardan ibarət olan materiya təşkil edir. 
Onların  vəziyyəti,  hərəkəti  və  düzülüş  qayda-qanunu  isə 
əşyaların rəngarəngliyinə səbəb olur. Ancaq kilsə təqibindən 
qorxan  Qassendi  dini  görüşlərə  də  güzəştə  getmiş,  allahı 
atomların  ilkin  səbəbi  kimi  göstərmişdir.  Yaradılışın  ilk 
günlərində  atomu  yaradan  allah  sonra  kainatın  işlərinə 
qarışmır,  həm  də  zaman  və  məkanı  məhv  etməyə  qadir 
deyildir.  Qassendi  etik  görüşlərində  də  Epikurun  davamçısı 
idi.  Həzzi  insan  üçün  böyük  nemət  sayır  və  ondan  qaçmağı 
məsləhət  görmürdü.  Özünün  sensualist  təliminə  uyğun 
olaraq  etik  görüşlərində  insanın təbiətindən,  təbii  meyllərin-
dən çıxış etmiş və insanların hərəkətlərini büsbütün dünyəvi 
şəkildə izah etmişdir. Onun əxlaqi fikirləri XVII əsrin ikinci 
yarısında  Fransanın  qabaqcıl  yazıçılarına  güclü  təsir 
göstərmişdir,  Molyer  və  Lafonten  kimi  sənətkarlar  onun 
davamçıları idilər. 
Əsrin  birinci  yarısının  ən  böyük  ideya  nailiyyəti  isə 
Dekartın  rasionalist  fəlsəfəsi  idi.  Rene  Dekart  /1596-1650/ 
həyatının  çox  hissəsini  Hollandiya  və  İsveçdə  yaşasa  da, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
137 
XVII  əsrin  fransız  cəmiyyətinin  qabaqcıl  hakimi  idi.  İngilis 
alimi Bekonla birlikdə o,  yeni dövrün elmi dünyagörüşünün 
yaradıcılarından  idi.  O,  feodal  cəmiyyətinin  ideologiyası  ilə 
cəsarətlə  vuruşan  inqilabçı  mütəfəkkir  idi.  Təbiətin  insan 
tərəfindən  fəth  olunması  şüarını  irəli  sürən  Dekart  dəqiq 
elmlərin inkişaf etdirilməsi zərurətini başa düşmüşdür. 
Hələ  İntibah  dövrünün  humanistləri  belə  düşünür-
dülər  ki,  ağlın  ən  elementar  tələbləri  incəsənətin  aydın, 
dəqiq,  məntiqə  uyğun,  bütün  hissələrinin  mütənasib  olması 
zərurətini  irəli  sürür.  Onlar  bu  prinsipi  antik  dövrün  bədii 
qanunlarını gözləmək baxımından da doğru sayırdılar. Buna 
görə  də  rasionalizm  klassisizmin  də  əsas  keyfiyyətinə 
çevrildi.  Dekart  isə  Fransada  rasionalist  fəlsəfəsinin  banisi 
oldu. 
Dekartın  fəlsəfi  sistemi  bütünlüklə  materialist  və 
idealist ünsürlərin vəhdətindən ibarətdir, həm də bu sistemin 
ayrı-ayrı  hissələrində  gah  materializm,  gah  da  idealizm 
üstünlük təşkil edir. Dekart dualist idi, bir-birinə əks olan iki 
substansiyanı  –  materiya  və  ruhu  eyni  vaxtda  qəbul  edirdi. 
Onun  cismani  substansiya  haqqındakı  təlimi  aydın  şəkildə 
materialist  idi,  hadisələrin  dəqiq  elmi  izahına  meyl  edirdi. 
Düşüncə /ruh/ haqqındakı təlimində isə o, idealist mövqedə 
dururdu.  Orta  əsrlərin  sxolastik  görüşlərindən  yaxa  qurtara 
bilməyən  Dekart  yazırdı:  "Mən  düşünürəmsə,  deməli, 
varam." Qobbsun dediyi kimi, burada materiyanın xassəsi ilə 
materiyanın  özünü  eyniləşdirən  Dekart  idealist  mövqedə 
dayanır. 
Dekartın xidməti birinci növbədə orta əsrlər elmini və 
onun  metodunu  tənqid  etməsində,  onun  əsassızlığını 
göstərməsindədir. Ancaq orta əsrlər ehkamçılığını rədd edən 
filosof  öz  nəzəriyyəsində  ehkamçılıqdan  yaxa  qurtara 
bilməmişdir. 
Dekart  rasionalizmin  –  həqiqəti  təcrübədə,  maddi 


Afaq Yusifli İshaqlı 
 
 
138 
aləmdə  deyil,  ağılda,  əqli  düsturlarda  axtaran  fəlsəfi 
istiqamətin  banisidir.  Dekarta  görə,  ağıl  həqiqətin  yeganə 
mənbəyidir.  Klassisistlər  də  ağlın  gücünə  inandıqlarından, 
hiss  və  duyğuları  deyil,  ağlı  sənətin  əsas  tərkib  hissəsi  kimi 
götürürdülər.  Bu  rasionalist  fəlsəfənin  özünəməxsus  bədii 
ekvivalenti olan fransız klassisizmi də idealist və materialist 
meyllərin  bir  araya  sığışmasına  imkan  vermişdir.  Bir 
tərəfdən,  onlar  ədəbiyyatda  universal  ağlın  qanunlarının 
hakimiyyətini  təsdiq  edir,  fikri  materiyadan  ayırırlar.  Digər 
tərəfdən,  ancaq  doğru  olanı  gözəl  elan  edib  təbiəti  təqlid 
etməyə çağırırdılar. 
Klassisist  yazıçılar  dövrün  real  həyatının  tipik 
qanunauyğunluqlarını  öyrənməyə  və  əks  etdirməyə 
çalışmışlar. Ancaq onların real gerçəkliyə olan marağı əsasən 
insanın  daxili  aləmi  ilə,  insan  ehtirasları  və  iztirab  dünyası 
ilə məhdudlaşırdı. 
 
 
Klassisizmin 
estetik 
prinsipləri.  Klassisizmin 
estetikasında  gözəlliyin  əbədi,  dəyişməz  və  bütün  zamanlar 
üçün mütləq dərəcədə eyni olması fikri əsas yer tutur. Onlar 
gözəllik  anlayışının  tarixiliyini,  nisbiliyini,  dəyişkən 
olduğunu  qəbul  etmirdilər.  Buna  görə  də  onlar  elə  hesab 
edirdilər ki, gözəlliyin hər hansı bir dövrdə yaradılmış ideal 
nümunələri  bütün  başqa  dövrlər  üçün  də  doğrudur,  sonrakı 
dövrlər  ancaq  əvvəlki  dövrlərin  yaratdığı  ideal  nümunələri 
öyrənməli, onu təqlid etməli, öz yaradıcılığında ona daha ya-
xın  olmağa  çalışmalıdır.  Gözəlliyin  belə  ideal  və  bütün 
dövrlər  üçün  örnək  olan  ideal  nümunələri,  klassisizm  este-
tikasına  görə,  artıq  antik  dövrdə  yaradılmışdır.  Yeni  dövrün 
sənətkarlarının işi bu antik ideal nümunələr təqlid etməkdən 
ibarətdir.  Klassisistlər  bu  təlimi  əsas  götürərək  guya  antik 
ədəbiyyatın  təcrübəsini  öyrənmək  əsasında  xüsusi  ciddi 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə