XVII əsr Qərbi Avropa ədəbiyyatı
139
qaydalar müəyyənləşdirirlər. Onların fikrincə, ancaq bu
qaydalara əməl etməklə antik ideal sənət nümunələrinə yaxın
olan, qiyməti ancaq bu yaxınlığın və qaydalara əməl etməyin
dərəcəsi ilə ölçülən sənət əsərləri yaratmaq mümkündür.
Klassisizm nəzəriyyəçiləri gözəlliyin əbədiliyi haq-
qında təlimə uyğun olaraq ədəbi janrları yüksək və bəsit
deyə iki yerə ayırır, hər bir janrın dəqiq sərhədlərini
müəyyənləşdirirlər. Hətta hər bir janrın mövzu dairəsi,
qəhrəmanları, dili fərqləndirilir, janrlar arasında qarışıqlığa
yol verilmirdi. Məsələn, faciələrdə təmtəraqlı dil, yüksək
hisslər, qəhrəmanlıq keyfiyyətlərinə malik şəxsiyyətlər tələb
olunurdusa, komediyada adi adamlar, sadə danışıq dili
səciyyəvi sayılırdı. Bu məhdudluqlar gerçəkliyi və insanları
bütün rəngarəngliyi ilə təsvir etməyə imkan vermirdi.
Ziddiyyətlər, mürəkkəbliklər, bir şəxsin xarakterindəki
əksliklər öz realist əksini tapa bilmirdi.
Ağlı bədii həqiqətin əsas meyarı kimi götürmək
prinsipi də klassisizmin estetikasının toxunulmaz qanun-
larından biri idi. Onlar belə düşünürdülər ki, antik müəlliflər
ağlın qanunları ilə yazıb yaratdıqları kimi, yeni dövrün
yazıçıları da ağlın tələblərinə əməl etməlidirlər. Buradan da
riyazi dəqiqliklə yerinə yetirilməsi tələb olunan qaydalar və
qanunlar müəyyənləşdirilmişdi. Üç vəhdət qanunu, janrların
növlərə və qruplara bölünməsi, əsərin quruluşundan tələb
olunan simmetriya və mütənasiblik buna misal ola bilər. Bu
cəhət klassisist əsərlərin soyuq, quru, cansız çıxmasına səbəb
olmuşdur. Ancaq tək-tək böyük sənətkarlar bu məhdudluq-
lardan yaxa qurtara bilmiş və əsl sənət əsərləri yaratmışlar.
Klassisizmin
mühüm müddəalarından biri də
müxtəlif insan xarakterlərinin ümumi, universal səciyyə
daşıması haqqındakı təlimdir. Guya Ərəstunun şagirdi
Teofrastın "Xarakterlər" əsəri də bu həqiqəti təsdiq
etməkdədir. Guya Teofrastın təsvir etdiyi müxtəlif insan
Afaq Yusifli İshaqlı
140
xarakterləri bütün dövrlər üçün səciyyəvidir. Bir halda ki,
antik
dövrün böyük yazıçıları bütün əsas insan
xarakterlərinin tiplərini müəyyənləşdirmiş və təsvir etmişlər,
müasir yazıçıların həyatı öyrənməsinə, yeni xarakterlər
yaratmasına ehtiyac yoxdur. Klassisistlər belə hesab edirdilər
ki, insan tipləri və xarakterləri dəyişməz və əbədidir. Dünya
nə qədər dəyişir-dəyişsin, insan xarakterlərinin nümunələri
dəyişməz qalır. Buna görə də klassisist yazıçılar, xüsusən,
dramaturqlar çox vaxt antik nümunələrdən kənara çıxmaq-
dan ehtiyat etmişlər, surət və xarakter yaratmaq işində hər
hansı bir yenilik yaratmaqdan qorxmuşlar. Atdıqları hər bir
addımı antik ədəbiyyatla dönə-dönə ölçərək, müqayisə
edərək atmışlar.
Klassisist dramaturgiyanın yaratdığı surətlərinin
mücərrədliyi, sxolastikliyi, hər cür fərdi cizgilərdən uzaq
olması buradan irəli gəlir. Tamaşaçının qarşısında canlı, fərdi
keyfiyyətlərə malik insanlar yox, insan-ideyalar canlandırılır.
Molyerin
Qarpaqon,
Alsest
surətlərini yada salaq.
Qarpaqonun ancaq xəsis olduğunu göstərəndə, birtərəfli bir
surət olduğunu söyləyib onu Şeylok, Hacı Qara kimi
surətlərlə müqayisə edəndə bu cəhət nəzərə alınmalıdır. Onu
da qeyd edək ki, klassisistlər öz əsərlərində həyatın ancaq
əbədi, universal, mütləq cizgilərini qələmə alır, tək-tək,
təsadüfi, müəyyən zaman çərçivəsində ban verə biləcək
halları rədd edirdilər. Halbuki bunsuz bədii surət canlılığını,
reallığını əsasən itirir.
İntibah dövrünün humanistləri kimi klassisistlər də
incəsənətin tərbiyəvi vəzifəsinə xüsusi diqqət yetirir, eyibləri
tənqid edir, xeyri, gözəlliyi mükafatlandırmaq prinsipini əsas
götürürdülər. Onların da Molyer, Kornel, Rasin kimi ən yaxşı
nümayəndələri tamaşaçını və oxucunu "əyləndirərək
öyrədirdilər". Lakin daha az istedada və bacarığa malik olan
klassisistlər quru nəsihətçilik səviyyəsinə enir, ürəkləri
XVII əsr Qərbi Avropa ədəbiyyatı
141
həyəcanlandıra bilmirdi. Lakin onu da qeyd edək ki,
müəyyən dövrlərdə klassisizmin tərbiyəedici tendensiyalılığı
mütərəqqi rol oynamış, azadlıq ideyalarının daha coşqun və
ehtiraslı şəkildə irəli sürülməsində əlverişli bir vasitə olmuş-
dur. XVIII əsrdə Volterin yüksək vətəndaşlıq pafosu ilə
aşılanmış faciələri bu cəhətdən artıq başqa tarixi məqsədlərə
ləyaqətlə xidmət edirdi. Göstərilən estetik prinsiplər XVII
əsr fransız dramaturgiyasında daha qabarıq təzahür etsə də,
nəsr və poeziya sahəsində də öz təsirini göstərmişdir.
MALERB /1555-1628/. Fransız ədəbiyyatında klas-
sisizm ədəbi məktəbinin təməl daşlarını qoyan Malerbdir.
Klassisizmin estetik nəzəri prinsiplərini sistemə alan Bualo
onu yeni poetik məktəbin başçısı və ilk böyük nümayəndəsi
kimi qiymətləndirmişdir. "Fransada əsrlərin qaranlıqları
içərisindən ilk dəfə Parnas yaranarkən orada amansız, vəhşi
bir özbaşınalıq hökm sürdüyünü", "axırı qafiyələnmiş hər
misraya şeir deyildiyini" söyləyən, Vilyon və Maronun
xidmətlərini yada salan, Rosnar və onun davamçılarının
alimanə şeirlərindən şikayətlənən Bualo yazır: "Sonradan
Malerb gəldi və ilk dəfə Fransada şeirin dəqiq ahəngdarlığını
göstərdi, lazım olduğu yerində işlənmiş sözün gücünü
göstərdi, şeir pərisini borcun qaydalarına tabe etdi. Bu
müdrik yazıçı tərəfindən nizama salınan dil həssas qulağa
nəsə kobud bir şey deməkdən əl çəkdi, bəndlər zərifliklə
axmaq öyrəndi, bir misra daha başqasına daxil olmağa
cəsarət etmədi. Hər şey öz qanunlarını dərk etdi; bu etibarlı
başçı bizim günlərin yazıçıları üçün hələ də nümunə rolunu
oynayır." Bualonin fikirləri bir qədər mübaliğəli şəkildə
deyilmiş
olsa
da,
klassisizmin
təşəkkülündə,
formalaşmasında onun xidmətlərini doğru müəyyənləşdirir.
Təsadüfi deyildir ki, Puşkin bu xarakteristikada "parlaq bir
dəqiqlik" və "ciddi bir insaf" görmüşdür.
Dostları ilə paylaş: |