XVII əsr Qərbi Avropa ədəbiyyatı
109
neçə ilini atasının yenicə aldığı Qorton malikanəsində
yaşayır, vaxtının çoxunu kitablar arasında keçirir. Əvvəllər
keşiş olmağa hazırlaşan şair sonra bu fikirdən vaz keçir.
1638-ci ildə Milton Avropa ölkələrinə səfər edir,
Fransa, İtaliyada olur. O, İtaliyada daha çox ləngiyir, italyan
ədəbiyyatı və klassik filologiya sahəsindəki biliyini xeyli
təkmilləşdirir. İngiltərədə inqilabi hadisələrin yaxınlaşması
xəbərini eşidən Milton vətənə qayıdır, siyasi mübarizələrə
qoşularaq bir publisist kimi yepiskop əleyhinə çıxış edir. 40-
cı illərin ortalarında o, independentlərə yaxınlaşır, onların
tapşırıqlarını yerinə yetirən bir adama çevrilir. 50-ci illərdə
isə independentlər respublikasının "latın katibi", yəni
beynəlxalq siyasət üzrə məsləhətçi olan Milton həddindən
artıq çox işlədiyindən görmək qabiliyyətini itirir.
Sağlamlığının pisləşməsinə, düşmənlərinin hədələrinə
baxmayaraq işdən ayrılmır. Mütləqiyyətin bərpa edilməsi
onu çətin vəziyyətdə qoyur, onu edam təhlükəsi hədələyir,
təzminat isə onu müflisləşdirir. Royalistlərin istehza və
təhqirlərinə baxmayaraq yoxsulluq içində yaşayan şair feo-
dal-zadəgan irticasına qarşı mübarizə aparır, respublika
quruluşunun qələbəsinə inamını itirmir.
Miltonun yaradıcılığını, bir qayda olaraq, dörd dövrə
bölürlər:
1. 1620-1630; 2. 1630-1640; 3. 1640-1660;
4. 1660-1670.
Miltonun 60-70-ci illə poeziyası və publisistikası ilə
müqayisədə yaradıcılığının Kembric və Qorton dövründə
yazdığı əsərlər nisbətən az əhəmiyyətlidir, bunlarda şairin
sonrakı əsərlərində görəcəyimiz ümumiləşdirmələr, poetik
orijinallıq çatmır, onlardakı böyük tematika görünmür.
Bununla yanaşı artıq bu əsərlərdə şairin siyasi hadisələrə
ciddi maraq göstərdiyi sezilir. Bu dövrdə onun latınca və
ingiliscə yazdığı şeirlər, poemalar və səhnə əsərlərində
Afaq Yusifli İshaqlı
110
metafizik şairlərlə düşmən mövqedə dayandığı görünür. "5
noyabr gününə" adlı poemasında şair feodal katolik
irticasının və Roma papasının düşməni kimi çıxış edirsə,
"Yunqun ölümünə mərsiyə" şeirində kral Yakovun alman
protestantlarına kömək etmədiyinə görə narahatlığını bildirir.
Qortonda yazdığı "Həyatsevər", "Kədərli" poema-
larında yeni insan problemi ön plana çəkilir. Şair feodal
zadəgan
ədəbiyyatının
pozğun
və
xəyalpərvər
qəhrəmanlarının əksinə olaraq həyatsevər, ciddi, savadlı
humanist alim surəti yaradır. Onun qəhrəmanı həyatın
qoyduğu suallardan qaçmır, onları həll etməyə çalışır.
Miltonun qəhrəmanları Con Donnun əsərlərində olduğu kimi
taleyin əlində oyuncağa çevrilmir, ağlın üstünlüyü ilə ağılla
hissin vəhdətini qəbul edir.
"Komus" pyesində bu ideya ardıcıl bir şəkildə təsdiq
edilir. Komus meşə və cəngəlliklər hakimidir, sərhəd bilməz
ehtiraslar və şənliklər əcinnəsidir. O, meşədə azmış təmiz,
günahsız bir qızı yoldan çıxarmaq istəyir. Qızın qardaşları
Xeyir Mələyinin köməyi ilə qızı Komusun pəncəsindən
qurtarırlar. Lakin ən mühüm cəhət budur ki, qardaşlarının
gəlişinə qədər də Komus və onun yarı insan, yarı heyvan
mahiyyəti qızın iradəsini sındıra bilmir. Onların hədələri,
vədləri heç bir nəticə vermir. Qız ikrahla onların bütün təklif
və vədlərini rədd edir.
"Komus" pyesi Miltonun bir şair kimi xeyli inkişaf
etdiyini göstərir. O, təbiətin heyranedici mənzərələrini
yaradır, ingilis dilinin incəliklərinə həssaslıqla yanaşdığını,
şeir texnikasına dərindən yiyələndiyini nümayiş etdirir. Qızın
mətin surəti iblis Komusun pozğunluğuna qarşı qoyulur.
"Komus" əsərindəki bir çox siyasi parçalar açıq-açığına
zadəganlığa qarşı yönəlmişdir. Lakin onu da qeyd edək ki,
"Komus"dakı
güclü
nəsihətçilik
meyli
Miltonun
dünyagörüşündə puritanlıq ünsürlərinin güclənməsindən
XVII əsr Qərbi Avropa ədəbiyyatı
111
xəbər verir. Miltonun tərənnüm etdiyi ağıl, İntibah dövrünün
göstərdiyi üsyankar ağıldan fərqlidir. Miltonun tərənnüm
etdiyi ağıl təbiət qanunlarına tabe olan ağıldır. Bu dövrdə
Milton təbiətə panteistcəsinə yanaşır və onu allahın təzahürü
kimi qəbul edir.
Yaradıcılığının üçüncü dövründə, 1640-1660-cı
illərdə Miltonun həyatı gərgin siyasi mübarizələrdə keçir. O,
feodal mütləqiyyət irticası ilə döyüşlərdə iştirak edərək
zəngin həyat təcrübəsi qazanır, alovlu, humanist yazıçı
publisist kimi formalaşır. Miltonun bu dövrdə yaratdığı
traktatlar, məqalələr və tədqiqatlar bədii materiallarla zəngin
olmaqla bərabər obrazlı bir dillə yazılmışdır. Məhz bu
cəhətlərinə görə onlar XVII əsr ingilis ədəbiyyatının ən
mühüm abidələri kimi diqqəti cəlb edir. Bir şair, alim,
siyasətçi və publisist kimi Miltonun nəsri İngiltərə burjua
inqilabının tarixi-mədəni xüsusiyyətlərini öyrənmək və başa
düşmək üçün əvəzedilməz bir xəzinədir. O, ilkin xristianlığın
və Avropa dini hərəkatlarının tarixinə əsaslanaraq anqlikan
kilsəsini ifşa edir, yepiskopatlığı məhv etməyə çağırır.
Miltonun yepiskopal kilsəyə qarşı yazılmış traktatları
insan vicdanını əsarətdə saxlamaq əleyhinə coşqun etiraz
ruhu ilə aşılanmışdır. Boşanma haqqında yazdığı bir sıra
traktatlarda da /"Boşanma haqqında təlim", "Martin Bukerin
boşanma barədə mülahizəsi", "Tetraxordon" və b./ eyni etiraz
ruhu hakimidir. Milton insanın özünə həyat yoldaşı, köməkçi
seçmək hüququnu coşqunluqla müdafiə edirdi. Şair kişini
"iki bərabər içində birinci" saysa da, onun sevgi haqqındakı
baxışları XVI əsr humanistlərinin görüşləri ilə həmahəngdir.
Miltonun erkən traktatları arasında 1644-cü ildə
yazılan "Aeropaqitika" xüsusi yer tutur. Burada o, mətbuat
azadlığını müdafiə edir. Qabaqcıl fikrin yayılması üçün
azadlıq tələb edən şair, katolikliyə belə bir azadlıq verilməsi
fikri ilə razılaşmır. Miltonun fikrincə yezuitlərin fəaliyyəti,
Dostları ilə paylaş: |