Afaq Yusifli İshaqlı
84
parça edib qarışqa yuvasında basdırır. Parça-parça edilmiş
yuva vaxtilə banduraçalanın qarət etdiyi tacirin əlinə keçir. O
da həyatın mənasızlığını anlayıb yuvanın qalıqlarının Reyn
çayına atılmasına imkan verir.
"Simplisissimus"dan fərqli olaraq "Kuraj", "Şprin-
ginsfeld", "Möcüzəli quş yuvası" romanları daha sadə bir
mövzu əsasında yaradılmışdır. Bu əsərlərin qəhrəmanları
özünü dərk etməyən, həyatın qəribəlikləri haqqında
düşünməyən adi adamlardır. Həyat onları öz dalğaları
üzərinə alaraq istədiyi səmtə aparır. Onlar həyata qarşı
durmur, ona zidd getmir, sadəcə olaraq bacarıqları
səviyyəsində ona uyğunlaşırlar.
Bu romanlar ədibin əsas əsərindən ideya dərinliyi,
epik monumentallıq və ümumiləşdirmə gücü baxımından
müəyyən dərəcədə zəif olsalar da, həyati təravəti, məzmunun
rəngarəngliyi və parlaqlığı ilə adamı heyran edirlər.
Realizmə doğru daha güclü meyl yazıçını xalq kitablarına və
folklora tərəf aparırdı. Qrimmelshauzen bundan sonra da bir
sıra müxtəlif formalı əsərlər yaratmış, nəsrlə yaradılan xalq
ədəbiyyatı janrlarından istifadə edərək yeni-yeni kitablar
yazmışdır. O öz əsərləri ilə alman gerçəkliyinin realist mən-
zərəsini yaradan ilk alman yazıçısı kimi diqqəti cəlb edir.
* * *
XVII əsr Qərbi Avropa ədəbiyyatı
85
İNGİLİS ƏDƏBİYYATI
XVII ƏSRİN BAŞLANĞICINDA
İNGİLİS CƏMİYYƏTİ VƏ ƏDƏBİYYAT
Artıq XVI-XVII əsrlərin sərhədində İngiltərənin
iqtisadi və ictimai həyatında müşahidə olunan ziddiyyətlərin
kəskinləşməsi, burjuaziyanın ölkənin təsərrüfatında və
siyasətində daha artıq rol oynamağa başlaması məsələnin
inqilabi yolla həllinə gətirib çıxardı. Bu dövrdə İngiltərə
manufaktura sənayesi şəhərin sərhədlərini aşaraq kəndə ayaq
açdı. Kənd manufakturalarında minlərlə yoxsul işləyirdi.
Uzaq bazarları ələ keçirməyə çalışan, bu məsələdə ingilis
dövlətini Hollandiya, İspaniya, Portuqaliya ilə mübarizə
aparmağa vadar edən iri ticarət kompaniyaları meydana çıxır.
Ost-İnd, Vest-İnd, Moskva kompaniyaları buna misal ola
bilər.
Zadəganlıq ingilis burjuaziyasının ticarət əməliy-
yatlarında yaxından iştirak edir, hətta çox vaxt dəniz
qarətlərində və müstəmləkə macəralarında ona rəqib çıxırdı.
XVI əsrdən başlayaraq İngiltərədə yeni tipli zadəganlar
qrupu yaranır ki, onlar öz torpaqlarında qoyun saxlayır,
manufakturalar üçün xammal verirdilər. Bunun nəticəsində
də ingilis burjuaziyası ilə zadəganlar arasında uzun müddətli
möhkəm bir ittifaq yaranır.
Bu qoyunçu-zadəganlar ələ keçirdikləri torpaqları
otlaqlara çevirir, orada yaşayan kəndliləri isə "çəpərləmələr"
yolu ilə oradan qovurdular. XVI-XVII əsrlərin sərhədlərində
bu "çəpərləmələr" son dərəcə böyük sahələri əhatə edir və
kəndli kütlələrinin kütləvi şəkildə yoxsullaşmasını daha da
sürətləndirirdi.
Burada
köhnə
qaydalarla
yaşayan
zadəganlarla bütün torpaqları ələ keçirib onları otlaqlara
Afaq Yusifli İshaqlı
86
çevirmək istəyən yeni zadəganlar arasında da müəyyən
ziddiyyətlər meydana çıxır. İlk mərhələdə kəndlilər yeni-yeni
istismar formalarına, XVI-XVII əsrlərin aqrar çevrilişinin
gətirdiyi fəlakətlərə qarşı çıxış etməyə dəfələrlə cəhd
göstərir, o biri tərəfdən isə şəhər yoxsulları öz çıxışları ilə
burjuaziyanı narahat etməkdə idi.
İngilis mütləqiyyəti ilə burjuaziya arasındakı
ziddiyyətlər kəskinləşdikcə, feodal zadəganlığının və dövlət
kilsəsinin öz mövqeyini asanlıqla əldən verməyəcəyi
aydınlaşdıqca ingilis burjuaziyasının ən radikal dairələri xalq
kütlələrinə yaxınlaşmaq, onlarla ittifaqa girmək qərarına
gəldi. Burjuaziya yaxşı başa düşürdü ki, feodal mütləqiyyət
idarə üsulunu məhv edə biləcək yeganə bir qüvvə varsa, o da
xalq kütlələridir.
Burjuaziya və "yeni" zadəganlıq mütləqiyyətə qarşı
mübarizədə parlamentdən də istifadə etmək qərarına gəldi.
Məsələ burasındadır ki, parlament, xüsusən onun "icmalar
palatası" Tüdorlar hakimiyyətini müdafiə edən orqandan,
ona qarşı müxalifətdə olan bir təşkilata çevrilmişdi. "İcmalar
palatası" sinfi tərkibi baxımından antifeodal müxalifətə daha
yaxın idi.
Get-gedə güclənməkdə olan puritanlıq hərəkatı kral
hakimiyyəti üçün daha qorxulu idi. İngiltərə yepiskop
kilsəsinə qarşı duran puritanlıq burada geniş yayılan ciddi
intizama malik olan, yaxşı təşkil edilmiş bir partiya səciyyəsi
daşıyırdı. O, parlamentə nisbətən mütləqiyyət quruluşuna
qarşı ictimai ixtilafın daha güclü qüvvəsi idi.
İngilis feodal mütləqiyyət quruluşuna qarşı duran
müxalifət cəbhəsinin qüvvələri get-gedə güclənir və
fəallaşırdı. Artıq həmin dövrdə bu müxalifət qüvvəsinin öz
daxili ziddiyyətlərinin üzə çıxmasına, narahatlıqlara səbəb
olmasına baxmayaraq şəhər burjuaziyası milyonlarla
kəndliləri, şəhər yoxsullarını və yeni zadəganları öz
XVII əsr Qərbi Avropa ədəbiyyatı
87
rəhbərliyi altında birləşdirərək mütləqiyyətə qarşı döyüşlərə
aparırdı. Artıq inqilabın gedişində ingilis cəmiyyətinin ayrı-
ayrı sinifləri və təbəqələri arasındakı ziddiyyətlər aşkara
çıxsa da, antifeodal qüvvələr mütləqiyyətə nisbətən daha
güclü idi. Bu qüvvələrin qarşısında feodal mütləqiyyət
irticası duruş gətirə bilmir, dalbadal məğlub olur, iflasa
doğru gedirdi.
XVI-XVII əsrlərin sərhədlərində baş verən siyasi,
ictimai hadisələr ədəbiyyata da öz təsirini göstərdi. XVII
əsrin əvvəllərində ingilis humanizmində böhran müşahidə
edilməyə başladı. XVII əsrin ikinci yarısının Bekon, Spenser,
Şekspir, Qrin, Bomont kimi mütəfəkkir və yazıçılarını
C.Donn, Uebster, Dekker kimi sənətkarlar əvəz etdi. Onların
əsərlərində ümidsizlik, inamsızlıq, düşkünlük əhval-
ruhiyyəsi əks olunurdu.
XVI əsr humanistlərinin böyük ümidlər bəslədiyi
vahid milli monarxiyanın ədalətsiz bir quruluş olduğu aşkar
oldu. Bu dövrün humanist utopiyalarında ingilis xalqının
müdrik və ədalətli kral tərəfindən idarə olunacaq gələcək
xoşbəxt həyatı haqqındakı arzular alt-üst oldu. Bu isə öz
növbəsində humanist ziyalılar arasında xalqın gücünə
inamsızlıq
və
bədbinlik
əhval-ruhiyyəsi
oyadırdı.
Mütləqiyyət quruluşu və hakim kilsə irticası öz hücumlarını
məhvə doğru gedən kral hakimiyyəti üçün qorxulu olan
qabaqcıl ingilis humanistlərinə XVII əsrin inqilabi
döyüşlərində mühüm mövqe tutan puritanlar düşmən
münasibət bəsləyir, onları təqib edirlər. Onlar hər cür azadfi-
kirliliyi boğur, kalvinist moizələrinin tələblərinə tabe olmağı
tələb edirdilər. Humanistlərin şən, həyatsevər dünyagörüşü
ilə puritanların /kalvinistləri İngiltərədə belə adlandırırdılar/
ideyaları bir araya sığmırdı.
Vaxtilə ingilis milli dövlətinin yaranması və möh-
kəmlənməsi uğrunda çıxış edən humanistlər, indi ya feodal
Dostları ilə paylaş: |