1. Aktların tərkib baxımından təsnifatı
a. Normativ hüquqi aktlar
Hüquqi təsir baxımından fərdi aktlardan fərqli olan normativ hüquqi (nor -
mativ) aktlar inzibati hüququn normaqoyma funksiyasının ifadəsi kimi qarşıya
çıxır. İngilis dilində «
rulemaking»
kimi ifadə olunan qaydaqoyma fəaliyyətinin
inzibati fəaliyyətdə olduqça önəmli yeri var.
457
Əslində, normativ aktla norma-
tiv hüquqi aktlar eyni şeyi ifadə etmir.
458
Bəzi texniki təlimatlar müəyyən ob-
yektlərlə bağlı davranış normaları müəyyən edir. Bu akt hüquqi status müəyyən
etmir və hüquqi nəticələrə səbəb olmursa, bunlar normativ hüquqi aktlar sayıl-
mır.
459
Bununla belə, AR Mülki Prosessual Məcəlləsinin 29 -cu fəslində inzibati
normativ aktların mühakimə qaydaları tənzimlənir və fərq qoymadan “normativ
akt”lardın bəhs edilir. Normativ hüquqi (normativ) akt müəyyən şəxs və ya ob -
yektə yönəlik olmayan, qüvvəsi uzun müddət üçün nəzərdə tutulmuş, dəfələrlə
tətbiq olunmaq üçün, müəyyən administrati v münasibət tipini tənzimləyən inzi -
bati hüquq normalarını ehtiva edir.
460
İnzibati normativ hüquqi aktlar adminis-
trativ instansiyaların birtərəfli iradələri ilə çıxarılan, hüquq normaları yaradan,
dəyişdirən və ya xitam edən aktlardır.
456
Козлов, Овсянко, Попов, s. 262.
457
Funk William - Shapiro Sidney - Weaver Russel,
Administrative Procedure and Practice
, 3th
Edition, Thomson and West, 2001, s.48 və davamı.
458
Марченко М., Мицкевич А., Лею О. s. 344.
459
Мальков В.П. Опубликование и вступление в силу Федкральных законов и иных
нолрмативно-правовых актов, baxın : http://girlsinlaw.narod.ru/tgp.doc.
460
Алехин, Кармолицкий, Козлов, c. 242
|