Afaq Yusifli İshaqlı
136
naminə çıxmır, onunla təcrübi biliklər əsasında vuruşurdu.
Ən mühüm fəlsəfi probleminin izahında o, Dekartdan
ayrılırdı: "Mən düşünürəm, deməli mövcudam" deyən
Dekartdan fərqli olaraq Qassendi hiss və duyğuları biliyin
əsası sayırdı. Qassendi belə hesab edirdi, "hisslər heç vaxt
aldatmır". Ağlın yürütdüyü hər mülahizə hissi dəlillərə
istinad edilməlidir. Dekartın şübhə metodunu rədd edən
filosof belə hesab edirdi ki, hissi verdiyi dəlillərdən kənar ol-
maq mümkün deyildir və "Mən"in gerçəkliyi düşüncə
əməliyyatından deyil, insanın hər hansı hərəkətindən
meydana çıxır.
Dualist Dekartdan fərqli olaraq Qassendi aydın
materialist mövqedə dururdu. Epikur və Lukretsinin
arxasınca o da belə hesab edirdi ki, mövcud olan hər şeyin
əsasını bölünməz atomlardan ibarət olan materiya təşkil edir.
Onların vəziyyəti, hərəkəti və düzülüş qayda-qanunu isə
əşyaların rəngarəngliyinə səbəb olur. Ancaq kilsə təqibindən
qorxan Qassendi dini görüşlərə də güzəştə getmiş, allahı
atomların ilkin səbəbi kimi göstərmişdir. Yaradılışın ilk
günlərində atomu yaradan allah sonra kainatın işlərinə
qarışmır, həm də zaman və məkanı məhv etməyə qadir
deyildir. Qassendi etik görüşlərində də Epikurun davamçısı
idi. Həzzi insan üçün böyük nemət sayır və ondan qaçmağı
məsləhət görmürdü. Özünün sensualist təliminə uyğun
olaraq etik görüşlərində insanın təbiətindən, təbii meyllərin-
dən çıxış etmiş və insanların hərəkətlərini büsbütün dünyəvi
şəkildə izah etmişdir. Onun əxlaqi fikirləri XVII əsrin ikinci
yarısında Fransanın qabaqcıl yazıçılarına güclü təsir
göstərmişdir, Molyer və Lafonten kimi sənətkarlar onun
davamçıları idilər.
Əsrin birinci yarısının ən böyük ideya nailiyyəti isə
Dekartın rasionalist fəlsəfəsi idi. Rene Dekart /1596-1650/
həyatının çox hissəsini Hollandiya və İsveçdə yaşasa da,
XVII əsr Qərbi Avropa ədəbiyyatı
137
XVII əsrin fransız cəmiyyətinin qabaqcıl hakimi idi. İngilis
alimi Bekonla birlikdə o, yeni dövrün elmi dünyagörüşünün
yaradıcılarından idi. O, feodal cəmiyyətinin ideologiyası ilə
cəsarətlə vuruşan inqilabçı mütəfəkkir idi. Təbiətin insan
tərəfindən fəth olunması şüarını irəli sürən Dekart dəqiq
elmlərin inkişaf etdirilməsi zərurətini başa düşmüşdür.
Hələ İntibah dövrünün humanistləri belə düşünür-
dülər ki, ağlın ən elementar tələbləri incəsənətin aydın,
dəqiq, məntiqə uyğun, bütün hissələrinin mütənasib olması
zərurətini irəli sürür. Onlar bu prinsipi antik dövrün bədii
qanunlarını gözləmək baxımından da doğru sayırdılar. Buna
görə də rasionalizm klassisizmin də əsas keyfiyyətinə
çevrildi. Dekart isə Fransada rasionalist fəlsəfəsinin banisi
oldu.
Dekartın fəlsəfi sistemi bütünlüklə materialist və
idealist ünsürlərin vəhdətindən ibarətdir, həm də bu sistemin
ayrı-ayrı hissələrində gah materializm, gah da idealizm
üstünlük təşkil edir. Dekart dualist idi, bir-birinə əks olan iki
substansiyanı – materiya və ruhu eyni vaxtda qəbul edirdi.
Onun cismani substansiya haqqındakı təlimi aydın şəkildə
materialist idi, hadisələrin dəqiq elmi izahına meyl edirdi.
Düşüncə /ruh/ haqqındakı təlimində isə o, idealist mövqedə
dururdu. Orta əsrlərin sxolastik görüşlərindən yaxa qurtara
bilməyən Dekart yazırdı: "Mən düşünürəmsə, deməli,
varam." Qobbsun dediyi kimi, burada materiyanın xassəsi ilə
materiyanın özünü eyniləşdirən Dekart idealist mövqedə
dayanır.
Dekartın xidməti birinci növbədə orta əsrlər elmini və
onun metodunu tənqid etməsində, onun əsassızlığını
göstərməsindədir. Ancaq orta əsrlər ehkamçılığını rədd edən
filosof öz nəzəriyyəsində ehkamçılıqdan yaxa qurtara
bilməmişdir.
Dekart rasionalizmin – həqiqəti təcrübədə, maddi
Afaq Yusifli İshaqlı
138
aləmdə deyil, ağılda, əqli düsturlarda axtaran fəlsəfi
istiqamətin banisidir. Dekarta görə, ağıl həqiqətin yeganə
mənbəyidir. Klassisistlər də ağlın gücünə inandıqlarından,
hiss və duyğuları deyil, ağlı sənətin əsas tərkib hissəsi kimi
götürürdülər. Bu rasionalist fəlsəfənin özünəməxsus bədii
ekvivalenti olan fransız klassisizmi də idealist və materialist
meyllərin bir araya sığışmasına imkan vermişdir. Bir
tərəfdən, onlar ədəbiyyatda universal ağlın qanunlarının
hakimiyyətini təsdiq edir, fikri materiyadan ayırırlar. Digər
tərəfdən, ancaq doğru olanı gözəl elan edib təbiəti təqlid
etməyə çağırırdılar.
Klassisist yazıçılar dövrün real həyatının tipik
qanunauyğunluqlarını öyrənməyə və əks etdirməyə
çalışmışlar. Ancaq onların real gerçəkliyə olan marağı əsasən
insanın daxili aləmi ilə, insan ehtirasları və iztirab dünyası
ilə məhdudlaşırdı.
Klassisizmin
estetik
prinsipləri. Klassisizmin
estetikasında gözəlliyin əbədi, dəyişməz və bütün zamanlar
üçün mütləq dərəcədə eyni olması fikri əsas yer tutur. Onlar
gözəllik anlayışının tarixiliyini, nisbiliyini, dəyişkən
olduğunu qəbul etmirdilər. Buna görə də onlar elə hesab
edirdilər ki, gözəlliyin hər hansı bir dövrdə yaradılmış ideal
nümunələri bütün başqa dövrlər üçün də doğrudur, sonrakı
dövrlər ancaq əvvəlki dövrlərin yaratdığı ideal nümunələri
öyrənməli, onu təqlid etməli, öz yaradıcılığında ona daha ya-
xın olmağa çalışmalıdır. Gözəlliyin belə ideal və bütün
dövrlər üçün örnək olan ideal nümunələri, klassisizm este-
tikasına görə, artıq antik dövrdə yaradılmışdır. Yeni dövrün
sənətkarlarının işi bu antik ideal nümunələr təqlid etməkdən
ibarətdir. Klassisistlər bu təlimi əsas götürərək guya antik
ədəbiyyatın təcrübəsini öyrənmək əsasında xüsusi ciddi
Dostları ilə paylaş: |