Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə259/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   255   256   257   258   259   260   261   262   ...   789
inzibati-huquq

İnzibati hüquq

147

Habelə  «Polis  haqqında»  Qanunun  18-ci  maddəsi  ictimai  yerdə  sərxoş  və -

ziyyətdə müstəqil hərəkət edə bilməyən (onların ətraf üçün təhlükə yaratmaları

şərt  deyil) şəxsləri  təcrid  etmə  səlahi yyətini  tanıyır.  Eyni  zamanda  İnzibati

Xətalar  Məcəlləsinin  22-ci  fəsli  də ictimai  qayda,  təhlükəsizlik  və  mənəviyyat

sahələrində  polisə  vəzifə  və  səlahiyyətlər  verir.  Məsələn,  gecə  saat  24.00-dan

səhər  saat  7.00-a  qədər  mənzildə  ətrafda  yaşayanları  narahat  edən  səs-küy

varsa, polis lazımi xəbərdarlıqdan sonra bu hadisəyə müdaxilə edə bilər,

330

 yenə


əxlaq  məsələləri  ilə  əlaqədar  yetkinlik  yaşına  çatmamış  şəxsləri  sərxoş  hala

gətirmək  qadağan  edildiyi  kimi  (İXM  m.307),  fahişəlik  (m.308)  və  qumar

oyunu (m. 309) da hüquqa zidd sayılıb; Cinayət Məcəlləsinin 27 -ci fəsli ictimai

mənəviyyat  əleyhinə  cinayətləri  tənzimləyib  (porno qrafik  materialları  yaymaq

kimi)  və  bunların  qarşısının  alınması  inzibatçılığın  məqsədləri  arasındadır.

Ayrıca  xuliqanlıq  şəklində  olan əxlaqsız  davranılşları  da  bu  cümlədən  saymaq

lazımdır.

Şəxslərin  əxlaqdankənar  bəzi  hərəkət  və  davranışları  inzibati  mühafizə

fəaliyyətinin  predmetinə  daxildir.  Ancaq  burada  diqqət  yetiriləsi  məqam  odur

ki, inzibati mühafizənin bəzi hərəkət və davranışlara müd axilə etməsi üçün bu

hərəkət və davranışlar cəmiyyətin nizamının pozulması və sarsılması üçün açıq-

aşkar  və  real  təhlükə  yaratmalıdır.  Başqa  sözlə,  belə  hərəkətlər  və  davranışlar

cəmiyyətin  xarici  və  maddi  nizamına  dərhal  və  ya  yaxın  zamanda  təsir  edə

bilərsə,  administrativ  inzibatçılığın  müdaxiləsi  mümkün  olar.  Belə  açıq  və

yaxın təhlükə mövcud deyilsə, bu cür hərəkət və davranışlara idarəetmə orqan -

larının müdaxiləsi yolverilməzdir və səlahiyyət in aşılması mənasına gəlir.




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə