Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/69
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#6995
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

 
132 
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən 
salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı 
çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, ca-
maat namazını qılsın. 
Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə 
peyğəmbər  ə.s.  dedi:  «Ey  Allahın  peyğəmbəri,  namaz  vaxtı  çat-
mış,  camaat  məscidə  yığılmışdır,  sənin  də  ora  getməyə  taqətin 
qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə 
tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır-
san?»  Dedi:  «Əbubəkirə».Aişə  Həfsəyə  dedi:  «Mən  iki  dəfə 
dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, 
əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin 
yerini  boş  gördükdə  ağlamağı  tutacaq,  namazı  həm  özünə,  həm 
də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü 
də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz». 
Aişə  və  Həfsə  peyğəmbər  ə.s.  belə  dedilər.  Peyğəmbərin 
qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən 
siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə 
olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişə-
nin  (Allah  ondan  razı  olsun)  bu  qədər  elmli,  mömin  və  pak  ol-
mağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini et-
məyi  buyurdu.  İndi  görünüz,  başqa  arvadların  bilik  və  məs-
ləhətləri  nə  dərəcədə  olar.  Yusif  və  Kərsif  haqqında  hekayə  isə 
başqa cürdür...  
Qeyd:  Nitq  mədəniyyətinin  ritorika,  üslub,  ritorikanın 
baĢqa  elmlərlə  əlaqəsi,  ritorikanın  qısa  tarixi,  onun  Yuna-
nıstanda,  Romada  və  Avropada,  Azərbaycanda  yaranması 
barədə  məlumatlar  Adil  Babayevin  Bakı,  2011-ci  ildə  nəĢr 
olunan ―Azərbaycan dili və nitq mədəniyyəti‖ dərsliyinin mü-
vafiq səhifələrindən ümumiləĢdirmə əsasında götürülmüĢdür. 
Ai 


 
133 
NATĠQLĠK SƏNƏTĠNĠN SAHƏLƏRĠ 
 
1. Ġctimai-siyasi natiqlik 
a) Prezidentlərin inaqurasiya nitqi,  
b) Siyasi mövzuda məruzələr, 
c) Hər hansı toplantıda hesabat məruzəsi, müzakirədə çıxış,  
ç)  Siyasi  mövzuda  çıxış  (hər  hansı  bir  ölkədə başqa  prezidentin 
çıxışı),  
d) icmal nitqi – son söz,  
e) Mitinqlərdəki çıxışlar,  
ə)  Siyasi  təbliğatçıların  nitqi.  Şüarlar,  qanunvericilik  lahiyələri. 
Parlament mübahisələri. 
2. Diplomatik natiqlik  
a)  Xarici  işlər  nazirlərinin  çıxışı  –  mətbuat  konfransı, 
b) 
Dövlət 
başçılarının 
BMT-də 
çıxışları 
c) Diplomatik mübahisə,  
 
3. 
Akademik 
natiqlik 
a) 
Ali 
məktəblərdə 
mühazirə 
oxumaq 
b) 
Elmi 
məclisdə 
(konfransda) 
mühazirə 
c) 
Elmi 
mövzularda 
kütləvi 
mühazirə 
ç) 
Elmi 
məlumat 
vermə 
(elmi 
hesabat) 
d) 
Elmi 
mövzuda 
mübahisə 
e) Elmi rəy. Dissertasiya müdafiə çıxışı. 
4. 
Məhkəmə 
natiqliyi 
a) 
Prokurorun 
ittiham 
nitqi. 
b) 
Vəkilin 
və 
ya 
müdafiəçinin 
nitqi 
c) 
Müttəhimin 
cinayəti 
haqqında 
öz 
çıxışı 
ç)Müttəhimin 
özünü 
müdafiə 
nitqi 
d)Şahidlərin 
dindirilməsi 
(nitqi) 
e) Hakim nitqi – ittiham hökmü. 
5. MəiĢət natiqliyi 
a)Masa arxasında söylənən təbrik nitqi  


 
134 
b)Matəm mitinqində nitq (ağılar) 
c) Mədəni -məişət etiketləri 
ç) Məişət mübahisəsi. 
6. Bədii axĢamlardakı nitq 
a) Şair və yazıçı haqqında məruzə – mühazirə-nitq 
b) Şair və yazıçının nitqi. 
7. Səhnə nitqi 
a)Komik aktyorun nitqi 
 
b)Tragik aktyorun ntqi,  
8. Dini natiqlik 
a) Moizə və xütbə 
b) Camidə və kilsədə din xadimlərinin nitqi 
c) Surə oxumaq, Quran bağışlamaq, süfrə və ehsan duaları  
ç) Axund və mollaların imamların müsibəti haqqında nüfuzlu çı-
xışı, mərsiyə, sinəcan. 
9. Hərbi natiqlik 
a) Hərbçiləri-əsgərləri ruhlandırmaq üçün çağırış nitqi 
b) Hərbi and 
 
c) Hərbi nizamnamənin şərhi 
ç) Komandanların və komandirlərin müxtəlif situasiya hallarında 
çıxışları. 
 
Proqram üzrə Azərbaycan dili və Nitq mədəniyyətindən 
məĢğələlərin mövzuları 
 
Mövzu I: Azərbaycan dili və nitq mədəniyyəti müstəqil fənn  
kimi 
Ümummilli liderimiz H.Əliyevin qeyd etdiyi kimi ―Azərbay-
can  insanının,  bəşəriyyətin  beşiyi  olan  nadir  ölkələrdən  biridir. 
Burada həyat çox erkən yaranmışdır və  Azıx mağarasında tapıl-
mış  Azıxantor  Azərbaycanın  ən  qədim  ibtidai  insan  məskənlə-
rindən  biri  olmasını  sübut  edir.  Qobustan  və  Gəmiqayadakı  qa-


 
135 
yaüstü  təsvirlər  və  petroqliflər,  Kür-Araz  və  Xocalı  mədəniy-
yətlərinə  aid  maddi-mədəniyyət  nümunələri,  kurqan  tapıntıları 
sübut  edir  ki,  hətta  miladdan  əvvəlki  minilliklərdə  də  Azər-
baycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur‖. 
Dil və mədəniyyət haqqında;Fənnin adına uyğun olaraq nitq 
mədəniyyəti  barədə  söhbət  açmaq,  B.Vahabzadə  və  Nəbi  Xəz-
rinin ―Ana dili‖ şeirləri barədə məlumat vermək lazımdır.  
Azərbaycan dili və nitq mədəniyyəti.Dil və mədəniyyət
2
 haq-
qında ilk növbədə, dilin ictimai kateqoriya olması, dilin qədimliyi, 
şifahi ümumxalq danışıq dili ilə ədəbi dilin üzvü bağlılığı olması 
barədə şərh vermək lazımdır. Nitq mədəniyyəti fənninin tarixiliyi, 
antik  dövr  natiqlik  mədəniyyəti  və  məktəbləri  barədə  məlumat 
vermək  lazımdır.Tarixi  qaynaqlardan  məlum  olur  ki,  lap  qədim 
zamanlardan məzmunlu, obrazlı, aydın yığcam, təsirli nitqə malik 
olan  insanlar  cəmiyyət  tərəfindən  həmişə  yüksək  qiymət-
ləndirilmişdir.  Nitqin  gözəlliyi  və  ona  sahib  olmağın  yolları,  va-
sitələri  böyük  şəxsiyyətlərin  daim  diqqət  mərkəzində  olmuşdur. 
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda 
və  başqa  yerlərdə  görkəmli  natiqlər  yetişmişdir.  Lakin  natiqlik 
sənətinin,  nitq  mədəniyyətinin  əsl  vətəni  qədim  Yunanıstan  ol-
muşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, 
inkişaf  etmişdir.  Yunanıstanın  ictimai-siyasi  həyatındakı  müba-
rizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi və sair ilə 
bağlı Afina  şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə, yük-
səlməyə başlayır. Natiqlik sənətindən təsirli və kəskin silah kimi 
istifadə etməyə çalışırdılar. E.ö. VII-IV əsrlərdə fəaliyyət göstərən 
yunan natiqlik məktəbi Aristotel, Asntifont, Andokid, Lisiy, İsey, 
İ.  Sokrat,  Molon,  Kvintilian,  Demosfen,  Hipeorid,  Esxil  kimi 
görkəmli natiqlər yetişmişdir. Həmin məktəblərdə dərs deyən bu 
görkəmli  natiqlər  bu  sənəti  həm  nəzəri,  həm  də  praktik  şəkildə 
                                                      
2
Bax: E.B.Тайлор. Первобытная культура,М., Политиздат, 1989, с.18 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə