Afaq Yusifli İshaqlı
72
çevrilmir,
özünü
itirmir,
ətraf
mühitə,
vəziyyətə
uyğunlaşaraq onu öz xeyrinə doğru yönəldir. O, nəcib,
cəsarətli, çevik, hər cür vəziyyətdən çıxış yolu tapmağı ba-
caran bir adamdır, yeyir, içir, oynayır, qadınları sevir, lakin
tək özünü düşünmür, dünyanın, həyatın, hadisələrin sirlərini
dərk etməyə can atır. O, ədalətli qanunlar əsasında dünyanı
yenidən qurmaq, dəyişdirmək haqqında düşünür, gah gülür,
gah kədərlənir.
Şəxsiyyətin körpəliyindən qocalığına qədər həyatını
geniş və rəngarəng bir şəkildə əks etdirdiyinə görə
"Simplitsissimus" romanını Getenin "Vilhelm Meysteri" ilə
müqayisə edirlər, lakin Getenin romanında daha çox şəxsi
hadisələrin təhlili əsasdırsa, Qrimmelshauzen şəxsiyyətin
sosial baxımdan tipik inkişafını qələmə alır. Sonrakı
dövrlərin burjua romanlarının qəhrəmanlarının fərdiyyətçi
məhdudluğu da Qrimmelshauzenin qəhrəmanına yaddır.
Simplitsius öz şəxsi hisslərindən yaxa qurtarmış bir
adamdır. O, dünyanı kənardan seyr edir, lakin ona biganə
qala bilmir, onun münasibətləri, dəhşətləri qarşısında özünü
unudur. Fikrin daimi axtarışları onda gerçəklik haqqında tam
bir baxışlar sistemi yaradır. Mövcud gerçəkliyi qəbul edə
bilməyən, onunla vuruşan, ona gülən, onu dəyişdirmək
istəyən, buna ümidini itirən qəhrəman onu tərk etməli olur.
"Simplitsissimus" romanı əsasən satirik roman olsa
da, ona ancaq satirik bir əsər kimi yanaşmaq yanlış olardı.
Burada satira qəhrəmanın mövcud aləmə münasibətinin
ifadələrindən biridir. Otuzillik müharibə dövründə alman
gerçəkliyinin realist şərhinin bir hissəsidir. Əlbəttə,
Qrimmelshauzen tarixi roman yaratmağa cəhd göstərməmiş,
müharibənin şahidi olan bir şəxsin xatirələrini dəqiqliyi ilə
təsvirə cəhd göstərməmişdir. Romanda bu müharibənin heç
bir mühüm tarixi iştirakçısı, heç bir az-çox əhəmiyyətli
epizodu olduğu kimi qələmə alınmamışdır. Yazıçı tarixi mən-
XVII əsr Qərbi Avropa ədəbiyyatı
73
bələrdən faydalansa da onlardan istədiyi kimi istifadə etmiş,
müharibənin tarixini deyil, müharibə fonunda alman
gerçəkliyinin bədii mənzərəsini yaratmışdır.
Tarixi gerçəkliklə bədii uydurma, yazıçının şəxsi
müşahidələri ilə xalq yaradıcılığı nümunələrindən alınan
səhnələr məharətlə birləşdirilmiş, ümumi bədii məqsədə
yönəlmişdir. Qanauda, doğrudan da, general-qubernator
Ramzay adlı bir şəxs olmuşdur. yazıçı əsərdə onu öz adı ilə
təsvir edir. Lakin məlum olur ki, onun təlxəyə çevirib
güldüyü Simplitsi bacısı Susanna Ramzayın oğludur. Atası
isə onu meşədə öz himayəsinə götürən zahid imiş, tarixi
şəxsiyyətlə uydurma surətlər romanda bir-birinə qarışdırılır
və bununla xüsusi qayələr izlənir.
Qrimmelshauzen özünəqədərki satirik ədəbiyyatda
ancaq çılpaq sxemlər və didaktik moizələr olan yerdə bədii
cəhətdən inandırıcı sözlər, ifadələr tapıb işlətmişdir. Onun
romanında alleqorik "yuxugörmələr" yeni vəzifə daşıyır.
Qəhrəmanın yuxularından birində feodal zadəgan ordusunun
daxili ziddiyyətləri və xalqla rəftarı əks olunmuşdur.
Simplitsius bir dəfə qəmli halda soyuqdan və aclıqdan
yuxuya gedir, yuxuda görür ki, onun ətrafında olan ağaclar
birdən-birə dəyişir və tamam ayrı görkəm alırlar. "Hər bir
zirvədə bir kavaler oturub, kiçik budaqlar isə yarpaqlar
əvəzinə müxtəlif rütbəli gənclərlə bəzənib. Onlardan bəziləri
əllərində nizələr tutub, bəziləri isə muşketlər, alebardalar,
protazanlar, bayraqlar, həmçinin təbillər və borular tutub
dayanıblar." "Ağacların kökü, gövdəsi isə heç bir qiyməti
olmayan
insancığazlardan,
peşəkarlardan,
günəmuzd
işləyənlərdən, daha çox isə kəndlilərdən və onlara
bənzərlərdən idi, bununla belə onlar həmin ağaca qüvvə
verir, əgər o, öz qüvvəsini itirərdisə, bir də verərdilər. Onlar
özləri ilə ağacın çatmayan, budaqlardan düşmüş yarpaqlarını
əvəz edir, özlərinə fəlakətlər gətirirdilər. Ağacın ağırlığı
Afaq Yusifli İshaqlı
74
"onları elə əzirdi ki, onların kisələrindəki qızılları yeddi qıfıl
arxasında olsa da, çəkib çıxarırdı". "Onlar qızıl saçmaqdan
dayananda isə komissarlar onları hərbi divan tutma yolu ilə
qaşovlayıb təmizləyirdilər", özü də elə təmizləyirdilər ki,
"onların sinələrindən iniltilər qopur, gözlərindən yaş axır,
dırnaqları arasından qan axır, sümüklərindən isə ilik çıxırdı."
Bu və buna bənzər "yuxular" vasitəsilə yazıçı alman
gerçəkliyinin obrazlı mənzərəsini yaradır, qəzəb, nifrət
alovları yağdırır.
Qrimmelshauzen ictimai inkişafın hərəkətverici
qüvvələri, sosial qrupların və onların rəhbərlərinin qarşılıqlı
münasibətləri, hərbi və diplomatik sirlər haqqında, təbiidir
ki, aydın elmi təsəvvürə malik deyildir. O, ancaq ağıllı,
namuslu, həqiqətpərəst bir adam kimi gördüklərini qələmə
almışdır. O, həyatı bütün xoşagəlməz cəhətləri və
qəddarlıqları ilə qələmə alıb. Ədib adi bir salnaməçiyə
çevrilmədən dövrünün alman həyatının ümumiləşdirici bədii
bir qüdrətlə tarixən doğru mənzərəsini yaradır. Həyatın
müəyyənliklə
bədii
ümumiləşdirməsinin
vəhdəti
Qrimmelshauzenin
romanını
səciyyələndirən
əsas
keyfiyyətlərdən biridir.
Alleqorik satira və naturalist səhnələr, tarixi təhkiyə
ilə nağıllara məxsus fantastika, tərki-dünyalıqla hissilik,
müdrikliklə sadəlövhlük, sadədil bir ciddiyyətlə çoxmənalı
gülüş bir-birinə qarışaraq, bir-birində əriyərək mürəkkəb və
ziddiyyətli bir bütövlük yaradır, mürəkkəb və ziddiyyətli bir
dövrün, gerçəkliyin təcəssümünə çevrilir. Servantesin "Don-
Kixot" əsəri kimi Qrimmelshauzenin romanı da dərin
köklərlə doğma gerçəkliyə bağlıdır, eyni zamanda böyük
ümumbəşəri ümumiləşdirmə səviyyəsinə yüksəlir.
Qrimmelshauzen realizminin gücü, qüdrəti xalq
mövzusunun işlənilməsində daha aydın nəzərə çarpır.
Adəmdən başlayan kəndli nəslinin nəcabətini vəsf edir,
Dostları ilə paylaş: |