b) İnzibati məhkəmələr
Ölkəmizdə 2011-ci ildə qurulması planlaşdırılan bu məhkəmə növünə,
kontinental Avropa ölkələrinin çoxunda - Fransa, İtaliya, Belçika, Çexiya,
Almaniyada rastlaşmaq mümkündür. Lakin qeyd etməliyik ki, ölkədə inzibati
məhkəmələrin olması, hələ ki, o ölkədə inzibati ədliyyə sisteminin olduğunu
göstərmir. Yuxarıda toxunduğumuz kimi, Avropada idarəetmə orqanları üzərində
məhkəmə nəzarəti sistemi 2 qrupa bölünüb: Almaniyada hakim olan subyektiv
sistem və Fransada hakim olan obyektiv sistem.
14
İnzibati ədliyyəni bəzi alimlər hüquqi dövlətin əsas şərtlərindən biri kimi
qəbul edirlər. Həqiqətən də inzibati ədliyyə sisteminin mövcud olduğu ölkələrdə
inzibati idarəetmə hüququ daha güclü inkişaf edib. Bunun əsas səbəbi inzibati
məhkəmələrin inkişaf etdirdiklə ri, ümumi hüququn prinsiplərinə əsaslanan məh-
kəmə praktikasıdır. Fransız Dövlət Şurasının (
Conseil d’Etat
) bu sahədəki fəaliy-
yəti ən gözəl misaldır. İnzibati məhkəmələr idarəetmə orqanlarının hüquqi nəticə
yaradan fəaliyyətinin hüquqa uyğunluğuna nəzarət i həyata keçirir. İnzibati
məhkəmə sisteminin olduğu ölkələrdə apellyasiya və kassasiya nəzarəti funksi -
yasını xüsusi məhkəmələr həyata keçirir. Rusiyada da inzibati məhkəmələr
quruldu, lakin bunlar dövlət idarəetmə orqanlarının qərarlarını deyil,
13
İnzibati hüquq münasibətinin obyektiv statusda olmasının mənası budur ki, eyni qanun norması ilə
tənzimlənən münasibət yenilənsə və tərəfi dəyişsə belə, məsələn başqa vətəndaşa sürücülük vəsiqəsi
verilsə, status eyni qalır. Halbuki mülki hüquqdaki kredit münasibətində, status müqavilə şə rtlərinə
görə dəyişəcəkdir.
14
Jean-Marie Woehrling, Judicial Control of the Administration in Europe: Progressive Construction
of a Common Model, SIGMA publications.
|