Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

 
122 
yəti,  əsasən,  ali  və  orta  məktəb  müəllimlərinin  fəaliyyətindən 
asılıdır.  Ali  məktəb  tələbələri  ədəbi  dilin  bütün  normalarını 
bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə 
qoyulmalı,  ali  məktəbdə  isə  bu  iş  tamamlanmalıdır.  Bu  işdə 
bütün  fənn  müəllimləri  iştirak  etməlidir.  Tələbələrin  əksəriyyəti 
burjua,  sosial,  demokrat  və  s.  kimi  sözlərin  vurğusunu  düzgün 
tələffüz  etmirlər.  Bu  sözlər  daha  çox  tarix  dərslərində  işlədilir. 
Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz. 
Məlumdur  ki,  hər  bir  adamın  nitqi  onun  keçirdiyi  psixoloji 
proseslərdən  və  emosiyalardan  asılıdır.  Məsələn,  mənfi  emosi-
yaların  təsiri  altında  olan  tələbənin  nitqinin  (psixolinqvistik 
mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu 
onun  səsinin  ahəngində,  intonasiyasının  pozulmasında,  sözləri 
təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində 
hiss  olunur.  Müəllim  bu  vaxt  tələbənin  səhvlərini  düzəltməli, 
onun dil xətalarını təshih etməlidir. 
Nitq  mədəniyyəti,  problemi  daha  çox  dil  və  bununla  bağlı 
elmlər (ümumi dilçiliç, dil tarixi, müasir dil və s.) və ədəbiyyat-
şünaslıqla bağlıdır. 
Dil  qanunlarını  öyrənmək  birinci  növbədə  dilçiliyin  vəzifə-
sidir.  Dilçilikdən  dərs  deyən  müəllim  ilk  növbədə  tələbənin 
nitqindəki: dialektizmlərlə mübarizə aparmalıdır. 
Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları əbəbiyyat 
dərslərində  daha  böyük  zərurət  kəsb  edir.  Bədii  nitqin  estetik 
duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək 
ədəbi dillə çatdırmağı tələb edir. 
Klassik  ədəbiyyatımızdakı  əruzun  bütün  bəhrlərini  təfilələri 
üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris 
etmək olar. 
Şeirin  xüsusiyyətlərindən,  daxili  məzmunundan,  onun  hansı 
auditoriyada  deyilməsindən  çox  şey  asılıdır.  Burada  şablondan 
istifadə etmək olmaz. 


 
123 
Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında 
nümunə olmalıdır. Müəllim nitqi mühazirə ilə seminarda, birinci 
kursla,  beşinci  kursda,  milli  auditoriya  ilə  qeyri-milli  audito-
riyada eyni ola bilməz. 
 
Ritorika və fiziologiya 
 
Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu 
vardır.  Ritorun  səs  telləri  (bütövlükdə  səs  cihazı)  sağlam  olma-
lıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəl-
tək olan natiq heç bir uğur qazana bilməz. 
Fizioloji  qüsur  olaraq  kəkələmək  də  nitqi  eybəcərliyinə 
gətirib çıxarır. 
Danışıq  səslərinin  düzgün  tələffüzü,  orfoepiya  qaydalarına 
riayət  etmək  nitqi  gözəlləşdirən  amillərdən  biridir.  Bəzən  elə 
adamlara  rast  gəlmək  olur  ki,  nitq  axını  prosesində  sanki 
ilişmələr  baş  verir.  Buna  görə  də  istər-istəməz  danışanın  nitqi 
qırılır.  Bu,  həm  onun  özünə,  həm  də  dinləyiciyə  pis  təsir  edir. 
Nitqin  fizioloji  qüsurlarını  aradan  qaldırmaq  üçün  Loqopediya 
adlanan  elm  sahəsi  mövcuddur  (loqos  –  yunanca  söz,  pediya  -
təlim  deməkdir).  Əgər  nitqi  qüsurlu  uşağın  eşitmə  qabiliyyəti 
varsa,  onun  nitq  qüsurlarını  aradan  qaldırmaq  mümkündür. 
Eşitmə  qabiliyyəti  də  nitqin  bəlağətli  alınmasında  əhəmiyyətli 
rol  oynayır.  Əgər,  ritorun  özü  zəif  eşidirsə,  o,  qışqıra-qişqıra 
danışacaq.  Onda  bəlağətli  nitqin  keyfiyyətlərindən  biri  aradan 
çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz. 
 
Ritorika və məntiq 
 
Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti 
onun  məntiqliyindən  asılıdır.  Ritor  öz  nitqini  elə  qurmalıdır  ki, 
məntiqin  heç  bir  qanunu  pozulmasın.  Məntiqin  dillə  əlaqəsi  o 


 
124 
qədər  möhkəmdir  ki,  XIX  əsrdə  Avropa  dilçiliyində  məntiqizm 
cərəyanı  yaranmışdı.  Onlar  dil  qanunlarrını  məntiqlə  eyniləş-
dirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın mən-
tiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslan-
mayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Baş-
qa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləş-
məsi  (qarpız  kababı,  günəş  küftəsi  və  s.)  və  cümlə  (Sumqayıt 
günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv ger-
çəkliyi  əks  etdirmir.  Yəni  məntiqi  cəhətdən  düzgün  deyil,  insan 
təfəkkürünə sığmır. 
Hər  bir  ritor  məntiqi  cəhətdən  cümləsini  düzgün  qurmalı 
olduğu  kimi,  sübutlardan,  faktlardan  düzgün  və  yerində  istifadə 
edə  bilməlidir.  Onun  mülahizə  və  mühakimələri  düzgün  və 
konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır. 
Ritor  məntiqi  sillogizmlərdən  öz  nitqində  geniş  istifadə  edə 
bilməli,  onları  dinləyiciyə  çatdırmağı  bacarmalıdır.  Habelə  hök-
mün silloqistik ifadələrdən düzgün istifadə edə bilməlidir. Onlar 
aşağıdakılardır: 
1)  Barbara  –  Ümumi  iqrarı  hökm  –  Bütün  tələbələr 
insandır. 
 
2) Selarent – Xüsusi iqrarı hökm – Bəzi tələbələr əlaçıdır. 
Yasəmən bəzi tələbələrdəndir. 
Deməli,  Yasəmən  əlaçıdır,  əlaçı  olduğu  üçün  tələbədir,  tə-
ləbə oduğu üçün insandır.  
 
Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur. 
Təfəkkürün  bütün  (eyniyyət,  ziddiyyət,  kafi  əsas,  üçüncünü 
istisna)  qanunları  dildə  öz  əksini  tapdığı  üçün  ritor  bunlardan 
istifadə  edə  bilməli  və  ya  onları  nəzərə  almalıdır.  Məqsəddən 
uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq. 
Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu 
əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə