Afaq Yusifli İshaqlı
154
güclü və dərin fikirlər, düşüncələr əks olunmalıdır. Burada
artıq heç nə ola bilməz. Lakoniklik aforizmin əsas məziy-
yətidir.
LAROŞFUKO. /1613-1680/. Aforizmi bədii yaradı-
cılığının əsas formasına çevirən, bu janrda yazdığı əsərlərlə
XVII əsr fransız ədəbiyyatının Kornel, Rasin, Lafonten kimi
nümayəndələri ilə bir sırada durmaq hüququ qazanan
Laroşfuko klassisizmin tipik nümayəndələrindən biridir.
Universallığa can atan, ümumiləşdirmələrində son həddə
varan, konkret surətləri yox, ümumi ideyanı əsas götürən bu
istedadlı sənətkar bədbinliyi, inamsızlığı ilə də əsrinin
oğludur. Lakin o, həyata, insana, ictimai gerçəkliyə bədbin,
inamsız münasibəti cəhətdən barokko cərəyanına məxsus
yazıçılara daha yaxındır.
Fransua de Laroşfuko Fransanın iri feodal əyanla-
rından olmuşdur. Mütləqiyyət idarə üsulu onun feodal
imtiyazlarına toxunduğu üçün Fronda hərəkatında iştirak
etmiş, kardinal Rişelye və kardinal Mazarini əleyhinə
mübarizə aparmışdır. 14 yaşında əlverişli şəkildə evlənmiş,
15 yaşında Kondenin ordusunda vuruşmuş, 16 yaşında
saraya daxil olaraq dedi-qodular, fitnə-fəsadlar burulğanına
düşmüşdür, gah sürgün edilmiş, gah Bastiliyaya salınmışdır.
Onun həyatı XVII əsrin nəzakətli qəhrəmanlarının həyatı
üçün nümunə ola bilər.
Yazıçının həyatı "Xatirələr"ində təsvir etdiyi kimi
rəngarəng
macəralar
içərisində
keçmişdir.
Fronda
hərəkatında iştirakı da bu macəraların davamı kimi meydana
çıxmışdır. Vətəndaş müharibəsində qiyamçılar dəstəsinin
başçısı kimi şücaətlə vuruşmuş və 1652-ci ildə üzündən
yaralandıqdan sonra siyasi işlərdən əl çəkib ədəbi salonlar və
onların iştirakçıları ilə dostlaşmışdır.
1662-ci ildə onun "Memuarlar" /"Xatirələr"/ əsəri çap
XVII əsr Qərbi Avropa ədəbiyyatı
155
olunur. Səliqəli, canlı və incə bir üslubda yazılmış bu
"Xatirələr"də
hadisələr fərdi təəssürat süzgəcindən
keçirilərək təqdim olunur. Get-gedə onun bədbinlik və
ümidsizliyi tündləşir. 1665-ci ildə "Düşüncələr, yaxud əxlaqi
hikmətlər və maksimlər" adı ilə çap olunan aforizmləri də acı
və əsəbi bir ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi ilə
aşılanmışdır. Bu aforizmlərdə zəngin həyat təcrübəsinin ayıq
ümumiləşdirilməsi, orijinal bir filosofun bitkin dünyagörüşü
əks olunmuşdur. Burada ictimai həyatdan bədbinləşmiş bir
şəxsin ictimai, sosial səciyyə daşıyan bədbinliyi ardıcıl və
təsirli tərzdə ifadə olunmuşdur. Çox mümkündür ki, bu
bədbinlik fəlsəfəsinin yetkinləşməsində "insan insanın
canavarıdır" deyən Hobbs fəlsəfəsinin də müəyyən rolu
olmuşdur. Laroşfukonun mizantropluğu /insansevməzliyi/
heç də ümidləri boşa çıxan, aldadılan məğrur bir zadəganın
əsəbiliyinin nəticəsi deyildir. Əksinə o, mənsub olduğu sinfin
süqutunu, mütləqiyyət tərəfindən məğlub edilib ona xidmət
göstərməyə məcbur olduğunu görüb bədbinləşir, kor-təbii
materialist
düşüncə
əsasında
mövcud
cəmiyyətin
eybəcərliyinin səbəblərini, köklərini açıb göstərir.
Laroşfukonun kitabında diqqəti cəlb edən əsas fikir
bundan ibarətdir ki, "çaylar dənizə itdiyi kimi bütün
yaxşılıqlar da haqq-hesabda itir". Başqa sözlə, yazıçının
fikrincə, ictimai həyatın bütün hadisələri qazancla, fayda ilə,
xudbin haqq-hesabla əlaqədardır. "Qazanc bütün mümkün
dillərdə danışır, bütün insan növlərinə, hətta onda marağı
olmayanlara da əmr edir". İnsanların hərəkətləri onların
yaşından, cinsindən asılı olmayaraq xudbin məqsədlər güdür.
"Sevginin nə olduğunu müəyyən etmək çətindir. Yeganə onu
demək olar ki, bu qəlbə münasibətdə hökmranlıq etmək
cəhdidir". "Namuslu qadınların çoxu gizli xəzinələrə
bənzəyir, onlar ancaq onları axtarmadıqlarına görə
təhlükədən uzaqdırlar". "Ağıllı axmaqdan dözülməz heç nə
Afaq Yusifli İshaqlı
156
yoxdur". "Elə göz yaşları var ki, başqalarını aldadandan
sonra çox vaxt bizi də aldadırlar". "Həqiqi xeyirxahlıqdan
nadir heç nə yoxdur: xeyirxahlıq adlandırılan şey adətən
səhlənkarlıq və zəiflikdən başqa bir şey deyildir". İnsana
inamsızlıqla, bədbinliklə dolu olan bu fikirlər uzun müddət
Fransa kübar cəmiyyətində dolaşan, insanları yaxından
tanıyan, onların əməllərini, sözlərini görən ayıq, cəsarətli
şəxsin real faktlardan çıxartdığı qənaətlərdir. Yazıçının
yaşadığı dövrü, dolaşdığı mühiti nəzərə almadan onun
əsərinə doğru qiymət vermək çətindir.
Sevgidə, dostluqda, mərhəmətdə, qayğıda insan
ancaq özünü düşünür. Adam bir başqasına kömək göstərirsə,
bunu ancaq ona görə edir ki, başqasının əzabını görmək onun
xoşuna gəlmir. Birinə sədəqə verirsə, ancaq ona görə belə
edir ki, mərhəmət göstərmək onun xoşuna gəlir. Əgər ölənə
ağlayırsa, ancaq özünə yazığı gəlir, çünki ölənlə görüşmək
ləzzətindən məhrum olur.
Bir klassisist kimi Laroşfuko öz hikmətlərində insan
eybəcərliklərinə ümumilik səciyyəsi verməyə çalışsa da,
onun göstərdiyi ehtiraslar əslində XVII əsr fransız
zadəganlığının yuxarı dairələri üçün tipikdir. Bu aforizmlər
arxasından həmin dövrün zadəganları və əyanları boylanır.
Bu aforizmləri oxuyan, heyrətlə qarşılayan Fransanın yüksək
kübar dairələri onlarda özlərini görürdülər və tanıyırdılar.
Lakin Laroşfukonun əsərini ancaq zadəganlığın əxlaqını əks
etdirən bir əsər kimi qiymətləndirmək yanlış olardı. Onun
əhəmiyyəti, məzmunu daha genişdir.
Laroşfukonun bəzi aforizmləri bunlardır: "Bizim
hamımızın özgənin bədbəxtliyinə dözməyə kifayət qədər
gücümüz vardır", "Qocalar yaxşı məsləhət verməyi ona görə
sevirlər ki, onlar axmaq nümunələr göstərməyə qabil
olmadıqlarına görə özlərini mükafatlandırsınlar", "Krallar
insanlarla pullar kimi hərəkət edirlər: onlara öz istədikləri
Dostları ilə paylaş: |