Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə113/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   789
inzibati-huquq

İnzibati hüquq

39

tədqiq  etməsi  buna  sübutdur.

62

  Onsuz  da  çağdaş  anlamda  inzibati  hüquq  ilə



konstitusiya hüququ bir-biri ilə bağlı hüquq sahələridır.

63

İnzibati (idarəetmə) hüququn ayrıca fənn kimi inkişa fındakı ehtiyacları bu



şəkildə sadalamaq olar:

1.  Azadlıq  anlayışının  və  tələblərinin  artması;  Fransız  inqilabından  sonra

bunların  inkişafı  idarə  edənlərin  fəaliyyətinin  müəyyən  qaydalarla  məhdudlaş -

dırılmasını  zərurətə  çevirmişdi. Mövzudan  kənar  məsələyə diqqətinizi çəkmək

istəyirəm:  fransızlar  məşhur  Bastiliya  qalasını,  işgəncə  qarşı  olan    hiddətlərin -

dən dolayı söküblər, Fransız inqilabının bu rəmzini Parisdə axtarsanız artıq tapa

bilməyəcəksiniz.

2. Dövlətin fəaliyyətinin genişlənməsi; bu mənada dövləti n ictimai xidmət

sahəsindəki  fəaliyyətinin  artması  və  dövlətin  ekonomik  həyata  müdaxiləsini

göstərmək olar. Bu, müəyyən qaydalar qoyulmasını tələb edirdi. İnzibati idarə -

etmə hüququ bəzən bu qaydalarla yarandığı kimi, bəzən də məhkəmə qərarları

əsasında özü qaydalar yaradıb.

İnzibati idarəetmə hüququ, ümumi hüquq sahəsi kimi başqa hüquq sahələ -

rindən  daha  ideolojikdir.  İnzibati hüquq  qurumlarının  bir  hissəsi  müəyyən

prinsiplərə xidmət edir. Bu prinsiplərin çoxu təsirli, lakin eyni zamanda hüquqa

hörmət  göstərən  idarəetmə  orqanlarının  yaranması  və  fəaliyyət  göstərməsi

məqsədlərinə xidmət edir. Bununla belə, bunlar tədricən inkişaf edib və inzibati

hüququn əsas prinsipləri, məsələn, “səlahiyyət ancaq qanunla verilir”, bu hüquq

sahəsinin inkişafı prosesində meydana gəlib.

64

Beləliklə  Qərbdə İnzibati  hüququn  son əsrdəki  inkişafı



hüquqi  dövlət

siyasətini  ortaya  çıxardı.

65

  Çünki  bu  siyasətin  praktik  tətbiqi  hüquqi  dövlət



prinsiplərinin reallaşdırılmasıdır.  Müasir inzibati hüquq  kitablarında  hüquqi

dövlət prinsipinə ilk mövzular arasında yer ayrılması buna sübutdur.

62

Abdullayev,



Fransanın..

, s.38.


63

Bunun birinci dərəcəli səbəbləri  «İnzibati idarəetmə hüququ»nun mənbələri arasında Konstitu-

siyanın olması və  «İnzibati idarəetmə hüququ»nun icra hakimiyyəti orqanı kimi konstitusion bir

qurumu və onun davamı olan maddi mənada “administrasiyanı” incələməsidir.

64

Buradakı  “qanun” sözünün normalar ierarxiyasına zidd olmayan normativ aktlarla yanaşı, nor-



mativ tənzimləməni də əhatə etdiyini unutmaq lazım deyil. Eyni prinsipi «İnzibati icraat haqqında»

Qanununun 11.2-ci maddəsi də təkrarlayır.

65

Bu mənada  “politika” sözü,  İnzibati idarəetmə hüququ baxımından nəzəriyyədə  çox da tətbiq



edilmir. Cinayət hüququnda  “cinayətkarlıqlı mübarizə” siyasəti olduğu kimi,  İnzibati idarəetmə

hüququnda da  “idarəetmə hüququ siyasəti” olmadığı irəli sürülə bilər. Lakin idarəetmə hüququ

prinsipləri nəzərə alınsa, bunların eyni zamanda,  İnzibati idarəetmə hüququna bir yön verdiyi də

görünər. İnzibati idarəetmə hüququ prinsipləri üçün baxın: Gözübüyük , Tan,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə