Afaq Yusifli İshaqlı
178
M O L Y E R
/1622 - 1673/
Molyer fransız ədəbiyyatının tarixinə komediya
janrının banisi və ən böyük nümayəndəsi kimi daxil
olmuşdur. Cəmiyyətin həyatını, adət və ənənəsini dərindən
bilən bu dahi sənətkar öz komediyalarında Fransanın
həyatını bütün ziddiyyətləri ilə birlikdə bir maarifçi kimi əks
etdirib nöqsanlarına gülmüş, daha çox xalq içində müşahidə
olunan gözəlliklərini alqışlamışdır. Şekspir kimi, Molyer də
dünya dramaturgiyasının inkişafına güclü təsir göstərmişdir.
Dövrünün zadəgan və burjua ideologiyasına məxsus
məhdudluğunun fövqündə duran Molyer daha çox əsərlərinin
mütərəqqi məzmunu ilə diqqəti cəlb edir.
Nikbinlik, həyatsevərlilik və duzlu yumorla birlikdə
dərin ideyalılıq Molyer komediyalarını səciyyələndirən əsas
keyfiyyətdir. Xalqa bağlılıq, onun mənafeyini müdafiə etmək
onun əsərlərinə xalq içərisində geniş şöhrət və məhəbbət
qazandırmışdır.
Molyer təxəllüsü ilə tanınan Jan Batist Poklen 1622-
ci ilin 13 yanvarında Parisdə sənətkar ailəsində doğulmuşdur.
Onun atası saray dekoratoru kimi tanınırdı, özünün xüsusi
divar kağızı dükanı var idi. Atası oğlunu oxutmaq fikrində
deyildi. Molyerin yaşı 14-ə çatanda o güc-bəla ilə oxumağı
öyrənmişdi, ata istəyirdi ki, oğlu onun peşəsinin davamçısı
olsun. Molyerin oxumağa olan güclü həvəsini və bacarığını
görən babasının təkidi ilə atası onu Klermon yezuit kollecinə
oxumağa verir. Burada beş il oxuyan Molyer elmi biliklərə
yiyələnir. O, müəllimi filosof Qassendinin köməyi ilə Epikur
fəlsəfəsini öyrənir. Hətta deyilənə görə, bu vaxt o Lukretsi
Karın "Şeylərin təbiəti haqqında" əsərini fransız dilinə
çevirir. Kolleci bitirib hüquqşünas diplomu alan Molyer
XVII əsr Qərbi Avropa ədəbiyyatı
179
Parisə qayıdır. Yaxın dostları və həmfikirləri ilə birlikdə
ayrıca bir aktyor truppası yaratmaq istəyir. Molyer aktyor
olmaq, özü də fəci rollarda oynayacaq aktyor olmaq
istəyirdi. Məhz bu məqsədlə elə həmin vaxt özünə Molyer
təxəllüsü götürür. Əvvəllər artıq başqa bir aktyor tərəfindən
işlədilən bu təxəllüs onun adını bütün dünyaya tanıtdırır.
Fransada teatrın hələ təzəcə yarandığı, daimi aktyor
truppasının təzə-təzə meydana çıxdığı bu ilk dövrdə
Molyerin və onun dostlarının yeni teatr yaratmaq
təşəbbüsləri baş tutmur və onlar özlərinin 1643-cü ildə
açdıqları teatrlarını 1645-ci ildə bağlamalı olurlar. Şarl
Düfrenin səyyar komik aktyorlar truppasına qoşulan gənc
Molyer 1646-cı ildən həmin truppa ilə birlikdə Fransanın
şəhərlərini gəzir, həyatı və insanları öyrənir, canlı xalq
danışığı ilə tanış olur. Molyerin müstəqil dramaturji
yaradıcılığa müraciəti təsadüfən, lakin zərurət üzündən baş
verir. Müstəqil dram yaradıcılığı haqqında düşünmədən gənc
aktyor işlədiyi truppanı repertuar yoxsulluğunu aradan
qaldırmaq üçün əvvəlcə italyan xalq şəbihlərini fransız həyat
tərzinə uyğunlaşdıraraq yeni şəklə salmaqla məşğul olur.
Get-gedə bu italyan nümunələrindən uzaqlaşmağa başlayan
ədib, nəhayət, onları tamam bir kənara qoyub müstəqil
yaradıcılıq meydanına atılır. Dramaturqun ilk qələm təc-
rübələri itib-batmışdır. Onun italyan nümunələri əsasında
yazdığı mənzum "Dəlisov" /1655/ və "Sevgi küsüşməsi"
/1656/
məzhəkələri vəziyyət komediyaları tərzində
yaradılmışdır. Komediyanın əsas qəhrəmanı xalq içərisindən
çıxmış nökər Maskarildir. Özünü "kələkbazlar imperatoru"
adlandıran Maskaril çevikliyi, hazırcavablığı, hər cür
vəziyyətdən çıxmaq bacarığı ilə diqqəti cəlb edir. Maskaril
rolunu Molyer özü ifa edirdi. Onu qeyd edək ki, 1650-ci
ildən Molyer truppanın rəhbəri kimi Ş.Düfreni əvəz etmişdi.
"Dəlisov" və "Sevgi küsüşməsi" komediyalarının
Afaq Yusifli İshaqlı
180
tamaşası Molyerin truppasına əyalətdə böyük şöhrət
qazandırmış və başqa truppalar arasında onu birinci yerə
çıxartmışdı. Bu vəziyyət truppaya Paris tamaşaçısı qarşısında
öz səadətini bir daha sınamaq üçün əlverişli şərait yaradır və
ümid verirdi. Molyerin sarayda, kralın qarşısında çıxış
etməklə əlaqədar səyləri uğurla nəticələnir. 1658-ci ilin 24
oktyabrında onun truppasına Luvrda kralın qarşısında çıxış
etməyə icazə verilir. Kornelin "Nikomed" faciəsindən sonra
truppa Molyerin yazdığı "Məftun olmuş doktor" məzhəkəsini
oynayır. Molyerin bu kiçik məzhəkəsi böyük müvəffəqiyyət
qazanır. Kral göstəriş verir ki, truppa Parisdə saxlanılsın və
ona Pti-Burbon saray teatrının binasında yer verilsin. Bu
teatrda üç gün Molyerin truppası, qalan günlər isə İtaliya
aktyorları tamaşalar göstərirdilər. 1660-cı ildə Molyerin
truppası Pale-Royalda yer alır və ora köçür. Pale-Royalın
binası da teatrın tələblərinə tam cavab vermirdi.
Parisdə yaşadığı 14 il müddətində Molyer aktyor və
dramaturq kimi qaynar yaradıcılıq işi aparır, 30-dan çox pyes
yazır. Dramaturq öz dühasını bütün aydınlığı ilə nümayiş
etdirir. Kral onun yaradıcılığının qiymətini bütün dərinliyi ilə
duymasa da, ona himayədarlıq göstərir, çətin anlarda
köməyinə gəlirdi. Parisdə yaşadığı və işlədiyi müddət ərzində
Molyer həmişə düşmənlərinin, komediyalarında satira atəşinə
tutduğu nüfuzlu qüvvələrin hücumlarına məruz qalmışdır.
Fransanın fəxri olan bu nəcib və istedadlı insan haqqında onun
düşmənləri ağılkəsməz şayiələr uydurur və yayırdılar.
1673-cü ildə fevralın 17-də Molyerin ürəyi dayanır.
Ölümündən bir neçə saat əvvəl artıq ağır xəstə olan Molyer
özünün "Yalançı xəstə" pyesində baş rolda çıxış edirdi.
Tamaşa zamanı özünü pis hiss edən Molyer güc-bəla ilə
tamaşanı sona çatdırır, tamaşadan sonra onu evə xərəkdə
gətirirlər. Molyer öləndə Paris arxiyepiskopu Qarley de
Şanvallon onu torpağa basdırmağı qadağan edən bir hökm
Dostları ilə paylaş: |