Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə58/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   126

XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
175 
romantik,  qeyri-adi  heç  nə  yoxdur.  Sanki  o,  heç  roman  da 
deyildir.  Əslində  bu  memuarlardır,  mənə  dediklərinə  görə 
kitabı  əvvəl  elə-belə  də  adlandırıblarmış,  adını  ancaq  sonra 
dəyişdiriblər.  "Klev  prinsessası"  haqqında,  cənab,  mənim 
rəyim belədir." Müəllifin bu qeydində dəqiq göstərildiyi kimi 
romanda  təhkiyə  dilinin  həddindən  artıq  dəqiqliyinə,  cilalı 
olmasına  o  qədər  də  diqqət  yetirilməmiş,  real  həyat  və 
insanların doğru təsvirinə daha artıq diqqət yetirilmişdir. 
Romanın məzmunu və süjeti o qədər də mürəkkəb və 
dolaşıq  deyildir.  Burada  göstərilir  ki,  varlı  ailədən  olan 
mademuazel  de  Şartr  sevmədiyi  Klev  prinsi  ilə  təzəcə 
nişanlandığı  vaxt  Nemur  adlı  gözəl,  adlı-sanlı  bir  gənclə 
qarşılaşır,  onu  dərin  bir  məhəbbətlə  sevir.  Nemur  da  onu 
sevir.  Artıq  Klev  prinsinin  arvadı  olan  gənc  qadın  öz 
sevgisinin  nəticəsi  haqqında  düşünmür.  Sevgi  ehtirası  onun 
varlığına  hakim  kəsildiyi  vaxt  o  öz  vəziyyətinin  çətinliyini, 
çıxılmazlığını anlamağa başlayır. Nəcib və namuslu bir qadın 
kimi o, ərinə sədaqəti olmağa, öz hisslərini boğmağa can atır. 
Sevgi  duyğularını  boğmaq  məqsədilə  ərindən  onu  kəndə 
aparmasını xahiş edir. Lakin bu da ona kömək etməyəndə hər 
şeyi  açıb  ərinə  danışır,  lakin  and  içir  ki,  həmişə  ona  sadiq 
olacaqdır.  Prins  eşitdiklərindən  dəhşətə  gəlir,  həyəcanlanır, 
gah  qısqanır,  gah  da  qısqandığı  üçün  xəcalət  çəkir.  Qoca 
prins  bu  vəziyyətə  tab  gətirməyib  xəstələnir  və  ölür. 
Prinsessa  azad  olduğu,  sevdiyi  adamla  qovuşmaq  imkanı 
yarandığı  bir  vaxtda  öz  səadətindən  əl  çəkir,  ölən  ərinə 
sədaqət naminə monastıra gedir. 
Klev  prinsessası  Nemurla  qovuşmaqdan  iki  səbəbə 
görə  imtina  edir:  hər  şeydən  əvvəl,  onun  ucbatından  ölən 
ərinə  sadiq  qalmaq  xatirinə.  Digər  tərəfdən,  o,  sevdiyi 
adamın  sədaqətinə,  sabitliyinə  arxayın  deyildir.  O,  öz 
şübhəsini açıq şəkildə Nemura bildirməkdən çəkinmir. "Mən 
həmişəlik sizin səadətinizi təmin edə bilmərəm. Bir vaxt gələ 


