Afaq Yusifli İshaqlı
78
olacaqdır. O, möhkəmləndirilmiş torpaqları yerlə yeksan
edəcək, bütün Almaniyanı yenidən quracaqdır. O, hər bir
şəhərə ona yaxın olan torpaqları ayıracaq ki, qoy oranın
əhalisi onu becərsin. Hər bir şəhər özünün ən müdrik və
işgüzar iki nümayəndəsini seçəcək və onları parlamentə
göndərəcəkdir. Bütün alman şəhərləri qardaşlıq ittifaqında
birləşəcəkdir. Daha bundan sonra nə onda bir vergilər olacaq,
nə biyar, nə müharibələr, nə məcburiyyətlər. İnsanlar axır
başa düşəcəklər ki, mən onları səadət üçün yaratmışam."
Ən ağıllı, müdrik hərəkətlərinə, sözlərinə, arzularına
görə dəli qələminə verilən, ağıl və idrakı ilə antik dövrün
allahlarından geri qalmayan sadə insanın istək və arzuları,
böyüklük və əzəməti, insanpərvərliyi və mərhəməti bu
sözlərdə ifadə olunmuşdur. Yazıçı elə bir qəhrəman,
peyğəmbər arzu edir ki, otuz illik müharibənin Almaniyaya
vurduğu yaraları sağaltsın, yeni insani cəmiyyət qursun ki,
orada insanlar xoşbəxt olsunlar. Simplitsius "bəs senyorlar və
prinslər nə deyərlər?" deyə soruşanda, Yupiter öz utopik
proqramının yeni-yeni cəhətlərini şərh edir: "Mən onlardan
tamamilə
cinayətkar
həyat
keçirənlərinin
hamısını
öldürəcəyəm. Qalanlarını isə iki yerə böləcəyəm: mənim
müəyyənləşdirdiyim qayda-qanunları qəbul etməkdən imtina
edənləri Macarıstana, Valaxiya və Makedoniyadan o yana,
düz Asiyaya qədər qovacağam. Orada onlar hamısı kral
olacaqlar və qoy özləri üçün daim vuruşsunlar. Onlardan kim
ki, vətənində dinc həyatı əbədi sürgündən üstün tutacaq, sadə
insanlar kimi yaşayacaqlar; ancaq onda kəndlinin qisməti
prinlərin indiki həyatından daha artıq qibtəyə layiq olacaq...
Nəhayət, mən özüm də allahlar dəstəsi ilə Olimpdən
enəcəyəm. Mən Gelikonu Almaniyaya köçürəcəyəm və
muzdurlar daimi yaşayış üçün ora köçəcəklər. Mən yunan
dilini unudub almanca danışacağam. Alman qəbilələri və bü-
tün dünya xalqları arasında sülh bərqərar olacaq, insan
XVII əsr Qərbi Avropa ədəbiyyatı
79
ağlının nəcib icadları müharibənin çirkin kəşflərini əvəz
edəcəkdir."
Qrimmelshauzenin humanist, demokratik arzuları bu
kiçik dialoqda bütün aydınlığı və səmimiyyəti ilə şərh
edilmişdir. Lakin onu da qeyd edək ki, Yupiterin utopik
düşüncələrində bəzi mürtəce cizgilər də özünə yer tapmışdır.
Onun fikrincə, alman qəhrəmanı bütün alman xalqlarını öz
hakimiyyəti altında birləşdirəcək, başqa Avropa xalqları
onlara tabe olacaqlar. Onların kralları, öz taclarını,
məmləkətlərini və ona daxil olan torpaqları könüllü olaraq
bir len /iqta/ kimi alman millətindən alacaqlar. Çinin, İranın
hakimləri, Böyük Moğol, Afrikada keşiş İoann, Moskvada
böyük çar qiymətli bəxşişlər şəklində ona xərac verəcəklər.
Əlbəttə, bu məhdud cəhətləri, şişirtməyə, onları sonrakı
dövrlərin millətçilik təzahürləri ilə əlaqələndirməyə qətiyyən
ehtiyac yoxdur.
Yupiterin arzuları müəyyən qədər XVI-XVII əsrlərin
kəndli hərəkatlarının əhval-ruhiyyəsinə və siyasi tələblərinə
uyğun gəlir. Kəndlilər də əbədi sülh və ədalət istəyirdilər.
Onlar da təhkimçiliyin, biyarın, vergilərin, faizlərin ləğvini
arzulayır, meşə və çaylardan azad şəkildə istifadə etməyi
tələb edirdilər.
Bir cəhəti unutmaq olmaz ki, yazıçının dünyagörü-
şünü, arzularını onun qəhrəmanının dünyagörüşü və arzuları
ilə heç də həmişə eyniləşdirmək olmaz. Qrimmelshauzen
Yupiterin fikirlərinə Simplitsiusun gözləri ilə yüngül bir
inamsızlıq və təbəssümlə baxır. Ölkənin sosial və siyasi
baxımdan yenidən qurulması proqramının xalq nümayəndəsi,
kəndli, dərzi, papaqçı yox, kitablar aləminə bağlı bir adam
kimi irəli sürür. Don Kixotun qəribə bir alman variantı kimi
meydana çıxan Yupiter də ağlını itirmişdir, dəlidir.
Simplitsius onun sözlərini kədərli və ağıllı bir təcəssümlə
dinləyir, onun fikirlərinin həyata keçirməzliyini, həyatdan,
Afaq Yusifli İshaqlı
80
real vəziyyətdən uzaqlığını dərk edir. Görünür ki, məhz elə
buna görə də Qrimmelshauzen bu nəcib arzuları yazıq bir
dəlinin dili ilə söyləyir, onun xam xəyallarına gülür.
Qrimmelshauzenin romanı müəyyən ziddiyyətlərinə
baxmayaraq
xəlqi bir əsərdir. Romanda zamanın
ziddiyyətləri ilə şərtlənən müəyyən ideya ziddiyyətləri
görünür. Yazıçı bir tərəfdən ictimai ədalətsizliklərə fəal
şəkildə etiraz edir, digər tərəfdən otuzillik müharibənin
gətirdiyi fəlakətlərə bir seyrçi kimi baxır. Bir tərəfdən
cəmiyyəti yenidən qurmaq istəyir, digər tərəfdən bunun
həyata
keçirilməsinin
qeyri-mümkünlüyünü,
özünün
gücsüzlüyünü anlayıb ən nəcib arzulara bir dəlinin
sayıqlaması kimi baxır. Görünür ki, ən dəhşətli fəlakətlər
dövründə xalq da öz həyati nikbinliyini itirir. Xalq yazıçısı
olan Qrimmelshauzen də Otuzillik müharibə dövründə
ədalətə, insanlığa, gözəlliyə inamını itirmiş, dünyanı bir şər
hərcmərcliyi şəklində təsəvvür edən xalqın əhval-ruhiyyəsini
əks etdirmişdir. "Simplisissimus" XVII əsr alman
gerçəkliyinin realist bədii salnaməsidir.
1667-ci ildə Qrimmelshauzenin "İsmətli İosif"
romanı nəşr edilmişdir. Romanda xalq içərisindən çıxan
ağıllı və nəcib bir insanın surəti yaradılır. Onun ancaq öz
bacarıq və qabiliyyəti sayəsində hakimiyyətə, dövlətə
çatdığı, şöhrətləndiyi göstərilir. Qrimmelshauzen öz ismətli
qəhrəmanını Misir kübarların əxlaq düşkünlüyünə və
pozğunluğuna qarşı qoyur, bununla müasir alman
gerçəkliyinin kölgəli cəhətlərinə öz münasibətini bildirir.
İosifin nökəri Muzan romanda kələkbaz Pikaro surətinin
yeni maraqlı nümunəsi kimi verilmişdir.
"İsmətli İosif" əsəri alman barokkosunun nəzakətli
kübar romanları silsiləsinə daha çox yaxın idi. Lakin əsərin
əxlaqi meyli, xalq içərisindən çıxmış bir adamı ucaltmaq
təşəbbüsü faktiki olaraq barokko ədəbiyyatına zidd idi. Məhz
Dostları ilə paylaş: |