XVII əsr Qərbi Avropa ədəbiyyatı
103
subluğunu Drayden əsərlərinin mövzuları ilə də nəzərə
çatdırır. O, dram və poemalarının mövzusunu əksər halda
ingilis həyatından götürmür, onların forma və süjetində də
milli həyatdan qaçmağa çalışır.
Bokaççodan, Ovididən, Horatsidən etdiyi tərcümələr,
bir sıra mənzum satiraları Draydenin yüksək istedada malik
bir sənətkar olduğunu göstərir. Lakin o, hakim dairələrinin
nökərinə çevrilib öz istedadını məhv etmişdir.
Bərpa dövrünün komediyalarında ingilis gerçəkliyi
daha geniş və nasiranə bir tərzdə əks etdirilmişdir. Burada
şəhər və kəndin, burjua və zadəgan dairələrinin kübar həyatı
gülünc, kobud, xoşagəlməz səhnələrlə canlandırılmış, onların
əxlaq düşkünlüyü və abırsızlığı göstərilmişdir.
UİLYAM UİÇERLİ /1642-1716/. Bərpa dövrünün
ingilis komediyasının ən tanınmış nümayəndəsi U.Uiçerlidir.
Onun komediyalarının qəhrəmanı soyuq, abırsız, xudbin,
ancaq öz ehtiraslarını təmin etməyə can atan bir zadəgandır.
Dvoryan, yaxud iri burjua dairələrinə mənsub olmasından
asılı olmayaraq o, ikrahedici, alçaq, əxlaqsız bir varlıqdır.
Dramaturqun "Kənd arvadı" adlı komediyası bu baxımdan
səciyyəvidir. Əsərin qəhrəmanı pozğun bir adamdır. London-
da keçirdiyi sevgi macəralarından doyan qəhrəman kəndə
gəlir, burada qonşu arvadlarla əylənməyə başlayır. Komediya
kobud, açıq-saçıq səhnələrlə doludur. Dramaturq belə
yüngül, sənətə zidd bir yolla tamaşaçıların diqqətini cəlb
etməyə çalışır.
Bərpa dövrünün ingilis komediyası bir qayda olaraq
aşiqanə məzmun daşıyır, lakin burada insan hissləri son
dərəcə bayağılaşdırılır. Guya insana materialistcəsinə
yanaşan yazıçılar əslində insanı məhv edirdilər. Müasir
ingilis kübar cəmiyyətinin eybəcərliklərini onlar yanlış
olaraq bütün ingilis xalqına şamil edirdilər. Bununla yanaşı,
Afaq Yusifli İshaqlı
104
70-80-ci illərin ingilis komediyasının uğurlarını da inkar
etmək olmaz.
İngilis teatrının və bütövlükdə ingilis ədəbiyyatının
inkişafında mühüm hadisə olan bərpa dövrü komediyası
ingilis gerçəkliyinin rəngarəng tiplər qalereyasını yaradır,
hakim dairələrinin mənəvi yoxsulluğunu, əxlaqsızlığını, pul
hərisliyini açıb göstərirdi. XVII əsr komediyası ingilis
ədəbiyyatında satirik meyllərin güclənməsinə güclü təkan
vermiş və XVIII əsrin maarifçi realist ədəbiyyatı üçün
səmərəli nümunələr yaratmışdır.
CON BENYAN /1628-1688/. XVII əsrin 60-70-ci
illərində feodal mütləqiyyət irticasına qarşı ümumxalq
narazılığı C.Benyan və Milton kimi sənətkarların yaradı-
cılığında öz əksini tapmışdır. Con Benyan yoxsul kəndli
ailəsində doğulmuşdur. Çox gənc yaşlarından qazanc xatirinə
əsgərliyə getmiş və vətəndaş müharibəsində iştirak etmişdir.
1649-cu ildə Benyan hərbi qulluğu atıb qalayçılıqla dolanır.
Sonralar isə o, çoxsaylı təriqətlərdən birinin üzvü və
moizəçisi olur. Bərpa dövründə onu mütləqiyyətə qarşı
apardığı moizəçilik fəaliyyətinə görə tutub həbs edirlər.
Həbsxanada qaldığı on iki il müddətində o öz gələcək
moizələrini yazmaq qərarına gəlir. Azadlığa çıxan kimi
Benyan yenidən öz moizəçilik fəaliyyətinə başlayır, üç ildən
sonra yenə həbs olunur, lakin bu dəfə ancaq yarım il həbsdə
qalır. Rəvayətə görə, elə bu vaxtlar "Ziyarətçinin yolu"
povestini yazmağa girişir.
1678-ci ildə nəşr edilən bu kitabın qiyməti ondadır ki,
burada XVII əsr ingilis cəmiyyətinin geniş tənqidi mənzərəsi
canlandırılır. Müəllif xüsusi mənalar daşıyan alleqorik adlar
altında ingilis gerçəkliyinin real insan tiplərini göstərir.
Cənab Boşboğaz, Azinamlı, Dağılmışabad Sadiq, Ümidkar,
həyatanlar kimi adlar yazıçının ayrı-ayrı surətlərinə
XVII əsr Qərbi Avropa ədəbiyyatı
105
tendensiyalı münasibətini aydın nəzərə çatdırır. Əsərin
qəhrəmanı xristian, onun ailəsi, dostları, müəllimi
Evangeliyaçı, onun daimi yol yoldaşları olan Sadiq və
Ümidkar Bərpa tərəfdarlarına düşmən mövqedə dayanan
adamlardır. Yazıçı Bərpa edilmiş mütləqiyyətin tərəfdarlarını
acgöz, qorxaq, nadan, cəllad, qəddar adamlar kimi göstərir.
Povestdə Şöhrətpərəstlik şəhəri, onun mərkəzindəki
hay-küylü Şöhrətpərəstlik yarmarkası, İngiltərə hakim
dairələrinin burada hərəkət edən nümayəndələrini xüsusi bir
əyanilik və canlılıqla əks etdirmişdir. Benyanın boyaları nə
qədər xəsis olsa da, ifadəliliyi, tipləri aydın göstərmək gücü
ilə seçilir. İki yüz il sonra V.Tekkerey adını Benyanın
povestindən
götürdüyü
"Şöhrətpərəstlik
yarmarkası"
romanında burjua cəmiyyətinin tənqidini yeni daha yüksək
bir zirvəyə qaldırır. Onu da demək lazımdır ki, Benyanın
əsərinin dini səciyyə daşıyan alleqorizmi onun tənqidi
gücünü xeyli azaldır, təhkiyəni yoxsullaşdırır.
Benyanın "Cənab Bedmenin həyatı və ölümü" adlı
ikinci povestində burjuaziyanın tənqidi daha da güclənir.
Əsərdə XVII əsr ingilis işbazlarının eybəcər surəti yaradılır.
Yazıçının əsas tənqid hədəfi "yaramaz adamdır". Bedmen
sözü özü "yaramaz adam", "pis adam" deməkdir. 1681-ci ildə
çap olunan "Müqəddəs mübarizə" povestində Benyan 40-cı
illərin vətəndaş müharibəsini və inqilabi ordunun
mütləqiyyət üzərində qələbəsini qələmə almışdır. Açıq
kalvinist meyl bu əsərin bədii dəyərini xeyli azaldır.
SEMÜEL BATLER /1612-1681/. Yaradıcılığının
son dövrlərinə məxsus olan satiralarında bərpa edilmiş
mütləqiyyəti kəskin tənqid edən sənətkarlardan biri də
S.Batlerdir. Bərpa dövrünün ən böyük satirik şairi kimi
tanınan S.Batler fermer ailəsində anadan olmuş, bir çox
vəzifələrdə çalışmışdır. Katib, məhkəmə məmuru və s.
Dostları ilə paylaş: |