Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


D. HÜQUQİ DÖVLƏT PRİNSİPLƏRİNİN TƏMİN EDİLMƏ SİNDƏ



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə117/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   789
inzibati-huquq

D. HÜQUQİ DÖVLƏT PRİNSİPLƏRİNİN TƏMİN EDİLMƏ SİNDƏ

İNZİBATİ HÜQUQUN YERİ

Qanunvericilik  orqanı  üzərində  konstitusiya  nəzarəti  prinsipi  xaricində

hüquqi dövlətin bütün prinsipləri ya birbaşa, ya da dolayı olaraq icra hakimiy -

yəti  və  onun  davamı  olan  administrasiya  ilə  sıx  bağlıdır.

70

  Məhz  buna  görə



«İnzibati icraat haqqında» Qanunun məqsədi

“inzibati orqanlar tərəfindən insan

hüquq  və  azadlıqlarına əməl  olunmasını  təmin  etməkdən  və  qanunun  aliliyinə

nail olmaqdan ibarətdir”

.

Hüquqi dövlət, sadə desək, idarə edənlərin hüquqla bağlılığını ifadə etdiyi -



nə görə  onun  təmin  edilməsində İnzibati  hüququn əhəmiyyəti  ortaya  çıxır.

71

Hüquqi  dövlət  prinsiplərindən  bəziləri -  administrasiyada  qanunçuluq  prinsipi,



administrativ fəaliyyət üzərində məhkəmə nəzarəti, dövlətin maddi məsuliyyəti

kimi  prinsiplər inzibati  hüquq  fənninin  tədqiqat  və  əhatə  dairəsindədir.  Başqa

prinsiplərin gerçəkləşdirilməsi baxımından isə administrativ hüquq tamamlayıcı

funksiya  daşıyır. Misal  olaraq administrasiya  üzərində  məhkəmə  nəzarəti

olmadan,

insan  hüquqlarına  hörmət  prinsipinin  mümkünsüz  olacağını

göstərmək olar.

Zənnimcə,  hüquqi  dövlət  prinsiplərindən  ən  əsası  administrasiya  üzərində

məhkəmə  nəzarətidir.  Təsirli  məhkəmə  nəzarəti  hakimiyyətlər  bölgüsünün  ol -

duğu  sistemlərdə  hüququn  üstünlüyünü  təmin  etmək  üçün  önəmli  faktordur.

Hərçənd bu  ifadə  məhkəmələrin  müstəqilliyini  və  demokratik  idarəetməni  də

nəzərdə  tutur  və  bu  faktorların  yoxluğu  məhkəmə  nəzarətini  formal  bir şeyə

70

Məsələn, məhkəmələrin müstəqilliyi prinsipi hakimlərin xüsusilə icra hakimiyyətindən müstəqil



olmalarını tələb edir. Hakimiyyətlərin bölgüsü prinsipinin administrasiyanın səlahiyyətlərini

məhdudlaşdırıcı xüsusiyyəti var.

71

Lakin bu, hər hansı formal inzibati hüquq deyil, zəngin, sistemli, administrasiya  üzərində təsirli



hüquqi kontrolu təmin eden, pozitiv mənada qəbul edilməsi lazım olan inzibati idaəetmə hüququ

olmalıdır.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə