XVII əsr Qərbi Avropa ədəbiyyatı
145
şəklində yazırdı.
Malerb öz şeirləri üzərində səbrlə, inadla uzun
müddət işləyir, hər sözün cilalanmasına diqqət yetirər, şeirin
son dərəcədə kamil çıxmasına çalışırdı. Malerb özü şeir
üzərində uzun müddət səbrlə işləməyi təbliğ edirdi. O
yazırdı: "Yüz misralıq bir poema yaradıb, yaxud üç vərəqlik
bir nitq yazıb on il dincəlmək lazımdır." "Birinci prezident
Verdene arvadının ölümü münasibətilə təsəlli" şeirini Malerb
üç ilə yazmışdır. Şeir çap olunanda Verden artıq ikinci dəfə
evlənmişdi, ona görə də şairin təsəlli verməsi o qədər də
təsirli olmamışdır.
Malerbin şeirlərində əsl lirizmin və yüksək ideya-
lılığın olmaması onun şair kimi tezliklə unudulmasına səbəb
oldu. A.S.Puşkin Malerbin unudulmasının səbəbini doğru
olaraq "daha çox dilin mexanizmi, sözün zahiri formaları
üzərində işləyib fikri unutmasında" görmüşdür. Malerblə
eyni zamanda yaşayıb yaradan, onun poetik prinsiplərini
rədd edən Matüren Renye və Teofil de Vio kimi şairlərin
yaradıcılığında saray da daxil olmaqla feodal-zadəgan
cəmiyyətinin həyatı daha tənqidi şəkildə əks etdirilirdi.
Tədqiqatçılar Renyenin bəzi satiraları ilə Molyerin
komediyaları arasında ciddi yaxınlıqlar görür, böyük
dramaturqun "Tartüf" və "Zəhlətökənlər" komediyalarını
onun satiralarından ilhamlanaraq yazdığı göstərirlər.
Malerbin yaxın şagirdləri F.Meynar və O.Rakanın
istedadı isə onun prinsiplərini fransız ədəbiyyatında
möhkəmləndirmək üçün kifayət deyildi. Buna baxmayaraq
fransız ədəbiyyatının sonrakı inkişafı onun irəli sürdüyü
nəzəri prinsiplərə uyğun bir yolla getdi.
Barokko, yaxud presiyoz ədəbiyyatı. Fransada
XVII yüzilliyin ədəbiyyatında ikinci ədəbi cərəyan olan
barokko presiyoz ədəbiyyat adı ilə formalaşır və tanınır.
Afaq Yusifli İshaqlı
146
Tarixi inkişafın xüsusiyyətlərindən asılı olaraq burada
presiyoz ədəbiyyat aristokratik səciyyə daşıyır, mütləqiyyətə
qarşı müxalifətdə olan feodal-zadəgan dairələrinin real və
xoşagəlməz gerçəklikdən qaçmaq istədikləri vaxt istinad
etdikləri xəyali bir aləmə çevrilir, ilğım təsiri bağışlayır.
Fransada presiyoz ədəbiyyatın nümayəndələri ispan, italyan
və ingilis həmkarlarından öyrənir, Qonqora, Marino, Con
Lili kimi sənətkarları təqlid edirdilər. Zərif söz və ifadələr,
qeyri-adi bənzətmələr, mübaliğəli və təmtəraqlı dil bu ədə-
biyyatın əsas zahiri əlamətlərindən idi.
Bir vaxtlar Marino markiza Rambulyenin salonunda
böyük müvəffəqiyyət qazanmış, kobud fransız şeirinə qarşı
çıxıb son dərəcə quru bir şair kimi Malerbə istehza etmişdir.
Markiza Rambulyenin atası isə kübar dostlarının vasitəsilə
Qonqora ilə tanış idi. Beləliklə, qonqorizmə və marinizmə
meyl ailəvi bir ənənə idi. Markiza Rambulyenin anası əslən
italiyalı olan Culiya Saveli ilk dəfə ədəbi bir dərnək təşkil
edir. Marino onun qızı Katerina de Vivona, gələcək markiza
Rambulyeyə təmtəraqlı madriqallar həsr edir, qoca Malerb
də onu vəsf etməkdə ümumi dəbdən geri qalmır. Nənəsi
tərəfindən başlanan işi markiza Rambulyenin qızı Jüli də
uğurla davam etdirir. Markiza Rambulyenin Luvr
yaxınlığındakı salonunda Konde, Konti, Laroşfuko, Büssi
kimi müxalifətçi zadəganlar toplaşır, presiyoz ədəbiyyatın
tələblərinə uyğun şəkildə yazılmış əsərləri oxuyur, öz
həyatlarını
da
presiyoz
əxlaqın
normalarına
uyğunlaşdırırdılar.
Burada presiyozluq siyasi müxalifətin təzahür
formalarından biri idi. Onlar süjetin seçilməsində, poetik
obrazlar sistemində və dildə sadə və real gerçəkliklərdən
mümkün qədər qaçmağa çalışır, sadə, çirkli xalq həyatını
xatırladan hər şeyə ikrahla yanaşır, orta əsrlərin alleqorik
şərtiliklərindən, rıtsar romanlarının və lirikasının nəzakətli
XVII əsr Qərbi Avropa ədəbiyyatı
147
cəngavərlik, siyasi kosmopolitizm və qadına pərəstiş
ənənələrindən
qidalanırdılar.
Feodal-katolik
irticası
nəticəsində başlanın humanizmin böhranı dövründə isə onlar
pastoral mövzusunu götürdülər. Bu idillik aləmə qapanmaq
yolu ilə onlar mütləqiyyət hakimiyyətinə qarşı passiv
etirazlarını bildirirdilər. Presiyoz ədəbiyyatının incə,
nəzakətli üslubu və zövqü açıq şəkildə antidemokratik
səciyyə daşıyırdı. Bununla onlar özlərini kral hakimiyyətinə,
mütləqiyyət idarə üsuluna tərəfdar çıxan aşağı təbəqənin
kobud zövqünə qarış qoyurdular.
Onore Düfrenin "Astreya" romanı, Madlen de Skü-
derinin "İbrahim, yaxud Böyük paşa", "Böyük Kir",
"Kleliya", Qombervilin "Poleksandr", La-Kalprenedin "Kas-
sandra", "Kleopatra", "Faramond" romanları, V.Vüatürün və
Benseradın şeirləri fransız presiyoz ədəbiyyatın ən məşhur
nümunələridir. Fransada barokko teatrının yaradıcısı
A.Ardidir. Yaradıcılığı müddətində 700 pyes yazan
/bunlardan 41-i qalmışdır/ A.Ardi presiyoz ədəbiyyatına
daxil edilməsə də, onun şagirdləri J. De Sküderi, Şelandr, Dü
Riye, Rotru və başqaları presiyoz üslubun ən tanınmış
nümayəndələri idilər. Bualo və Molyer öz yaradıcılıqlarında
presiyoz ədəbiyyata qarşı tənqidi mövqe tutmuşlar. Ancaq
klassisist dramaturgiya onun təsirindən yaxa qurtara
bilməmişdir. Klassisistlərin faciələrindəki ənlik-kirşanlı
zəriflik və incəlik birbaşa madam Rambulyenin salonu ilə
əlaqədardır. Təsadüfi deyildir ki, Pyer və Toma Kornel qar-
daşları da markiza Rambulyenin salonunda az olmamışlar.
Presiyoz ədəbiyyatın təsvir etdiyi aləm xəyali,
ilğımvari bir aləmdir. Baş verən hadisələrin qarşısında özünü
itirən, bədbinləşən, çıxış yolu tapa bilməyən, ideal bir
aləmdə hər şeyi unutmağa çalışan feodal-zadəgan
cəmiyyətinin müasirliyi inkar məqsədilə qaçdığı idealizə
olunmuş keçmişdir. Presiyozluq barokko cərəyanının əsas
Dostları ilə paylaş: |