b) Xüsusi mühafizə sahələri
Xüsusi mühafizə dar sahədə icra edilən mühafizə xidmətini ifadə edir. Bu
məsələ fəaliyyəti icra edən mühafizə orqanının
səlahiyyət
ünsürünə aiddir.
Təhsil Nazirliyi ancaq təhsil sahəsində olan qaydalara əməl edilib-edilmədiyini
yoxlaya bilər, yəni ictimai qaydanın ancaq nizam-intizam ünsürü ilə əlaqədar
aktlar verə bilər; o, ictimai təhlükəsizliklə bağlı fəaliyyət icra etməməlidir.
333
Eyni qaydada Səhiyyə Nazirliyi xüsusi mühafizə orqanıdır.
Ola bilər ki, nazirlik ümumi mühafizə orqanı olduğu halda, onun tərkibində
olan inzibati orqanların hər biri ayrılıqda xüsusi bir sahə ilə məşqul olsunlar.
Məsələn, rayon icra hakimiyyəti ümumi mühafizə orqanı, rayon təhsil şöbəs i
isə xüsusi mühafizə orqanıdır (eyni qaydada icra etdikləri fəaliyyət də belədir).
Bu hal onların səlahiyyət məsələsinə təsir göstərir.
Yerli inzibati orqanların mühafizə fəaliyyətini də, bir qayda olaraq xüsusi
administrativ fəaliyyət kimi səciyyələndirmək lazımdır.
Xüsusi mühafizə fəaliyyətlərinin bir hissəsi isə ümumi mühafizə fəaliyyə-
tinin məqsədlərindən kənar, yəni təhlükəsizlik, nizam-intizam və sağlamlıq sa -
hələri xaricində fəaliyyət göstərmək üçün qurulur. Məsələn, lotoreya oyunları,
yaxud da at yarışları üzərində nəzarəti həyata keçirmək buna misal ola bilər. Bu
şəkildə qurulan xüsusi inzibati mühafizə xidmətləri ilə qorunmaq və təmin
edilmək ictimai asayişdən fərqli qaydadır. Belə xidməti mühafizə fəaliyyəti
uyğun xidməti yerinə yetirən nazirlik və ya inzibati orqanın əmri və məsuliyyəti
altında icra edilir.
333
Bununla belə, qanunver icilik Təhsil Nazirliyinin məktəblərdəki təhlükəsizliyi təmin etmək üçün
Daxili İşlər Nazirliyi ilə bərabər tədbirlər görə biləcəyini nəzərdə tuta bilər.
|