XVII əsr Qərbi Avropa ədəbiyyatı
97
partiya və istiqamətlərin mübarizəsi ictimai fikrə və
ədəbiyyata da güclü təsir göstərmiş, onun mövzusunu,
janrlarını, üslubunu və formalarını müəyyənləşdirmişdir.
İngiltərədə geniş yayılan təbliğat janrı publisistik
cizgilər alır. Dövrün tələblərindən irəli gələn bu janr baş
verən hadisələrə qarşı oyanan fikir və duyğuları əks etdirmək
üçün çox əlverişli idi. Döyüşən tərəflər ondan güclü bir silah
kimi istifadə edirlər. Moizə XVII əsrin natiqlik nəsrinin ən
əlverişli janrı olmaqla döyüşən cəbhələrin ideya və
görüşlərini əks etdirirdi. 30-40-cı illərdə irticanın
rəhbərlərindən olan yepiskop Lod özü moizəçi idi. O,
metafiziklərin şeirlərinə yaxın olan mistik, qılıqlı moizələr
yaratmışdır. "Karl məktəbi" şairləri ilə birlikdə 1642-ci ildə
parlamentin əmri ilə bağlanmış teatrların aktyorları da Karl
bayrağı atında vuruşurdular. Parisdə yaşayan mühacir
yazıçılar /Davenant, Kauli və b./ Karl sarayının mənafeyini
müdafiə edirdilər.
XVII əsrin görkəmli materialist filosofu Tomas
Hobbs /1588-1679/ da ingilis royalistlərinin tərəfində idi.
İngilis burjuaziyasının ideologiyası ilə bağlı olan T.Hobbsda
F.Bekonun dərinliyi və humanizmi yox idi. İngilis
cəmiyyətini diqqətlə təhlil edən, burjua münasibətlərinin
sürətli inkişafını, ictimai ziddiyyətlərin kəskinləşməsini
bütün aydınlığı ilə görən Hobbs İngiltərə hakim dairələrinin
təəssübkeş müdafiəçisi üsyana qalxmış xalqın düşməni kimi
hərəkət edir. O, xalqı "qüdrətli, lakin şər təbiətli bir gənc"
sayır.
40-cı illərin inqilabi mübarizələr dövründə onun
möhkəm hakimiyyətə, monarxiya quruluşuna rəğbəti daha da
artır.
Ədəbi-estetik
görüşlərində
Hobbs
klassisizm
mövqelərində durur, incəsənətin vəzifəsini silki quruluşun
sarsılmazlığını tərənnüm etməkdə görürdü.
Bu dövrün kralpərəst ədəbiyyatının ən səciyyəvi
Afaq Yusifli İshaqlı
98
nümunəsi kimi Con Qodenin "Kralın surəti" əsərini
göstərmək olar. XVII əsrin mürtəce siyasi romanı olan bu
əsərdə inqilabın edam etdiyi I Karl tərənnüm edilir, o, şəhid
kimi göstərilir. Bir tərəfdən dini mənqəbələrə və nəzakətli
romanlara yaxın olan bu əsər, həm də XVI-XVII əsrlərin
epopeyaları ilə səslənirdi. Burada təkcə kral I Karl yox, həm
də onun təmsil etdiyi quruluş idealizə olunur.
İnqilabın ideallarına bağlı olan publisist və şairlər
daha çox idilər, onlar öz düşmənlərindən daha artıq
qətiyyətlə hərəkət edirdilər. Bu dövrdə kalvinist publisistika
daha çox fəallıq göstərir, ingilis xalqını mütləqiyyətə qarşı
mübarizəyə çağıran moizəçi və natiqlər bibliya üslubunda
yazılmış broşürlar və nitqlərlə çıxış edirlər.
Parlamentin, inqilabın işini müdafiə edən qəzetlər
ətrafında toplaşan bir sıra istedadlı jurnalistlər oldu, kəskin
publisist
yazıları ilə respublikaya, inqilaba xidmət
göstərirdilər. Bunların arasında Uoker xüsusilə seçilirdi.
Dəmir məmulatı alverçisi olan Uoker qalxmış şəhərin əhval-
ruhiyyəsini əks etdirən yazılarda meydanlarda, əsgər
yığıncaqlarında işlənən dildən istifadə etmişdir, xalqın
işlətdiyi narahat, döyüşkən ifadələri mətbuata gətirmişdir.
İngiltərə və Amerikada burjua ədəbiyyatşünasları Uokeri indi
də həzm edə bilmir, onu istehza ilə "sarı" Uoker adlandırır,
savadsız olması barədə əfsanələr uydururlar.
Bu dövrün istedadlı şairlərindən olan Endrü Marver
və Mörc Uizer royalist /kral hakimiyyəti tərəfdarı/ olan
sənətkarların əksinə olaraq respublika işinə xidmət edirdilər.
Lakin Marver Kromveli həm "general", həm də lord-
protektor kimi tərənnüm edəndə, onun şücaəti, müdrikliyi,
insaniliyi ilə fəxr edəndə, əlbəttə, yanılırdı. Bir odasında
Kromveli vəsf edən Marver Kromvelin diktatorluq
hərəkətlərindən narazı qalan respublikaçıları da tənqid
etməkdən çəkinmir. O, Kromvelə güclü bir burjua mütləq
XVII əsr Qərbi Avropa ədəbiyyatı
99
hakimi kimi heyranlıqla yanaşır. Kromvelə belə bir
münasibət baxımından C.Drayden və bir sıra başqa
sənətkarlar da onunla həmkar idilər. Burada onların mövqeyi
ilə royalist şair və dramaturq Uilyam Davenantın mövqeyi
bir-birinə çox yaxınlaşırdı. Onu da qeyd edək ki, 1656-cı ildə
Davenantın təşəbbüsü ilə on beş illik fasilədən sonra ingilis
teatrı yenidən işə başlayır. Davenantın "Rodosun mühasirəsi"
adlı qəhrəmanlıq pyesi ilə açılan ingilis teatrı intibah
dövrünün humanist teatr ənənələri ilə əlaqəni birdən-birə
bərpa edə bilməsə də, onun açılması, fəaliyyətə başlaması
mütərəqqi bir addım idi.
XVII əsrin 40-50-ci illərində Kromvelə qarşı çıxış
edən demokratik müxalifət cəbhəsi də çox güclü idi.
Görkəmli publisist Con Lilbern, kəskin pamfletlər ustası
Cerard Uinstenli və xüsusən Con Milton bu cəhətdən diqqəti
cəlb edir. Onlar müxtəlif partiya və qrupları təmsil etsələr də,
feodal mütləqiyyətinə düşmən münasibət, mütləqiyyəti
inqilabi yolla ləğv etmək zərurətini anlamaq, feodalizmin və
onun tərəfdarlarının məğlubiyyətinə inam onları eyni
cəbhənin adamları kimi birləşdirirdi. Onlar hər üçü 40-50-ci
illərin mürtəce ədəbiyyat və publisistikasına qarşı barışmaz,
düşmən mövqedə dayanırdılar.
BƏRPA İLLƏRİNDƏ /1660-1688/
İNGİLİS ƏDƏBİYYATI
1660-cı ildə İngiltərədə mütləqiyyətin bərpa edilməsi
təsadüfi olmayıb respublikanın son illərində yaranan şəraitin
qanunauyğun nəticəsi idi. Kromvelin ölümündən sonra
burjuaziyanın və yeni dvoryanlığın liderləri arasında
Dostları ilə paylaş: |