XVII əsr Qərbi Avropa ədəbiyyatı
81
ancaq bu cəhətinə görə alman barokko cərəyanının səciyyəvi
nümayəndəsi olan Filipp Tsesen özünün tam nəzakətli
romanlar ruhunda yazılmış "Assenat" romanında "İsmətli
İosif" romanına laqeydliklə yanaşır, təkəbbürlü bir əda ilə
onun
mənbələrə
uyğun
yazılmadığını
bildirir.
Qrimmelshauzen borclu qalmır, bir sıra romanlarında və
tənqidi əsərlərində Tsesen və onun kimi yazıçılara kəskin
cavab verir. Poeziyadan sadəlik, aydınlıq, gerçəkliyə uyğun-
luq, dərin məzmun tələb edən ədib barokko üslubuna məxsus
yazıçıların dil pəhləvanlığını, söz oyunbazlığını qətiyyətlə
rədd etmişdir. "Satirik Pilqram" kitabında Qrimmelshauzen
"poetik sayıqlamalarla" məşğul olan "yazıq səfehlərdən", gah
Fillis, gah Xloris, gah Qalateya, gah da Amarillislərdən
söhbət açan, boş, mənasız əfsanələr uyduran, onların
saçlarını ipəyə, qızıla, günəşin şüalarına, gözlərini ulduzlara,
yanaqlarını açılmış qızıl güllərə, dodaqlarını lələ, alnını fil
sümüyünə, əlinin dərisini qara bənzətmələrinə gülür.
"Simplisissimus" romanının müvəffəqiyyəti yazıçını
yenidən həmin mövzuya müraciət etməyə həvəsləndirir.
1670-ci ildə Qrimmelshauzenin "Sadəlövhün acığına, yanqır
yalançı və avara Kurajın qəribə və təfsilatlı həyat tarixçəsi"
romanı çap olunur. Romanda Otuzillik müharibə dövründə
yaşamış fırıldaqçı bir markitant qadının həyatı qələmə
alınmışdır. Guya Kuraj adlı bu "nəcib xanım"
Simplisissimusla rastlaşır, hətta ondan hamilə olur.
Simplisissimusun acığına o da öz xatirələrini yazır.
Məlum olur ki, Kuraj uzaq bir Bohemiya şəhər-
ciyində Praxatitsdə yaşlı bir qadının himayəsində böyü-
müşdür. Kuraj öz doğma ata-anasını tanımır. Onun 13 yaşı
tamam olanda şəhərciyi imperiya orduları tutur. Qadın onu
landsknextlərin əliuzunluğundan qorumaq üçün qıza oğlan
paltarı geyindirir. O, Yanko adı ilə əvvəlcə rotmistrin pajı,
sonra məşuqəsi olur, müxtəlif keşməkeşlərdən keçir, bir neçə
Afaq Yusifli İshaqlı
82
dəfə ərə gedir. Axırıncı dəfə bir markitanta ərə gedir,
döyüşlərdə olur, miyançılıq edir, qaraçılara qoşulur.
Simplisissimusun
əksinə
olaraq
Kuraj
həyatın
keşməkeşlərində yaxşılığa doğru deyil, pisliyə doğru gedir.
Həyatın hər addımı onu tənəzzülə doğru aparır.
Əməllərindən peşman olmaq bilməyən Kuraj acgöz və
doymaq bilməyən bir ehtirasa malikdir. O, yırtıcı, paxıl,
tamahkar, intiqamçı, məkrli, daşürəkli bir adamdır. O, ən
ümidsiz vəziyyətlərdən xilas olur, yenidən həyatın üzünə
çıxır.
"Kuraj" romanı sadə, canlı bir dillə yazılmışdır, güclü
həyatiliyi ilə seçilir.
Eyni ildə çap olunmuş "Şpringinsfeld" romanında
Qrimmelshauzen yenidən Simplisissimus mövzusuna qayıdır
və Otuzillik müharibənin hadisələri fonunda alman
gerçəkliyinin satirik tənqidi mənzərəsini yaradır.
Şpringinsfeld otuzillik müharibə dövrünün muzdlu
əsgərlərindəndir. Döyüşlərdə ayağının birini itirən bu keçmiş
əsgər indi skripkada çalıb özünə çörək pulu qazanır. O, bir
dəfə aşxanada Hindistandan qayıtmış Simplisissimusla
görüşür, başına gələnləri ona danışır. Məlum olur ki, otuz il
əvvəl Şpringinsfeldlə Simplisissimus Zust yaxınlığında bir
yerdə vuruşmuşlar. Şpringinsfeldin başına gələnlər də acı və
ibrətlidir. Qoca əsgər sonuncu rəfiqəsi gənc banduraçalan
qadınla ilə Avstriya və Bavariya yarmarkalarını gəzir.
Banduraçalan bir çox cəhətlərdən Kurajı xatırladır. Lakin
mənən ondan daha eybəcərdir. Həyasızlıq, əxlaqsızlıq,
utanmazlıq onun üçün təbii bir haldır. O, Şpringinsfeldin
gözü qarşısında açıq-açığına pozğunluq edir, onun şəxsiyyət
və ləyaqətini tapdalayır.
Bir dəfə Şpringinsfeld banduraçalan ilə çayın sahi-
lində ağacın kölgəsində oturarkən ağacın budağının suya
düşmüş kölgəsi üzərində nəsə görürlər, lakin həmin əşya
XVII əsr Qərbi Avropa ədəbiyyatı
83
əslində ağacın budağı üstündə görünmürdü. Banduraçalan
ağaca çıxıb suda əksi görünən predmeti əlinə alan kimi özü
görünməz olur. Şpringinsfeld onu ağacın başında görmür,
lakin suya düşən əksdə onun əlində balaca bir quş yuvası
tutaraq ağacdan düşdüyünü görür. Banduraçalan günün
altında olanda onun kölgəsini görmək olur, kölgədə olanda
isə tamam görünməz olur.
Banduraçalan ərinə təklif edir ki, bir sirli quş
yuvasından varlanmaq üçün istifadə etsinlər, namuslu
Şpringinsfeld bunu qorxulu və şübhəli sayaraq razılaşmır.
Belə olanda banduraçalan olan pulları da götürüb yoxa çıxır.
Şpringinsfeld isə acından ölməmək üçün Venesiyasa gedir,
mühasirəyə düşür, bir ayağını itirir. Almaniyaya qayıdanda
isə banduraçalanın ölüm xəbərini eşidir.
Banduraçalanın ölümü haqqındakı söhbət maraqlı bir
novella təsiri bağışlayır. Banduraçalan təhlükəli anda
yenidən gözə görünməz olsa da, çörəkçinin gətirdiyi
əsgərlərdən biri təsadüfən onu təbərzinlə vurub öldürür.
Sehrli quş yuvasının taleyi ədibin "Möcüzəli quş
yuvası" romanında qələmə alınmışdır. Banduraçalanın
ölümündən sonra sehrli əşya onu öldürən təbərzinçinin əlinə
keçir. Əvvəlcə o da quş yuvasından qazanc məqsədilə
istifadə edir. Özü gözə görünmədən cəmiyyətdə müşahidə
etdiyi hadisələr tədricən onda qəzəb, nifrət oyadır. Onun
qarşısında həyatın astar üzü açılır. O, kənar gözlərdən gizli
qalan dəhşətli yoxsulluğun, saysız-hesabsız kələklərin,
ikiüzlülük və şöhrətpərəstliklərin, yalan andların və ailə
xəyanətlərinin şahidi olur. O, insanların həyatının ən gizli,
dərin cəhətlərini görür.
Təbərzinçi başqalarının həyatına qarışır, yalançıları
döyür, bacarıqsız adaxlıbazları qorxudur, gözə görünmədən
xeyirxah işlər görür. O, bir növ mücərrəd bir əxlaq
təcəssümünə çevrilir. Axırda təbərzinçi sehrli yuvanı parça-
Dostları ilə paylaş: |