Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


Müqayisəli inzibati hüquq  (Fransanın inzibati hüququ)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə112/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   789
inzibati-huquq

Müqayisəli inzibati hüquq  (Fransanın inzibati hüququ)

,  «Qanun»

Nəşriyyatı, Bakı, 1997, s.38.

57

Balta, s.94.




Fərhad Mehdiyev

38

tanışdır.

58

 Analizlər, aşağıda görünəcəyi kimi, müasir mənada inzibati hüquq və



hüquqi  dövlət  prinsipinin həm  inkişaf,  həm  də  formalaşma  baxımın -dan  yaxın

olduğunu göstərir.

İnzibati (idarəetmə)  hüququnun  bu  qədər  gec  ortaya  çıxması  bəlkə  də

qəribə  görünə  bilər.  Tarixin  qədim  zamanlarından  bəri  dövlət  deyilən  varlıq

olduğuna  və  dövlətdə  ictimai  idarəetmə  münasibətləri  mövcud  olduğuna  görə,

bunların  xaotik  deyil,  müəyyən  qaydalarla  aparıldığı  və ya  buna  cəhd  edildiyi

danılmazdır.

59

Belə olan halda nəyə görə idarəetməni tənzimləyən hüquq sahəsi



bu qədər gec yaranıb?

Əzəldən dövlət idarəçiliyinin siyasi motivlər və qaydalarla aparıldığını bi-

lirik. Siyasət isə çox vaxt hüquqi qaydalara söykənmir.

60

 Hüquq elmi müəyyən



fənlər kimi ortaya çıxır və bu fənlər özlərinə məxsus

anlayışlar

yaradır. İnzibati

idarəetmə  hüququ  idarəetmə  orqanlarının  hüquqiliyini  qəbul  etdiyi  anlayışlara

uyğunluq baxımından araşdırır. Lakin orta əsrlərin dövlət idarəetməsinin adət-

ənənəyə  (idarəçilərin  özlərini  qaydalarla  məhdudlaşdırmaq  istəməməsi)  əsas -

lanması inzibati  hüququn  gərəkliyini  göstərməklə  bərabər,  onun  ortaya

çıxmasını əngəlləyib. Çünki inzibati hüququn siyasət elmini məhdudlaşdırmaq

özəlliyi var: dövlət idarəsi müəyyə n qaydalara əsaslanmalıdır.

61

İnzibati hüququn müstəqil fənnə çevrilməsindən əvvəl, bu hüquq sahəsinin



araşdırdığı sahələrdən bəziləri ümumi hüquq və ya konstitusiya hüququna daxil

idi.  Fransız  konstitusiya  hüquqçusu  Esmeinin,  1895-ci  ildə  yayımladığı

“Konstitusiya  hüququnun  ümumi əsasları”  kitabında  i nzibati hüquq  sahələrini

58

«



Common law»

a əsaslanan ingilis hüquq sistemi məhkəmələrin  (hakimlərin) tarixi dövr içində

inkişaf etdirdikləri prinsipləri/ə sasları ehtiva edir. Kontinental hüquq sistemimizdə bunlardan

bəziləri  “hüququn  ümumi prinsipləri” adlandırılır. Bunlar eyni olmasa da, bənzərlikləri var.

Məsələn,  “haqq-ədalət” prinsipi,  “müdafiə hüququ  (

audi alteram partem

)” kökləri  çox qədimə

uzanan prinsiplərdir.

59

Avtoritar idarə tərzi və ya mütləqiyyət rejimi olsa da, idarəetmə müə yyən qaydalara ə saslan-



malıdır, çünki bunu etmək rasionaldır. Qaydalara ə saslanan idarəçilik nizam-intizam gətirir, bu da

öz növbəsində sağlam dövlət idarəçiliyi yaradır.  «



Administrativ personal

» və ya  «dövlət

məmurları» adlandırdığımız təbəqə hər zaman olub, orta əsr dövlətlərində bunlara ə n gözəl misal

vəzirlər, valilər, inzibatçılar və ya vergi məmurlarıdır.

60

Politologiya kitablarında uğurlu siyasətçiyə  əxlaqi və ya  şə xsi xüsusiyyətlər nəzərə alınmadan,



siyasətdə və dövlət idarəsində qalmağı bacaran siyasətçi kimi tərif verilir. Lakin demək olar ki,

hüquq elmi, təbii hüquq məktəbinə  əsaslanır. Dolayısıyla, klassik mənada siyasət elmi  çağdaş

duruma çatmazdan qabaq makiavelist fikirlərə əsaslanırdı və hüquqilikdən xeyli uzaq idi.

61

Козырин, Штатина, Зеленцов, с. 7.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə