Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə47/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
142 
Fransua  de  Malerb  Kann  şəhərində  yoxsullaşmış 
zadəgan  ailəsində  doğulmuşdur.  Onun  atası  Kannda 
məhkəmə  məmuru  idi.  Yaxşı  təhsil  alan,  Anqulem  Hersoqu 
Henrixin katibi olan Malerb öz ağası ilə birlikdə bir müddət 
Provansda  yaşamış  və  burada  italyan  dili  və  ədəbiyyatını 
öyrənmişdir.  1586-cı  ildə  Anqulem  Hersoqunun  ölümündən 
sonra  yenidən  Kann  şəhərinə  qayıtmış,  yoxsulluq  içərisində 
şeir yazmaqla məşğul olmuşdur. 90-cı illərin sonlarında Eks 
şəhərində yaşayan Malerb "Cənab Düperyeyə qızının ölümü 
münasibətilə  təsəlli"  şeirini  yazır,  IV  Henrixin  nişanlısı 
Mariya  Mediçinin  Eksə  gəlməsini  böyük  bir  oda  ilə 
qarşılayıb, ölkədə əmin-amanlıq yaranmasını alqışlayır.  
1605-ci  ildə  Parisə  gəlib  IV  Henrixə  təqdim  olunan 
şair kralın sifarişi ilə onun  Limuzin səfəri ilə bağlı  yeni bir 
şeir  yazır.  Stans  formasından  istifadə  edən  Malerb  öz 
şeirində  kralı  şücaətli,  müdrik,  feodal  araçəkişmələrini 
aradan qaldıran, ancaq təbəələrinin xoşbəxtliyini düşünən bir 
hökmdar  kimi  göstərmiş  və  tərənnüm  etmişdir.  Malerbin 
stansları  sarayda  müvəffəqiyyət  qazanır,  hökmdar  ona  saray 
rütbəsi verir. Bu vaxtdan Malerb Fransanın rəsmi saray şairi 
olur. Rişelye isə onu Fransanın xəzinədarı təyin edir. 
Öz  mövqeyini  Parisdə  və  sarayda  möhkəmləndirən 
Malerb  ilk  dəfə  ədəbiyyat  sahəsində  möhkəm  dövlət 
siyasətinin  yeridilməsi  zərurətini  elan  edir.  O,  eyni  zamanda 
şair  və  nəzəriyyəçi  idi,  lakin  nəzəri  görüşləri  şeirlərinə 
nisbətən  klassisizmin  formalaşmasında  daha  mühüm  rol 
oynamışdır. Lirik bir şair kimi XVII əsr fransız ədəbiyyatında 
Ronsarın həqiqi varisi olan Malerb daha sox odalar, stanslar, 
sonetlər  və  nəğmələr  yazmışdır.  Ronsar  poeziyası  ilə  yaxın 
əlaqələrinə baxmayaraq o, "Ülkər" qrupunun və onun təqlidçi-
lərinin fərdiyyətçiliyi, subyektivizmi və emosionallığı ilə mü-
barizə  aparmışdır.  O,  fərdiyyətçiliyə,  təsirliliyə  qarşı  çıxaraq 
poetik  materialın  ciddi  məntiqi  intizam  və  düşüncəyə  uyğun 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
143 
şəkildə  qurulmasını  tələb  edirdi.  Əslində  bu,  mütləqiyyətin 
siyasi  məqsədlərinə  cavab  verən,  fərdi  özbaşınalığa  qarşı 
yönələn şüurlu bir hərəkət idi. Ağıl, düşüncə qarşısında səcdə 
edən,  Dekart  və  Bualodan  çox-çox  əvvəl  ancaq  ağlı  əsl 
gözəlliyin  və  həqiqətin  ali  hakimi  sayan  Malerb  poeziyada 
ağla  zidd  olan  şeyə  qarşı  mübarizə  aparmışdır.  Dumanlılıq, 
sünilik,  uydurmaçılıq  hallarını  rədd  etmişdir.  O,  əsərlərin 
dolaşıq  quruluşa,  bayağı,  anlaşılmaz  və  yanlış  dilə  malik 
olmasını  inkar  edirdi.  Sarayın,  zadəganlığın  təsili  ilə  Malerb 
kobud,  plebey  söz  və  ifadələrindən qaçmağa,  əyalət sözlərini 
işlətməməyə, Paris dilinin təmizliyini qorumağa çağırırdı. 
Bir məhdudluqlarına baxmayaraq Malerbin poetik dil 
sahəsində  həyata  keçirdiyi  islahatda  yeni,  mühüm  cəhətlər 
çox  idi.  Malerb  müəyyən  qədər  ciddi  və  məhdud  olsa  da, 
fransız dili sahəsində incə zövqə, həssas duyğuya malik idi. 
Malerbin  apardığı  dil  islahatının  doğruluğunu  belə  bir  fakt 
bir daha təsdiq edir ki, nəinki təkcə XVII və XVIII əsrlərdə, 
hətta XIX əsrdə bir sıra tanınmış şairlər öz əsərlərində onun 
göstərişlərinə əməl edirdilər. 
Öz  şeirlərində  Malerb  əsl  klassisist  şair  kimi  çıxış 
edir,  tənasüb,  ölçü  hissini  gözləyir,  bədii  əsərin  bütün 
hissələrini bir-birilə elə  məharətlə uzlaşdırır ki,  biri digərini 
sıxışdırmır.  Bu  cəhd  şeirdə  simmetriya  və  ahəngdarlıq 
yaratsa  da,  onun  müəyyən  dərəcədə  yeksənəq  olmasına 
səbəb  olurdu.  Malerb  üslub  və  janrların  bir-birinə 
qarışdırılmasına  qarşı  da  qəti  etiraz  edirdi.  Onun  müraciət 
etdiyi, şeirlər yazdığı hər bir lirik janrın özünə məxsus ifadə 
vasitələri var idi. 
Onun  poeziyasında  oda  janrı  mühüm  yer  tutur.  Şair 
bu janrı müasir siyasi həyatda baş verən hər hansı bir hadisə 
münasibətilə  söylənilmiş  mənzum  nitq  kimi  başa  düşür.  Bu 
baxımdan  oda  Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  geniş 
yayılan  qəsidə  janrı  ilə  müqayisə  oluna  bilər.  Qəsidə 


Afaq Yusifli İshaqlı 
 
 
144 
termininin  özündə  hər  hansı  bir  məqsədlə  yazılmış  şeir 
məfhumu  vardır.  Lakin  biz  oda  sözünü  qəsidə  şəklində 
tərcümə  etməyi  doğru  saymırıq.  Malerb  öz  odalarında 
hissələri simmetrik şəkildə qurur. Hər hansı siyasi bir ideya 
ilə  başlanan  bu  qəsidələrin  sonuna  yaxın  şair  daha  geniş, 
daha  mühüm  bir  ideyaya  gəlib  çıxır,  gələcək  haqqında 
danışır.  Ronsardan  fərqli  olaraq  epik  ricətdən  qaçan,  bunu 
odanın  hərəkətini  ləngidən  bir  hadisə  sayan  Malerb  odanı 
vahid  lirik  axına  tabe  edir.  Belə  bir  üsulla  yazılan  Malerb 
odaları gah döyüş nəğməsi, gah da dini himn səciyyəsi alır. 
Malerb 
fransız  ədəbiyyatında  öz  poeziyasını 
mütləqiyyətin  xidmətinə  verən,  dövrünün  bütün  mühüm 
hadisələrini şeirin mövzusuna çevirən bir sənətkar olmuşdur. 
Lotaringiyalı  Karl  tərəfindən  Marsel  qiyamının  yatırılması, 
kralın  nişanlısı  Mariya  Mediçinin  Fransaya  gəlməsi,  IV 
Henrixin  həyatına  qarşı  təşkil  edilmiş  uğursuz  1605-ci  il 
qəsdi, Sedanın alınması və Bulon hersoqunun tabe edilməsi, 
XIII  Lüdovik  tərəfindən  La-Roşel  qiyamının  yatırılması  və 
başqa  bu  kimi  mühüm  hadisələr  onun  ayrı-ayrı  odalarının 
mövzusu  olmuşdur.  Hər  bir  odasında  Malerb  kralların 
keçmiş xidmətlərindən danışır, gələcək şücaətlərindən xəbər 
verir,  əxlaqi-siyasi  mövzuda  olan  düşüncə  və  nəsihətlərini 
irəli  sürür.  Bəzi  hallarda  şeirin  sonunda  özü  haqqında 
danışıb,  şöhrətinin  əsrlərlə  yaşayacağını  bildirir.  Malerbin 
odaları təmtəraqlı, ciddi şeirlər olmaqla bərabər əsasən soyuq 
və  qeyri-səmimi  idilər.  Bu  şeirlər  zahiri  forması,  bəzək-
düzəyi  baxımından  saray  məclislərində  zadəganların  cah-
cəlallı geyimlərini xatırladır, mahiyyət, ideya, fikir cəhətdən 
isə xeyli yoxsul və miskin görünürdü. 
Malerb  dini  mövzuda  yazdığı  şeirlərdə  saray  şairi 
kimi  çıxış  edərək  özünü  dindar  katolik  simasında  təqdim 
edirdi.  Dini  mövzuda  yazdığı  şeirləri  şair  bir  qayda  olaraq 
fransız  ədəbiyyatına  ilk  dəfə  özünün  gətirdiyi  stanslar 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə