Dərs vəsaiti Azərbaycan Respublikası



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/126
tarix04.11.2017
ölçüsü2,83 Kb.
#8438
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   126

Afaq Yusifli İshaqlı 
 
 
78 
olacaqdır.  O,  möhkəmləndirilmiş  torpaqları  yerlə  yeksan 
edəcək,  bütün  Almaniyanı  yenidən  quracaqdır.  O,  hər  bir 
şəhərə  ona  yaxın  olan  torpaqları  ayıracaq  ki,  qoy  oranın 
əhalisi  onu  becərsin.  Hər  bir  şəhər  özünün  ən  müdrik  və 
işgüzar  iki  nümayəndəsini  seçəcək  və  onları  parlamentə 
göndərəcəkdir.  Bütün  alman  şəhərləri  qardaşlıq  ittifaqında 
birləşəcəkdir. Daha bundan sonra nə onda bir vergilər olacaq, 
nə  biyar,  nə  müharibələr,  nə  məcburiyyətlər.  İnsanlar  axır 
başa düşəcəklər ki, mən onları səadət üçün yaratmışam." 
Ən  ağıllı,  müdrik  hərəkətlərinə,  sözlərinə,  arzularına 
görə  dəli  qələminə  verilən,  ağıl  və  idrakı  ilə  antik  dövrün 
allahlarından  geri  qalmayan  sadə  insanın  istək  və  arzuları, 
böyüklük  və  əzəməti,  insanpərvərliyi  və  mərhəməti  bu 
sözlərdə  ifadə  olunmuşdur.  Yazıçı  elə  bir  qəhrəman, 
peyğəmbər arzu  edir ki,  otuz  illik  müharibənin  Almaniyaya 
vurduğu  yaraları  sağaltsın,  yeni  insani  cəmiyyət  qursun  ki, 
orada insanlar xoşbəxt olsunlar. Simplitsius "bəs senyorlar və 
prinslər  nə  deyərlər?"  deyə  soruşanda,  Yupiter  öz  utopik 
proqramının  yeni-yeni  cəhətlərini  şərh  edir:  "Mən  onlardan 
tamamilə 
cinayətkar 
həyat 
keçirənlərinin 
hamısını 
öldürəcəyəm.  Qalanlarını  isə  iki  yerə  böləcəyəm:  mənim 
müəyyənləşdirdiyim qayda-qanunları qəbul etməkdən imtina 
edənləri  Macarıstana,  Valaxiya  və  Makedoniyadan  o  yana, 
düz  Asiyaya  qədər  qovacağam.  Orada  onlar  hamısı  kral 
olacaqlar və qoy özləri üçün daim vuruşsunlar. Onlardan kim 
ki, vətənində dinc həyatı əbədi sürgündən üstün tutacaq, sadə 
insanlar  kimi  yaşayacaqlar;  ancaq  onda  kəndlinin  qisməti 
prinlərin indiki həyatından daha artıq qibtəyə layiq olacaq... 
Nəhayət,  mən  özüm  də  allahlar  dəstəsi  ilə  Olimpdən 
enəcəyəm.  Mən  Gelikonu  Almaniyaya  köçürəcəyəm  və 
muzdurlar  daimi  yaşayış  üçün  ora  köçəcəklər.  Mən  yunan 
dilini unudub almanca danışacağam. Alman qəbilələri və bü-
tün  dünya  xalqları  arasında  sülh  bərqərar  olacaq,  insan 


XVII əsr Qərbi Avropa ədəbiyyatı 
 
 
79 
ağlının  nəcib  icadları  müharibənin  çirkin  kəşflərini  əvəz 
edəcəkdir." 
Qrimmelshauzenin  humanist,  demokratik  arzuları  bu 
kiçik  dialoqda  bütün  aydınlığı  və  səmimiyyəti  ilə  şərh 
edilmişdir.  Lakin  onu  da  qeyd  edək  ki,  Yupiterin  utopik 
düşüncələrində bəzi mürtəce cizgilər də özünə yer tapmışdır. 
Onun  fikrincə,  alman  qəhrəmanı  bütün  alman  xalqlarını  öz 
hakimiyyəti  altında  birləşdirəcək,  başqa  Avropa  xalqları 
onlara  tabe  olacaqlar.  Onların  kralları,  öz  taclarını, 
məmləkətlərini  və  ona  daxil  olan  torpaqları  könüllü  olaraq 
bir len  /iqta/  kimi  alman  millətindən alacaqlar.  Çinin,  İranın 
hakimləri,  Böyük  Moğol,  Afrikada  keşiş  İoann,  Moskvada 
böyük  çar  qiymətli  bəxşişlər  şəklində  ona  xərac  verəcəklər. 
Əlbəttə,  bu  məhdud  cəhətləri,  şişirtməyə,  onları  sonrakı 
dövrlərin millətçilik təzahürləri ilə əlaqələndirməyə qətiyyən 
ehtiyac yoxdur. 
Yupiterin  arzuları  müəyyən  qədər  XVI-XVII  əsrlərin 
kəndli  hərəkatlarının  əhval-ruhiyyəsinə  və  siyasi  tələblərinə 
uyğun  gəlir.  Kəndlilər  də  əbədi  sülh  və  ədalət  istəyirdilər. 
Onlar  da  təhkimçiliyin,  biyarın,  vergilərin,  faizlərin  ləğvini 
arzulayır,  meşə  və  çaylardan  azad  şəkildə  istifadə  etməyi 
tələb edirdilər.  
Bir  cəhəti  unutmaq  olmaz  ki,  yazıçının  dünyagörü-
şünü, arzularını onun qəhrəmanının dünyagörüşü və arzuları 
ilə  heç  də  həmişə  eyniləşdirmək  olmaz.  Qrimmelshauzen 
Yupiterin  fikirlərinə  Simplitsiusun  gözləri  ilə  yüngül  bir 
inamsızlıq  və  təbəssümlə  baxır.  Ölkənin  sosial  və  siyasi 
baxımdan yenidən qurulması proqramının xalq nümayəndəsi, 
kəndli,  dərzi,  papaqçı  yox,  kitablar  aləminə  bağlı  bir  adam 
kimi irəli sürür. Don Kixotun qəribə bir alman variantı kimi 
meydana  çıxan  Yupiter  də  ağlını  itirmişdir,  dəlidir. 
Simplitsius  onun  sözlərini  kədərli  və  ağıllı  bir  təcəssümlə 
dinləyir,  onun  fikirlərinin  həyata  keçirməzliyini,  həyatdan, 


Afaq Yusifli İshaqlı 
 
 
80 
real  vəziyyətdən  uzaqlığını  dərk  edir.  Görünür  ki,  məhz  elə 
buna  görə  də  Qrimmelshauzen  bu  nəcib  arzuları  yazıq  bir 
dəlinin dili ilə söyləyir, onun xam xəyallarına gülür. 
Qrimmelshauzenin  romanı  müəyyən  ziddiyyətlərinə 
baxmayaraq 
xəlqi  bir  əsərdir.  Romanda  zamanın 
ziddiyyətləri  ilə  şərtlənən  müəyyən  ideya  ziddiyyətləri 
görünür.  Yazıçı  bir  tərəfdən  ictimai  ədalətsizliklərə  fəal 
şəkildə  etiraz  edir,  digər  tərəfdən  otuzillik  müharibənin 
gətirdiyi  fəlakətlərə  bir  seyrçi  kimi  baxır.  Bir  tərəfdən 
cəmiyyəti  yenidən  qurmaq  istəyir,  digər  tərəfdən  bunun 
həyata 
keçirilməsinin 
qeyri-mümkünlüyünü, 
özünün 
gücsüzlüyünü  anlayıb  ən  nəcib  arzulara  bir  dəlinin 
sayıqlaması  kimi  baxır.  Görünür  ki,  ən  dəhşətli  fəlakətlər 
dövründə  xalq  da  öz  həyati  nikbinliyini  itirir.  Xalq  yazıçısı 
olan  Qrimmelshauzen  də  Otuzillik  müharibə  dövründə 
ədalətə, insanlığa,  gözəlliyə inamını itirmiş, dünyanı bir şər 
hərcmərcliyi şəklində təsəvvür edən xalqın əhval-ruhiyyəsini 
əks  etdirmişdir.  "Simplisissimus"  XVII  əsr  alman 
gerçəkliyinin realist bədii salnaməsidir. 
1667-ci  ildə  Qrimmelshauzenin  "İsmətli  İosif" 
romanı  nəşr  edilmişdir.  Romanda  xalq  içərisindən  çıxan 
ağıllı  və  nəcib  bir  insanın  surəti  yaradılır.  Onun  ancaq  öz 
bacarıq  və  qabiliyyəti  sayəsində  hakimiyyətə,  dövlətə 
çatdığı,  şöhrətləndiyi  göstərilir.  Qrimmelshauzen  öz  ismətli 
qəhrəmanını  Misir  kübarların  əxlaq  düşkünlüyünə  və 
pozğunluğuna  qarşı  qoyur,  bununla  müasir  alman 
gerçəkliyinin  kölgəli  cəhətlərinə  öz  münasibətini  bildirir. 
İosifin  nökəri  Muzan  romanda  kələkbaz  Pikaro  surətinin 
yeni maraqlı nümunəsi kimi verilmişdir. 
"İsmətli  İosif"  əsəri  alman  barokkosunun  nəzakətli 
kübar romanları silsiləsinə daha  çox  yaxın idi.  Lakin əsərin 
əxlaqi  meyli,  xalq  içərisindən  çıxmış  bir  adamı  ucaltmaq 
təşəbbüsü faktiki olaraq barokko ədəbiyyatına zidd idi. Məhz 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə