Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


B. MÜHAFİZƏ AKTLARI, ÜSULLARI VƏ SANKSİYALARI



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə269/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   265   266   267   268   269   270   271   272   ...   789
inzibati-huquq

B. MÜHAFİZƏ AKTLARI, ÜSULLARI VƏ SANKSİYALARI

İnzibati orqanlar mühafizə vəzifəsini bəzi aktlar çıxararaq və xüsusi üsullar

vasitəsilə  bunlara əməl  etməyənlər  haqqında  müxtəlif  sanksiyalar  tətbiq  et-

məklə həyata keçirir.



1. Normativ və fərdi mühafizə aktları

Administrasiya  mühafizə  vəzifəsini, hər şeydən  əvvəl,  normativ  aktlar  qə -

bul etmək yolu ilə icra edir. Konstitusiyanın 148 və 149 -cu maddələri mərkəzi

icra hakimiyyəti orqanlarına və yerli icra hakimiyyətlərinə, 150 -ci maddəsi isə

bələdiyyələrə normativ aktlar qəbul etmək səlahiyyəti verir. İnsan hüquqlarının

məhdudlaşdırılmasında əsas prinsip bunları qanun növlü parlament aktı ilə hə -

yata keçirmək olsa da, qanunla bütün incəlikləri nəzərə almaq hər zaman müm -

kün  olmadığı  üçün  bu  incəliklərin  nizamlanması  vəzifəsi   çox  vaxt  administra-

siyanın üzərinə qoyulur. Buna görə parlament belə hallarda çox vaxt prinsip və

əsasları  müəyyən  etməklə  kifayətlənir.  Dolayısıyla,  ictimai  asayişi  təhlükə  al -

tında qoyan hal və davranışların incəlikləri inzibati orqanların normativ aktları

ilə müəyyən olunur. Bu səbəbdən də, mühafizə sahəsində normativ aktlara çox

rast  gəlinir.  Bununla  belə,  21.10.2005-ci  il tarixli  «İnzibati  icraat  haqqında»

Qanunun  11-ci  maddəsi  fərdi  yükləyici  inzibati  aktların  ancaq  formal  qanuna

dayana  biləcəyinə  əsaslanır.  Bu  tənzimləmə  pozitiv  hüququmuzda  nisbətən

yenidir və praktikaya indi-indi bəlli olur.

Ən geniş sahədə normativ  mühafiz ə aktlarını Nazirlər Kabineti qəbul edir.

Bu  metod  xüsusən  unitar  ölkələrdə  tətbiq  olunur.

334

  Qanunçuluq  prinsipinin



pozulmaması  üçün müvafiq  qanun  NK-ya  bu  səlahiyyəti  verməlidir.  Məsələn,

«Sahibkarlıq  fəaliyyəti  haqqında»  Qanun  hansı  növ  sahibkarlıq  fəaliyyətinin

334

Gözübüyük, Tan,




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə