157
tatar, başqırd, qumuq dilləri qıpçaq qrupuna aiddir. Qarluq qru-
puna
isə özbək, uyğur, salur və s. dillər daxildir.
Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci
minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan
dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və
qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.
Azərbaycan-türk milli dili isə XVI əsrin sonlarından forma-
laşmışdır. Bu dövrdə çağdaş dilimizin əsas fondu (leksikası) və
qrammatik
quruluşu müəyyənləşir
Dünyada nə qədər azərbaycanlı yaşayır? – Almaniyada yaşa-
yan soydaşımız Əli xan İqbal bu suala cavab vermək məqsədilə
araşdırma aparmışdır. Bütün dünyada azərbaycanlıların ümumi sayı
48.703. 575 nəfər təşkil edir Azərbaycan dilində dünyanın 85 öl-
kəsində danışılır. 45 milyondan artıq adam bu dildə danışır, talışlar,
tatlar, ləzgilər və başqa xalqlar da ikinci dil kimi istifadə edirlər.
Türk dilləri qrupu 5 yarımqrupda formalaşmışdır:
1.Oğuz dilləri yarımqrupuna (4 dil), 2.Qıpçaq dilləri yarım-
qrupuna (5 dil), 3.Bulqar dilləri yarımqrupuna (6 dil), 4.Qarluq
dilləri yarımqrupuna (3 dil), 5.Tukay dilləri yarımqrupuna (5 dil).
Mövzu 5, 6 və 7:Dil və mədəniyyət. Dil və xalqın tarixi.
Azərbaycan dilinin morfoloji quruluĢu və ahəng qanunu.
Nitq mədəniyyəti anlayıĢı və onun milli mədəniyyətin tərkib
hissəsi olması.Azərbaycan dilinin quruluĢ və tarixi
Morfoloji quruluşuna görə dünya dilləri bir neçə qrupa - kök dil-
lər, felektiv(kökü içəridən dəyişən), iltisaqi(sözün kökü dəyiş-
məyən və həmişə müstəqil məna daşıyan) qruplara bölünür.
Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi dillərə aiddir.
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili
olub, dünyanın geniş yayılmış dillərindən biridir.Bu dildə 50
milyona qədər adam danışır.Azərbaycan Respublikası ilə yanaşı,
Cənubi Azərbaycanın da əsas əhalisi Azərbaycan türklərindən
ibarətdir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də
158
azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadır-
lar.Azərbaycan torpağının böyük bir hissəsi zorla Ermənistan
ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarıl-
mışdır.Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi
fürsətdən istifadə etməlidirlər.Bunlardan əlavə,
Rusiyada, Avropa
ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli
halda yaşamaqdadırlar.
Azərbaycan dili dünyanın ən qədim dillərindəndir.Ümumxalq
Azərbaycan dili eramızın V əsrində formalaşmışdır.Azərbaycan
dili türk dilləri ailəsinə-türk dillərinin oğuz qrupuna daxildir.Lakin
formalaşma tarixi oğuz qrupuna daxil olan digər dillərdən daha
qədimdir.Türklərin ən qədim vətəni Ön Asiyadir, şimallı-cənublu
Azərbaycan əraziləridir.Azərbaycanın kuti, kassi, lullu, turukki və
başqa tayfalarının hələ e.ə XXVIII əsrdə Aratta dövlətini yaratmış,
biraz sonra isə 100 ilə qədər müddətdə Şumeri idarə etmişlər.Türk
adını daha qədimlərdən yaşadan və gətirən isə Turukki tayfası
olmuşdur.Turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında
yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar.Turukkisözü
―güclü, qüvvətli, doğan, törəyən‖ mənalarında tur/tör sözündən
olub, türük//türk sözünü əmələ gətirmişdir.
Hələ eradan əvvəlki birinci minilliyin sonlarında Azər-
baycanın cənub hissəsində əhali dövlətin adı ilə atropatenlər,
şimalda albanlar adlanırdı, cənubda Atropatena dili, şimalda
Alban dili ifadələri işlənirdi.
―Türk‖ etnik adı Azərbaycanda çox qədim tarixə malikdir
və e.ə III minilliyin əvvəllərindn məlumdur.Bu söz Orta və
Mərkəzi Asiya ölkələrində sürətlə kütləviləşmiş, daha intensiv
işlənmişdir.Azərbaycanda isə V əsrdən –Sasanilərin dövründən
kütləviləşməyə başlamışdır.Sasanilər Çindən İrana qədər böyük
bir ərazidə yerləşən türk xaqanlığı ilə əlaqə saxlayır, bəzən qo-
humluq münasibətlərinə girməli olurdular.Onlar bu minvalla
Azərbaycan türklərini də ―türk‖ adlandırırdılar.Digər tərəfdən,