Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə257/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   253   254   255   256   257   258   259   260   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

144

Digər tərəfdən, müasir dünyada administrativ qurumların fəaliyyəti ISO 9001

standartına  uyğunlaşdırılır  və  buradan  da  planlaşdırmanın əhəmiyyəti  öz-özünə

ortaya  çıxır.  Çünki planlaşdırma ISO  9001  şərtlərindən  biridir  və  o,  belə  ifadə

edilir: Planlaşdır – tətbiq et – yoxla – tədbir gör.



İnzibati hüquq

145

II. MÜHAFİZƏ FƏALİYYƏTİNİN HÜQUQİ REJİMİ

A. İNZİBATİ MÜHAFİZƏ TERMİNİ VƏ ONUN MƏQSƏDİ

1. İnzibati mühafizə termini

Cəmiyyətin ortaq yaşamı davam etdirmək üçün müəyyən qayda və nizama

ehtiyacı  var.  Bu  səbəbdən  də,  ibtidaidən  inkişaf  etmişə  qədər  hər  cəmiyyətdə

inzibati orqanların ən birinci və ümdə vəzifəsi ictimai asayişi və qaydanı qoru -

maq,  şəxslərin  və  qrupların  təhlükəsiz  və  rahat  yaşamalarını  təmin  etməkdir.

İdarəetmə  orqanlarının  ictimai  asayişi  qoruma q  və  təmin  etmək  fəaliyyətinə

mühafizə (polis) fəaliyyəti deyilir.

İstər  Alman,  istərsə  də Fransız  və İngilis hüquqlarında  bu  fəaliyyətə



polis

(

polizei, police

)

fəaliyyəti

 deyilir. Biz də bu əsərdə



polizei

termininin



mühafizə

kimi tərcümə edilməsini daha uyğun saydıq.

İdarəetmə  orqanları  mühafizə  fəaliyyəti  ilə şəxslərin  və  müxtəlif  qrupların

cəmiyyətdəki

davranışlarını, fəaliyyətlərini yoxlaya bilər və onların əsas hüquq

və  azadlıqlarını  lazımi  hallarda  məhdudlaşdıra  bilər.  Başqa  sözlə,  administra -

siya, ictimai asayiş və qaydanı vətəndaşlara yönəlik bəzi əmr və qadağalarla hə -

yata  keçirir.  Bu  səbəbdən  də,  inzibati  mühafizə  fəaliyyəti  vətəndaşlarla  admi-

nistrasiyanı əsas hüquq və azadlıqlar məsələsində qarşı -qarşıya gətirən inzibati

fəaliyyət növüdür.

Demokratik  ölkələrdə şəxslərin  əsas  hüquq  və  azadlıqlarına  konstitusiya

təminat verir. Konstitusiyanın təmin etdiyi əsas hüquq və azadlıqlar ancaq və -

təndaşların  nümayəndələrindən  ibarət  olan  qanunverici  orqanın  qanunları  ilə

məhdudlaşdırıla bilər. Əsas hüquq və azadlıqların məhdudlaşdırma səbəblərin -

dən biri də ictimai qaydanın qorunmasıdır, bunu Avropa insan hüquqları Kon -

vensiyasında da açıq-aşkar görmək olar.

326


 Məsələn, sərbəst toplaşmaq azaldığı,

birləşmək  hüququ,  məlumat  və  vicdan  azaldığının  reallaşmasını   tənzimləyən

qanunlar var. Administrasiya bu qanunlarda ümumi və obyektiv şəkildə nəzərdə

tutulan qaydaları inzibati hüquqi aktlarla müəyyən statusda olan şəxslərə tətbiq

etməklə, mühafizə fəaliyyətini reallaşdırır (ictimai asayiş və qaydanı qoruyur).


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə