Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə52/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
157 
kimi  qiymət  verirlər,  ona  görə  də  onları  həqiqi  qiymətlərinə 
görə  yox,  məzənnəyə  görə  qiymətləndirmək  lazım  gəlir", 
"Nöqsanlar bizi tərk edəndə, biz özümüzü inandırırıq ki, biz 
onları tərk edirik", "Etiqad qəlbin passivliyi və tənbəlliyidir, 
şöhrətpərəstlik isə fəallıq və coşqunluğu", "Biz çox vaxt bizi 
darıxdıran  adamları  bağışlayırıq,  lakin  darıxdırdığımız 
adamları bağışlaya bilmirik", "Aşiqlər və məşuqlar heç vaxt 
bir  yerdə  olanda  darıxmırlar,  çünki  onlar  ancaq  özləri 
haqqında danışırlar". 
Laroşfukonun  əsəri  çap  olunan  zaman  böyük 
müvəffəqiyyət  qazanmışdır.  Lakin  dövrün  bir  çox  humanist 
sənətkarları, xüsusən İntibah dünyagörüşü ilə əlaqəni tamam 
üzməyən,  həyata  və  insana  nikbinliklə  yanaşan  bir  sıra 
sənətkarlar 
onun 
bədbinliyini 
qəbul 
etməmişlər. 
Laroşfukonun  "Hikmətlər"i  çap  olunandan  iki  il  sonra 
Molyer  "Mizantrop"  komediyasında  onun  əsərində  irəli 
sürülən  müddəaları  tamaşaçılar  müzakirəsinə  vermiş,  əsas 
tendensiyasını qətiyyətlə pisləmişdir.  Lakin Molyer öz əsəri 
ilə  Laroşfukonun  "Hikmətlər"inin  ədəbi  əhəmiyyətini  rədd 
etmir,  bəlkə  onun  humanizmini  və  tarixi  əhəmiyyətini  bir 
daha təsdiqləyir. 
 
JAN DE LABRÜYER. /1645-1696/. XVII əsrin son-
larında  yaşayıb  yaradan  ən  orijinal  sənətkarlardan  biri  olan 
Labrüyer  "Bu  əsrin  xarakterləri  və  əxlaqı"  adlı  əsəri  ilə 
tanınmışdır.  Labrüyer  o  qədər  də  varlı  olmayan  burjua 
ailəsində  doğulmuşdur.  Tədqiqatçılar  yazıçının  mənsub 
olduğu  ailənin  keçmişdə  zadəgan  rütbəsi  daşıdığını  ehtimal 
edirlər, lakin  Labrüyer anadan olduğu vaxt onların ailəsi bu 
rütbəni artıq  itirmişdi.  Labrüyer həyatı boyu silki baxışların 
qurbanı olub, bundan əzab görsə də, silki təbəqələrə həmişə 
laqeydliklə yanaşmışdır. 
1684-cü  ildə  Bossüenin  zəmanəti  ilə  o,  sərkərdə 


Afaq Yusifli İshaqlı 
 
 
158 
Kondenin  nəvəsinin  tərbiyəçisi  olmuşdur.  Konde  şöh-
rətpərəst,  məğrur  və  qətiyyətli  bir  adam  idi.  Onun 
Şantilyedəki  sarayı  Fransanın  ən  məşhur  adamlarının, 
siyasətçilərinin,  yazıçı  və  rəssamların  toplaşdığı  bir  yer  idi. 
Labrüyer  burada  həyatı  yaxından  müşahidə  etmiş,  zəngin 
təcrübə  toplamışdır.  "İnsan  həyatının  böyük  tamaşasında, 
zəmanəsinin  nəhəng komediyasında birinci lojada küncdəcə 
bir  yer  tutan"  /Sent-Böv/  Labrüyer  müşahidələri  əsasında 
xatırlanan  əsərini  yaratmış  və  bununla  daha  qalmaqallı  bir 
şöhrət  qazanmışdır.  Həmin  kitab  ilk  dəfə  Teofrastın 
"Xarakterlər"  əsərinin  tərcüməsi  kimi  nəzərdə  tutulmuş  və 
yunancadan  tərcümə  adı  ilə  çap  olunmuşdur.  Burada 
Labrüyer öz  müasirlərinin ancaq bir sıra səciyyələrini əlavə 
etməklə  kifayətlənmişdir.  Əsərin  hər  bir  sonrakı  nəşrində 
müəllifin  artırdığı  bu  orijinal  səciyyələrin  sayı  artırılmış  və 
yazıçının  sağlığında  həyata  keçirilən  axırıncı  doqquzuncu 
nəşrində  onların  miqdarı  1120-yə  çatdırılmışdır.  Sonrakı 
nəşrlərdə  Teofrasta  məxsus  səciyyələr  kitaba  əlavə  şəklində 
verilmişdir. 
Labrüyer  1693-cü  ildə  Akademiyaya  üzv  seçilərkən 
Teofrast  haqqında  söylədiyi  nitqdə  etdiyi  kimi  Teofrast 
səciyyələrində  insanın  daxili  mahiyyətini  göstərirsə,  onun 
səciyyələri  eybəcərliyin,  səciyyənin  ilkin  səbəbini  açır, 
qabaqcadan insanların nə danışacağını və edəcəyini görməyi 
öyrədir.  Labrüyerə  görə,  insanların  səciyyələri  ictimai 
mühitin  bilavasitə  nəticələridir.  Xəsislər  Yunanıstanda  da, 
mütləqiyyətçi  Fransada  da  olmuşdur,  lakin  xəsisliyin 
məzmunu  və  təzahür  formaları  ictimai  mühitin  təsiri  ilə 
dəyişir. Ona görə də yazıçının vəzifəsi xəsisliyi təsvir etmək 
deyil, onun səbəbini tədqiq etməkdir. 
Labrüyerin  səciyyələri  sözün  həqiqi  mənasında  bu 
əsrin,  XIV  Lüdovik  əsrinin  səciyyələridir.  Biz  bu 
səciyyələrdə  kurtizankaların,  əyanların,  bankirlərin,  sələm-


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
159 
çilərin,  yaltaqların,  burjua  nümayəndələrinin,  xəsislərin, 
dedi-qoduçuların 
boşboğazların, 
ikiüzlülərin, 
şöhrətpərəstlərin və başqa tiplərin əlvan, realist portretləri ilə 
tanış  oluruq.  Bu  əsər  fransız  cəmiyyətinin  həyatını, 
ziddiyyətlərini  hər  hansı  başqa  bir  əsərdən  daha  əhatəli  və 
daha  realist  cizgilərlə  əks  etdirir.  Onun  "Səciyyələr"i  bütün 
əsrin əzəmətli bir pamfleti kimi qiymətləndirilə bilər. 
Bir  cəhəti  də  xüsusi  qeyd  etmək  lazımdır  ki,  Labrü-
yerin 
tənqidləri  birinci  növbədə  burjua-demokratik 
təbəqələrin  mütləqiyyətə  qarşı  olan  əhval-ruhiyyəsi  ilə 
bağlıdır. 
Labrüyerin əsəri janr etibarilə də orijinal və yenidir, o 
vaxta  qədər  mövcud  olan  janrlardan  heç  birinin  çərçivəsinə 
sığışmır.  Burada  müxtəlif  janr  və  formalardan  məharətlə 
istifadə  edilmişdir.  Burada  ədəbi  rəy,  Laroşfuko  üslubunda 
yazılmış  aforizmlər,  əxlaqi  nəsihət,  dialoq,  portret,  kiçik 
süjetli novella, dilçilik traktatı, sosial utopiya, təmsil, siyasi 
satira  və  başqa  janrlar  bir-birini  əvəz  edir.  Labrüyer  öz 
əsərini "Şəhər", "Saray", "Əyanlar", "Hökmdar" və s. adlarla 
müəyyən hissələrə bölür. 
İctimai  hadisəni,  həyatı  bütün  dolğunluğu  ilə  əks 
etdirməyə  çalışmaq  cəhdi  Labrüyeri  gerçəkliyə  daha 
dərindən nüfuz etməyə  gətirib  çıxarır. O, paytaxtı da, kəndi 
də, əyanı da, burjuanı da, məmurları da, kəndliləri də eyni bir 
asanlıqla və həqiqətpərəstliklə nəzərdən keçirir. 
Fransız  yazıçılarından  heç  biri  xalqın  həyatının  bu 
cür  dəhşətli  mənzərəsini  yarada  bilməmişdir.  Kəndliləri 
təsvir edən yazıçının səciyyələri dövrün ictimai quruluşunun 
kəskin tənqidi kimi səslənir. "Bəzən çöllərə səpələnmiş qara, 
dərisinin  rəngi  ölü  rənginə  oxşayan,  günəş  altında 
kömürləşmiş,  torpağa  əyilməkdən  donqarlaşmış,  kişi  və 
qadın  cinsindən  olan  yarımvəhşi  varlıqlar  görmək  olar  ki, 
torpağı  məğlubedilməz  bir  inadla  qazır  və  təkrar  qazırlar; 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə