XVII əsr Qərbi Avropa ədəbiyyatı
69
" – Sənin adın nədir?
– Məni oğlan deyə çağırardılar.
– Bəs anan səni necə adlandırırdı?
– O da oğlan, ancaq mən sözə baxmayanda, bəzən
başqa cür.
– Bəs sənin atanın adı nədir?
– Evdə ona "ata" deyərdilər.
– Bəs sənin anan, o, onu necə adlandırırdı?
– O da "ata", ancaq söyəndə başqa cür.
– Mən sənə Simplitsi, sadə, avam adı qoyuram, bu ad
sənə daha çox yaraşır. Əgər mən sənin ananın yerini
öyrənsəm, səni onun yanına apararam.
– O, yoxdur, qaçdı, evi isə dəmir əsgərlər yandırdılar,
heyvanları öldürdülər.
– Bəs indi sən hara getmək istəyirsən?
– İndi mən burda qalmaq istəyirəm."
Zahid onu bir müddət tərki-dünyalıq ruhunda tərbiyə
edir. Qoca öləndən sonra Simplitsi onun kimi yaşamaq,
guşənişin həyat keçirmək istəyir. Həyatın qəddarlığı, taleyin
dönüklüyü onu yenidən insanlar arasına qaytarır. Əsgərlər
onun zahiddən qalma komasını dağıdır, cüzi yem ehtiyatını
məhv edirlər. O, məcburiyyət üzündən yenidən insanlar
arasına yollanır. O, yola çıxan kimi dağıntılar və vəhşiliklərlə
üz-üzə gəlir. Qanau qalasına yaxınlaşarkən onu casus bilib
həbs edirlər. Qalanın komendantı Simplitsinin başına gələn-
ləri bildikdə, xüsusən onun zahidlə əhvalatını eşitdikdə ona
qayğı göstərir, onu özünə paj götürür. Məlum olur ki,
komendant zahidlə qohum imiş.
Simplitsi qubernatorun yanında da qəribə hadisələrlə
üzləşir. Onun sarayında miskin bazara baxmayaraq yeməklər
və içkilər özbaşınalıqla məhv edilir, halbuki qapı ağzında
dayanmış yüzlərlə didərgin insanların aclıqdan gözü çıxırdı.
Qəlbi insanlara məhəbbətlə dolu Simplitsius səmimi bir
Afaq Yusifli İshaqlı
70
canıyananlıqla insanları həqiqət yoluna qaytarmaq, onları
ağıllandırmaq istəyir. O təəccüb edir ki, nə üçün insanlar
inandıqları prinsiplərə, həqiqətlərə əməl etmirlər. Simplitsius
həqiqət axtardığı yerdə gülüş, məsxərə hədəfinə çevrilir. Ona
dana dərisi geyindirib təlxəklik etdirirlər, bu yolda ağlını
itirdiyini göstərməyə, sübut etməyə çalışırlar. İnsanları
həqiqət yoluna gətirməyin qeyri-mümkün olduğunu görən
Simplitsius indi başqa yol tutur. Özünü yalandan axmaq
yerinə qoyaraq adamlara gülür, gülərək həqiqəti hamısının
üzünə söyləyir.
Simplitsius gah kroatlara, gah quldurlara əsir düşür,
gah meşədə gəzib özü quldurluq edir, kəndliləri söyür. Gah
dana dərisini qadın paltarı ilə əvəz edib, qəribə vəziyyətlərlə
qarşılaşır. Gah imperiya orduları, gah da isveçlər arasına
düşür. Dünyanı əməlli-başlı tanıyan, böyüyən Simplitsius
özü əsgər olur, narahat bir həyat keçirir, varlanır, müflisləşir,
avaralanır, quldurlara qoşulur, evlənir, kəndlilik eyləyir.
Parisə düşüb kübar xanımların diqqətini cəlb edir, onların
pozğun ehtiraslarının şahidi olur. Arvadının ölümündən
sonra səyahətə çıxan Simplitsius yeni-yeni sərgüzəştlərlə
qarşılaşır, gah qul kimi satılır, gah gəmidə qəzaya uğrayır.
Beşinci kitabın axırında qəhrəmanın Moskvaya
gəlməsi, barıt zavodu tikməsi, tatarların hücumunda iştirakı,
Volqa ilə Həştərxana qədər səyahəti, tatarlar tərəfindən
oğurlanması, satılması, bir çox səyahətlərdən və
macəralardan
sonra
vətənə
qayıtması
göstərilir.
Simplitsiusun Rusiyaya səfərini təsvir edərkən müəllif
görünür ki, Adam Olearinin əsərindən faydalanmışdır.
Qrimmelshauzen öz qəhrəmanını müxtəlif rəngarəng
həyat hadisələri ilə qarşılaşdıraraq onu hər şeyi görməyə,
sınaqdan keçirməyə məcbur edir. O, müxtəlif təbəqələrin,
sənətlərin nümayəndələri olan insanlarla, bürgerlər,
landsknextlər, markitankalar, tacirlər, keşişlər, rahiblər,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
71
əyanlar, dəftərxana işçiləri, ifritələr və s. üz-üzə gəlir. Hər
yerdə o özünü xalq içərindən çıxmış bacarıqlı, çevik, sağlam
düşüncəli bir adam kimi aparır, onun Simplitsius adına
Simplitsissimus sözü də artırılır. O, keçmişi, əsli-nəcabəti
olmayan "əlahəzrətlərdən" seçilən "sadələr sadəsi" olur.
Xalqın təcəssümünə çevrilir.
Romanın sonunda biz onu tərki-dünya bir zahid
vəziyyətində görürük. Lakin o, həyatdan yox, eybəcər
ədalətsizlik dünyasından qaçır. Holland kapitanı ona insanlar
arasına qayıtmağı təklif edəndə o, belə cavab verir:" Burada
əmin-amanlıqdır, orada müharibə, burada şöhrətpərəstlik,
xəsislik, qəzəb, paxıllıq, qısqanclıq, ikiüzlülük, yalan, yemək
və paltar haqqındakı hər cür qayğılar, həmçinin şərəf və ad-
san barədəki düşüncələr mənə yaddır." Dünyadan və
insanlardan uzaq qaçaraq o, gününü zəhmətlə keçirir.
Əlli il sonra Defonun qəhrəmanı Robinzon Kruzo
edən kimi o da insan yaşamayan adada məhsul becərir;
palma yarpaqları üzərində öz xatirələrini yazır. O, belə hesab
edir ki, quş uçduğu kimi insan da zəhmət çəkməlidir.
Romanın həcmi böyük olsa da, yazıçı onun yüksək
ölçü və tənasüb hissi ilə yazmışdır. Burada hər şey, hər bir
fəsil, hər bir səhnə müəllifin vahid planına tabe edilmişdir.
Süjetdə dolaşıqlıq, paralel inkişaf etdirilən hadisələr yoxdur.
Hadisələrin,
vəziyyətlərin
tez-tez
dəyişməsi
onun
bütövlüyünə xələl gətirmir. Qəhrəmanın başına gələn
macəralar, daha çox həyatın keşməkeşləri kimi qarşılanır,
qəhrəmanı həyatın müxtəlif cəhətləri ilə tanış edib
zənginləşdirir, gah onun ucalmasına, gah da enməsinə, geriyə
getməsinə səbəb olur, lakin o heç yerdə əvvəl keçilmiş yola
bir də qayıtmır. İspan kələkbazlıq romanlarının qəhrəman-
larından fərqli olaraq Simplitsius ətraf gerçəkliyi anlamaq və
şərh etməyə çalışır.
Hadisələrin rəngarəng axınında o taleyin oyuncağına
Dostları ilə paylaş: |