154
zamanlarda tədqiqə cəlb olunmuşdur.Bu dilin elmi tədqiqi
E.R.Tenişevin adı ilə bağlıdır.Salar dili əsas etibarilə canlı
danışıq dilindən ibarətdir.Bu dilin özünün əlifbası yoxdur.
15.Tatar dili. Tatar xalqının milli dilidir.Bu dildə danışan
tatar xalqı, əsasən Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Moldo-
vada, Qorki, Tambov, Penza, Ryazan, Ulyanovsk, Samara, Sara-
tov, Omsk, Tomsk, Tumen vilaytlərində yaşayırlar.Bunlardan
başqa Ruminiya, Bolqarıstan, Polşa,
Türkiyə və Çin dövlətlərində
də tatar dilli əhali yaşayır.Hazırda tatarların ümumi miqdarı 6
milyon nəfərdən çoxdur.Bəzi ədəbiyyatda bu dil Kazan-tatar dili
adı ilə də verilir.Tatar dili fundamental şəkildə Böyuk Oktyabr
inqilabından sonra tədqiq olunmağa başlamışdır.Bu dilin əlifbası
1927-ci ilə qədər ərəb, 1927-ci ildən 1939-cu ilə qədər latın,
1939-cu ildən isə rus qrafikası əsasında aparılmışdır.
16.Tofalar dili. Krasnoyarsk diyarında yaşayan kiçik bir
etnik qrupun dilidir.Bu dilə Karaqas dili də deyirlər.Fonetik və
qrammatik xüsusiyyətlərinə görə tuva dilinə daha çox
yaxındır.Bəzən mövcud ədəbiyyatda bu yaxınlığa görə tofalar
dilini yuva dilinin bir dialekti də qeyd etmək meyli vardır.Tofalar
dilinin yazısı yoxdur.Onlar əsasən rus ədəbi dilindən istifadə
edirlər.
17.Tuva dili. Tuvada yaşayan tuvaların dilidir.Tuva xalqının
bir hissəsi isə Krasnoyarsk vilayətində və Monqolustanda ya-
şayır.Ümumiyyətlə bu dildə yer üzündə 170 minə qədər adam
danışır.Tuva dili əsasən sovet dövründə yazıya malik olmuş və
bir ədəbi dil kimi çox sürətlə inkişaf etmişdir.Hazırda bu dilin
əlifbası rus qrafikasına əsaslanır.Müasir Tuva ədəbi dilində külli
miqdarda bədii, elmi, ictimai-siyasi ədəbiyyat, qəzet və jurnallar
nəşr olunur, radio və televiziya verilişləri aparılır.
18.Türk dili. Türkiyə dövlətinin dilidir.Bundan əlavə hər iki
Almaniyada, Bolqarıstanda, Yuqoslaviyada, Kiprdə, Yunanıs-
tanda, İranda, Afrikada və Avstraliyada yaşayan türklər də bu