Afaq Yusifli İshaqlı
142
Fransua de Malerb Kann şəhərində yoxsullaşmış
zadəgan ailəsində doğulmuşdur. Onun atası Kannda
məhkəmə məmuru idi. Yaxşı təhsil alan, Anqulem Hersoqu
Henrixin katibi olan Malerb öz ağası ilə birlikdə bir müddət
Provansda yaşamış və burada italyan dili və ədəbiyyatını
öyrənmişdir. 1586-cı ildə Anqulem Hersoqunun ölümündən
sonra yenidən Kann şəhərinə qayıtmış, yoxsulluq içərisində
şeir yazmaqla məşğul olmuşdur. 90-cı illərin sonlarında Eks
şəhərində yaşayan Malerb "Cənab Düperyeyə qızının ölümü
münasibətilə təsəlli" şeirini yazır, IV Henrixin nişanlısı
Mariya Mediçinin Eksə gəlməsini böyük bir oda ilə
qarşılayıb, ölkədə əmin-amanlıq yaranmasını alqışlayır.
1605-ci ildə Parisə gəlib IV Henrixə təqdim olunan
şair kralın sifarişi ilə onun Limuzin səfəri ilə bağlı yeni bir
şeir yazır. Stans formasından istifadə edən Malerb öz
şeirində kralı şücaətli, müdrik, feodal araçəkişmələrini
aradan qaldıran, ancaq təbəələrinin xoşbəxtliyini düşünən bir
hökmdar kimi göstərmiş və tərənnüm etmişdir. Malerbin
stansları sarayda müvəffəqiyyət qazanır, hökmdar ona saray
rütbəsi verir. Bu vaxtdan Malerb Fransanın rəsmi saray şairi
olur. Rişelye isə onu Fransanın xəzinədarı təyin edir.
Öz mövqeyini Parisdə və sarayda möhkəmləndirən
Malerb ilk dəfə ədəbiyyat sahəsində möhkəm dövlət
siyasətinin yeridilməsi zərurətini elan edir. O, eyni zamanda
şair və nəzəriyyəçi idi, lakin nəzəri görüşləri şeirlərinə
nisbətən klassisizmin formalaşmasında daha mühüm rol
oynamışdır. Lirik bir şair kimi XVII əsr fransız ədəbiyyatında
Ronsarın həqiqi varisi olan Malerb daha sox odalar, stanslar,
sonetlər və nəğmələr yazmışdır. Ronsar poeziyası ilə yaxın
əlaqələrinə baxmayaraq o, "Ülkər" qrupunun və onun təqlidçi-
lərinin fərdiyyətçiliyi, subyektivizmi və emosionallığı ilə mü-
barizə aparmışdır. O, fərdiyyətçiliyə, təsirliliyə qarşı çıxaraq
poetik materialın ciddi məntiqi intizam və düşüncəyə uyğun
XVII əsr Qərbi Avropa ədəbiyyatı
143
şəkildə qurulmasını tələb edirdi. Əslində bu, mütləqiyyətin
siyasi məqsədlərinə cavab verən, fərdi özbaşınalığa qarşı
yönələn şüurlu bir hərəkət idi. Ağıl, düşüncə qarşısında səcdə
edən, Dekart və Bualodan çox-çox əvvəl ancaq ağlı əsl
gözəlliyin və həqiqətin ali hakimi sayan Malerb poeziyada
ağla zidd olan şeyə qarşı mübarizə aparmışdır. Dumanlılıq,
sünilik, uydurmaçılıq hallarını rədd etmişdir. O, əsərlərin
dolaşıq quruluşa, bayağı, anlaşılmaz və yanlış dilə malik
olmasını inkar edirdi. Sarayın, zadəganlığın təsili ilə Malerb
kobud, plebey söz və ifadələrindən qaçmağa, əyalət sözlərini
işlətməməyə, Paris dilinin təmizliyini qorumağa çağırırdı.
Bir məhdudluqlarına baxmayaraq Malerbin poetik dil
sahəsində həyata keçirdiyi islahatda yeni, mühüm cəhətlər
çox idi. Malerb müəyyən qədər ciddi və məhdud olsa da,
fransız dili sahəsində incə zövqə, həssas duyğuya malik idi.
Malerbin apardığı dil islahatının doğruluğunu belə bir fakt
bir daha təsdiq edir ki, nəinki təkcə XVII və XVIII əsrlərdə,
hətta XIX əsrdə bir sıra tanınmış şairlər öz əsərlərində onun
göstərişlərinə əməl edirdilər.
Öz şeirlərində Malerb əsl klassisist şair kimi çıxış
edir, tənasüb, ölçü hissini gözləyir, bədii əsərin bütün
hissələrini bir-birilə elə məharətlə uzlaşdırır ki, biri digərini
sıxışdırmır. Bu cəhd şeirdə simmetriya və ahəngdarlıq
yaratsa da, onun müəyyən dərəcədə yeksənəq olmasına
səbəb olurdu. Malerb üslub və janrların bir-birinə
qarışdırılmasına qarşı da qəti etiraz edirdi. Onun müraciət
etdiyi, şeirlər yazdığı hər bir lirik janrın özünə məxsus ifadə
vasitələri var idi.
Onun poeziyasında oda janrı mühüm yer tutur. Şair
bu janrı müasir siyasi həyatda baş verən hər hansı bir hadisə
münasibətilə söylənilmiş mənzum nitq kimi başa düşür. Bu
baxımdan oda Yaxın və Orta Şərq ədəbiyyatında geniş
yayılan qəsidə janrı ilə müqayisə oluna bilər. Qəsidə
Afaq Yusifli İshaqlı
144
termininin özündə hər hansı bir məqsədlə yazılmış şeir
məfhumu vardır. Lakin biz oda sözünü qəsidə şəklində
tərcümə etməyi doğru saymırıq. Malerb öz odalarında
hissələri simmetrik şəkildə qurur. Hər hansı siyasi bir ideya
ilə başlanan bu qəsidələrin sonuna yaxın şair daha geniş,
daha mühüm bir ideyaya gəlib çıxır, gələcək haqqında
danışır. Ronsardan fərqli olaraq epik ricətdən qaçan, bunu
odanın hərəkətini ləngidən bir hadisə sayan Malerb odanı
vahid lirik axına tabe edir. Belə bir üsulla yazılan Malerb
odaları gah döyüş nəğməsi, gah da dini himn səciyyəsi alır.
Malerb
fransız ədəbiyyatında öz poeziyasını
mütləqiyyətin xidmətinə verən, dövrünün bütün mühüm
hadisələrini şeirin mövzusuna çevirən bir sənətkar olmuşdur.
Lotaringiyalı Karl tərəfindən Marsel qiyamının yatırılması,
kralın nişanlısı Mariya Mediçinin Fransaya gəlməsi, IV
Henrixin həyatına qarşı təşkil edilmiş uğursuz 1605-ci il
qəsdi, Sedanın alınması və Bulon hersoqunun tabe edilməsi,
XIII Lüdovik tərəfindən La-Roşel qiyamının yatırılması və
başqa bu kimi mühüm hadisələr onun ayrı-ayrı odalarının
mövzusu olmuşdur. Hər bir odasında Malerb kralların
keçmiş xidmətlərindən danışır, gələcək şücaətlərindən xəbər
verir, əxlaqi-siyasi mövzuda olan düşüncə və nəsihətlərini
irəli sürür. Bəzi hallarda şeirin sonunda özü haqqında
danışıb, şöhrətinin əsrlərlə yaşayacağını bildirir. Malerbin
odaları təmtəraqlı, ciddi şeirlər olmaqla bərabər əsasən soyuq
və qeyri-səmimi idilər. Bu şeirlər zahiri forması, bəzək-
düzəyi baxımından saray məclislərində zadəganların cah-
cəlallı geyimlərini xatırladır, mahiyyət, ideya, fikir cəhətdən
isə xeyli yoxsul və miskin görünürdü.
Malerb dini mövzuda yazdığı şeirlərdə saray şairi
kimi çıxış edərək özünü dindar katolik simasında təqdim
edirdi. Dini mövzuda yazdığı şeirləri şair bir qayda olaraq
fransız ədəbiyyatına ilk dəfə özünün gətirdiyi stanslar
Dostları ilə paylaş: |