Afaq Yusifli İshaqlı
100
hakimiyyət uğrunda didişmələr və royalistlərin fəallaşması
Stüartlar sülaləsinin bərpa olunmasına və II Karlın
hakimiyyət başına gəlməsinə səbəb oldu. Bərpa əsl inqilabi
qüvvələrə qarşı royalist terrorunun başlanmasına gətirib
çıxardı. Royalist mühacirlər və onlarla həmrəy olan
prisviterianlar xoşları gəlməyən qüvvələrə amansız divan
tutmağa başladılar.
Bərpa olunmuş mütləqiyyətlə burjuaziya və yeni
dvoryanlığın münasibətləri də o qədər mehriban və səmimi
deyildi. Feodal zadəgan dairələr və burjuaziya parlamentin
zəiflədilməsi, kral hakimiyyətinin möhkəmləndirilməsinə
çalışırdılar. Xalq kütlələrinin get-gedə artan narazılığına
əsaslanın müxalifət qüvvələrinin hərəkatı da güclənirdi.
Müxalifət qüvvələri Stüartların xarici siyasətindəki
uğursuzluqlardan, onların fransız mütləqiyyətindən asılı
düşməsi faktından məharətlə istifadə edirdilər.
Bərpa edilmiş mütləqiyyət əleyhinə mübarizə döv-
ründə tori və viqi siyasi adları meydana çıxır. Torilər iri
torpaq sahiblərinin partiyası idi, onlar bərpa olunmuş
mütləqiyyəti müdafiə edir, parlamentin zəifləməsinə
çalışırdılar. Viqilər burjuaziyanın və yeni dvoryanlığın
mənafeyini ifadə edir, II Yakova qarşı çıxırdılar. 80-ci illərin
axırında II Yakov torilərin və fransız sarayının köməyinə
arxalanaraq İngiltərədə katolikliyin möhkəmlənməsinə
gətirib çıxara biləcək bir sıra tədbirlə həyata keçirmək istəyir.
Burjuaziyanın və yeni dvoryanlığın mənafeyinə toxunan bu
tədbirlə geniş xalq kütlələrinin narazılığına və narahatlığına
səbəb oldu. Ölkədə inqilabi yüksəlişin mümkünlüyü real
şəkil alır. Tori və viqilər belə bir vəziyyət qarşısında qalaraq
sazişə gəlir və saray çevrilişi edirlər. Yakov taxtan salınıb,
onun yerinə kürəkəni Vilhelm Oranlı taxta çıxarılır. 1688-
1689-cu illərdə baş verən bu hadisələrdə əslində bir-birilə
döyüşən hakim siniflər xalq kütlələri üzərinə birgə hücuma
XVII əsr Qərbi Avropa ədəbiyyatı
101
keçmək üçün razılığa gəlirlər.
1660-cı ildən başlayaraq saray mühiti və feodal
zadəgan dairələri tərəfindən himayə olunan bir sıra mürtəce
şair
və
yazıçılar
ədəbi
vasitələrlə
mütləqiyyətin
möhkəmlənməsinə çalışırlar. Con Roçester, Çarlz Bakherst,
Yentvort Roskommon və Corc Eterec bu dövrün saray
zadəgan ədəbiyyatının ən tanınmış nümayəndələri idi.
Onu da qeyd edək ki, mütləqiyyətin bərpası İngil-
tərədə burjua münasibətlərinin inkişafına zadəganlığı, özü də
get-gedə daha artıq kapitalistləşir, Hobbsun şərh etdiyi kimi
hakim
dairələrin varlanması və xalq kütlələrinin
əzişdirilməsi elminə daha dərindən yiyələnirdilər. Şair və
dramaturqların
əsərlərində
zadəgan
qəhrəmanlığının
tərənnümü geniş vüsət aldı.
CON DRAYDEN /1631-1700/. Drayden şair,
dramaturq, tənqidçi və nəzəriyyəçi kimi tanınır. Onun
yaradıcılığında klassisizmə məxsus cizgilər daha güclüdür.
Bununla bərabər keçid dövründə yaşamış bir sənətkar kimi,
o, intibah dövrünün və manyerizmin nailiyyətlərindən
qidalanır, onların uğurlarından istifadə etməyə çalışır, dildə
əzəmətli obrazlılıqla danışıq dili xüsusiyyətlərini birləşdirir,
qafiyəsiz, ağ şeiri qoşa qafiyəli misralarla əvəz edir.
Kembric Universitetində oxumuş və Bərpa dövrünün
məddah dramaturqu kimi tanınmışdır. 1659-ci ildə
Kromvelin ölümü münasibətilə göz yaşı tökən şair
/"Qəhrəmanlıq stansları"/ "Yenidən çıxan ulduz" odası ilə II
Karlın Londona qayıtmasını alqışlamışdır. Bərpa illərində
Drayden ilk ingilis laureat şairi, ilk saray dramaturqu və
rəsmi tarixçi olur. 1688-ci ildə Hannover sülaləsi hakimiyyət
başına gələndə Drayden onları tanımaqdan imtina etmiş,
həyatın son on ilini ehtiyac içərisində keçirmişdir.
Draydenin poeziyası oynaqlığı və zərifliyi ilə seçilir.
İngilis şeirinə o vaxta qədər görünməmiş bir çeviklik və
Afaq Yusifli İshaqlı
102
ifadəlik gətirən şair "Mak-Flekno" kimi satirik poema
yaradır, "Avesslom və Axi-Tüfeyl", "Maral və Bəbir" adlı
məddah poemalar və bir çox başqa poetik əsərlər yazır.
Lakin Drayden 60-70-ci illərin ingilis ədəbiyyatında daha
çox məhsuldar bir dramaturq kimi tanınır.
Con Drayden zadəgan dairələrinin sənətə baxışı
əsasında yeni tipli tamaşa növü yaratmağa çalışmış və
"qəhrəmanlıq dramı" deyilən bir janr yaratmışdır. Bu haqda
nəzəri görüşlərini o, "Qranadanın mühasirəsi" əsərinə
yazdığı "qəhrəmanlıq dramı haqqında təcrübə" adlı önsözdə
şərh etmişdir.
XVII əsr fransız teatrının ənənələrindən bəhrələnən
dramaturq "qəhrəmanlıq dramı" janrına "qəhrəmanlıq
poemalarının miniatür formada təqlidi" kimi baxmışdır. Ona
görə də onda hərəkətdən çox, deklamasiyaçılıq özünü
göstərir. İngilis teatrının ənənələrinə yad olan "qəhrəmanlıq
dramı" Draydenin dövründə hay-küylü bir şöhrət qazansa da,
yaşaya bilmədi. Sünilik və zahiri təmtəraq dramaturqun
işlədiyi ciddi və əhəmiyyətli mövzuların lazımi səviyyədə
işlənilməsinə imkan vermirdi. O, gah Amerika hindularının
ispanlar tərəfindən qırılmasından /"Hind imperatoru", 1668/,
Qərbi Avropa feodalizminin hücumları qarşısında dağılan
qədim dövlətlərin yaranmasından /Aurəng-Zibi, 1676/ söhbət
açır, lakin toxunduğu mövzulara, hadisələrin mahiyyətinə
nüfuz etməyə cəhd göstərə bilmir, buna təşəbbüs də
göstərmirdi. Əslində onun Qərb, Şərq və antik adlar və
libaslar altında göstərilən qəhrəmanları nəzakətli zadəganlar
idilər. Draydenin qəhrəmanı çox vaxt şöhrət, şəhvət və var-
dövlət haqqında düşünürdü. Onun pyeslərinin qəhrəmanları,
bir növ, idealizə edilmiş kübar xanımlar və ağalardır. Dray-
denin əsərlərinin təmtəraqlı, saxta patetikaya əsaslanan dili
bu cəhəti bir daha təsdiq edir.
XVII əsrin kosmopolit saray mədəniyyətinə mən-
Dostları ilə paylaş: |