Afaq Yusifli İshaqlı 
 
 
176 
bilər  ki,  mən  sizin  indi  mənə  məftun  olduğunuz  kimi  bir 
başqasına  məftun  olduğunuzu  görə  bilərdim.  Belə  halda 
mənə  iztirab  çəkməkdən  başqa  bir  şey  qalmazdı;  mən  hətta 
bilmirəm  ki,  şikayətlənməyə  cəsarət  edərdimmi?  Sevgilini 
məzəmmət etmək olar, lakin ər soyuyanda onu da məzəmmət 
edirlərmi?"  Nemur  bir  müddət  iztirab  çəksə  də,  tədricən 
sevgilisini unudur. 
Romanın  məzmununu  qəhrəmanların  hisslərinin 
təsviri təşkil  edir. Səmimi, həqiqətpərəst, namuslu bir qadın 
olan Klev prinsessası ikiüzlülük, hiyləgərlik bilmir. Qəfildən, 
təsadüfən  başlanan  sevgi  duyğuları  onu  çətin,  çıxılmaz  və 
fəci  bir  vəziyyətə  qoyur.  O,  bu  çətinlikdən  qalib  çıxır. 
Mühitinin əxlaqi prinsiplərinə, tələblərinə uyğun, insan kimi 
ləyaqətinə  ləkə  gətirə  biləcək,  kölgə  salacaq  bir  sevgidən, 
sevgilidən gen durur. Onun sevgisində mənəvi cəhətdən azad 
olmuş bir insanın həqiqi ehtirası göstərilmişdir.  O, vəziyyə-
tinin çıxılmazlığını bütün aydınlığı ilə duyan, xarakterindəki 
ziddiyyətləri  dərinliyi  ilə  anlayan  bir  insandır.  Onun  etirazı, 
üsyanı XVII əsr Fransa saray əxlaqının məhdudluğuna qarşı 
yönəlmişdir.  Kornel  və  Rasinin  faciələrində  olduğu  kimi, 
burada  da  qəhrəman  hiss  ilə  borc  arasındakı  konflikt 
qarşısında  qalır,  ağlının  gücü  ilə  hissə  qalib  gəlir.  Anatol 
Fransın  dediyi  kimi  "öz  xarakterinin  mahiyyəti  etibarilə 
Emiliyaya  /Kornelin  "Sinna" əsərinin  qəhrəmanı/ bənzəyən" 
bu qadın "əsl ismət mələyidir". 
Madam  de  Lafayet  qəhrəmanlarının  həyatını  XVI 
əsrin  ortalarına,  II  Henrixin  hakimiyyəti  dövrünə  aparıb 
çıxarsa  da,  oxucunun  gözü  qarşısında  XVII  əsrin  ikinci 
yarısının saray həyatının feodal-zadəgan cəmiyyətinin siması 
realist cizgilərlə təqdim olunur. İncə nəzakətli rəftar arasında 
soyuq  və  üşüdücü  münasibət,  zadəgan  nümayəndələrinin 
paxıllıq  və  kin-küdurət  görünür.  Saray  dedi-qoduları, 
qeybətləri,  tərifləri  arxasından  yalanlar,  məkrli  məqsədlər, 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
177 
açıq  və  gizli  istehzalar  boylanır.  Burada  ən  güclü  hislər, 
duyğular,  kədər  və  göz  yaşları  saray  davranış  qaydalarının 
daş çərçivəsinə salınaraq susdurulur. Qəh-qəh çəkib gülmək 
əvəzinə gülümsünürlər,  hıçqırıb ağlamaq əvəzinə sakit-sakit 
göz  yaşı  axıdırlar.  Sevinc  və  iztirablar  kübar  qaydalarının, 
davranış  normalarının  ağırlığı  altında  qəddarcasına 
susdurulur.  Bu  həyatın  sərt,  amansız  qanunları  qarşısında 
özünü, hislərini qorumaq üçün insana Axilles gücü lazımdır. 
Bir tərəfdən İntibah realizmi, digər tərəfdən klassisist 
faciənin nailiyyətləri ilə şərtlənən "Klev prinsessası" romanı 
XVII  əsr  fransız  ədəbiyyatının  mühüm  nailiyyətlərindən 
biridir. 
Tarixi-psixoloji 
romanın 
ən 
böyük 
nümayəndələrindən  olan  F.Stendal  onu  Valter  Skottun 
romanları  ilə  müqayisə  edərək,  madam  de  Lafayetin  əsərini 
"qəhrəmanın  paltarını,  sifətinin  cizgilərini,  düşdüyü  təbiəti", 
deyil,  "onun  ehtirasını,  qəlbini  həyəcana  gətirən  müxtəlif 
hislərini"  təsvir  etdiyinə  görə  daha  üstün  tutmuşdur.  Bu 
roman  XVII  əsrin  fransız  ədəbiyyatının  İntibah  dövrü 
ədəbiyyatı  ilə  möhkəm  tellərlə  bağlı  olduğunu  bir  daha 
təsdiq edir. 
 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə