a) Ümumi məhkəmələr
Ümumi məhkəmələr şəxslər arasında xüsusi hüquq mübahisələrinə (mülki)
12
və cinayət işlərinə baxan məhkəmələrdir. Müqayisəli hüquqda onlara bəzən
ədliyyə məhkəmələri deyilir. Bu termin - ədliyyə məhkəmələri - fransız hüqu-
qunda istifadə olunur, amma ölkəmizin məhkəmə quruluşu üçün istifadə oluna
bilməz. «Ədliyyə məhkəmələri» termini ilə «ədalət mühakiməsi» terminini qarış-
dırmaq olmaz. Çünki “ədalət mühakiməsi” fəaliyyəti ifadə edir və Konstitusiyanın
125-ci maddəsinə görə, onu ixtisaslaşmış məhkəmələr də daxil olmaqla bütün
məhkəmələr həyata keçirir. Ümumi məhkəmələr dedikdə, əsasən rayon məhkə-
mələri nəzərdə tutulur. Bununla belə, mümkündür ki, ümumi məhkəmələrlə yanaşı
iqtisad, ticarət, vergi, yuvenal ədliyyə kimi ixtisaslaşmış məhkəmələr mövcud
olsun. Bu orqanlarda baxılan işlərdə ümumi hüquq («
public law
») qaydaları tətbiq
olunmursa, bunlar inzibati hüquq baxımından önəmli deyil.
12
İPM-nin qüvvəyə minməsindən əvvəl də ölkəmizdə idarəetmə orqanlarına qarşı qaldırılan iddialar
MPM görə baxılır və mülki iş sa yılırdı. Rusiyanın Mülki Prosessual Məcəlləsi də bu cür
mübahisələri ayrı bir fəsildə, “ümumi hüquq münasibətlərindən yaranan mübahisələr” fəslində
incələyir. Kontinental hüquqda bunlara “inzibati mübahisə/iddia” deyilir.
|