39
və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları
vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və
tədricən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar
bunlardır:
1)
assimilyasiya,
2)
dissimilyasiya,
3)
səsartımı,
4)səsdüşümü, 5) yerdəyişmə, 6) ahəng qanunu, 7) cingiltiləşmə
qanunu.
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzi-
lərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti
mövcuddur.
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı
üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin
səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə
edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq,
məsələn, ―r‖ səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması
elə hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə
vardır.
Assimilyasiya
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb
uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -
dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə
şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin
söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana
çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak
edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə
keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində
dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə
40
düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə
ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü
vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Ədəbi dilimizin orfoqrafiyasına dair normaların müəyyən-
ləşdirilməsində assimilyasiyanın xüsusi rolu vardır. Lakin ədəbi
dildəki assimilyasiya hadisəsi ilə danışıq dilinə məxsus assimil-
yasiyanı qarışdırmaq olmaz.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə,
keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilya-
siya və geri assimiliyasiya.
a)
İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticə-
sində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assi-
milyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən
sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır.
b)
assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəti-
cəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir.
Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən
birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc – yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya
azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam
həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
41
Assimilyasiyanın keyfiyyəti
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur.
1 ) tam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-
sinə tam assimilyasiya deyilir.Məsələn:
Onlar—n—l== onnar
Şorlu—r –l == şorru
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu
tamamilə eyni məxrəcli səsə çevirmişdir.
2 ) Natamam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona
yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya
deyilir. Məsələn:
Atlar –t– l == td – atdar
Gözlük – z–l ==zd gözdük və s. Bu misalda l səsi m səsini və
l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir.
Dissimilyasiya
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu
başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq
və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha.... bir həvəs məni....
(S.Vurğun)
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə -
42
raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Lakin sonradan həm sararmaq, həm də qararmaq sözlərin-
dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş
və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq
formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə
və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan
dissimilyasiyaya yaxın dissimilyasiya deyilir. Məsələn, hammal
sözündəki birinci m səsi ―qonşusu‖ olan ikinci m səsinə təsir
edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox,
hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni
hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu
saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait
arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır:
n, y, s. Bir neçə misal göstərək:
y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi
halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş
yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs
artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2
halda özünü göstərir.
1)
R səsi ilə başlanan sözlərdə. Məsələn:
Rza əvəzinə İrza,
Rayon əvəzinə İrayon və s.
Dostları ilə paylaş: |