2. Lisenziya və qeydiyyat üsulları
Administrasiya ictimai qaydanı qorumaq və təmin etmək məqsədi ilə şəxs -
lərin, qrupların f əaliyyətini qadağan edə bilər, nəzarət edə və yoxla ya bilər,
lazımi tədbirlər görə bilmək üçün bu fəaliyyətləri lisenziya və qeydiyyat üsulla-
rına tabe edə bilər.
Konstitusion hüquqlar inzibati aktlarla məhdudlaşdırıla bilməz. Məsələn,
Konstitusiyamızın 59-cu maddəsinə görə, hər kəsin azad sahibkarlıq hüququ
var. Lakin bilirik ki, hansı sahibkarlıq fəaliyyətinin icrası üçün lisenziya alınıb -
alınmaması məsələsini
müvafiq icra hakimiyyəti orqanı
normativ aktla müəy-
yən edir. Lisenziyanın verilməsində şəffaflıq və müəyyən prosedurlar olmalıdır,
əks halda bu, sahibkarlıq hüququna müdaxilə kimi qiymətləndirilə bilər. Buna
dair AR Prezidentinin Fərmanı ilə təsdiq edilmiş qaydalar var.
335
İnzibati orqanlar istədiyi fəaliyyəti lisenziyaya tabe tutmaqda sərbəstdirmi?
Şübhəsiz ki, yox. Burada meyar sahibkarlığın növü və ya başqa fəaliyyətin
ictimai qaydanı pozma ehtimalının ciddiliyidir. Məsələn, tütün istehsalı lisenzi-
yaya tabedir. Həqiqətən də, tütün sağlamlıq üçün zərərlidir, istehsalçılar üzə -
rində ciddi nəzarət olmalıdır, bu sahədə lisenziya/icazəni tanınmış, etibarlı
firmalara vermək daha düzgündür.
Şəxslərin və qrupların hüquqpozma sayılmayan fəaliyyə tini administrasiya
daimi olaraq qadağan edə bilməz. Qanunvericiliklə tanınmış hüquqlar baxımın -
dan bəzi məhdudiyyətlər qoyula bilər, bunlar Konstitusiyanın 71 -ci maddəsinin
müəyyən etdiyi məhdudlaşdırma meyarlarıdır - fövqəladə hallar, qismən məh-
dudlaşdırma, müvəqqətilik və beynəlxalq hüquq normalarına uyğunluq. Admi-
nistrasiya bunun xaricində Konstitusiya və qanunlara əməl etmək şərti ilə pozi -
tiv hüquqda tanınmış hüquq sayılmayan bəzi fəaliyyətləri nəzarət və yoxlama
apara bilmək üçün icazə və qeydiyyat üsullarına tabe edə bilər. Lakin burda
diqqət edilməlidir ki, xüsusən “icazə”nin tətbiq edilməsi, icra olunması istənən
335
Bunlar 28.03.2000; 02.09.2002; 31.10.2005-ci il tarixli fərmanlardır.
|