4. Birbaşa icra və məcburi icra
İctimai qaydanı təhlükə altına alan hərəkətlər olduqda inzibati mühafizə
orqanı qanunun icazə verdiyi hallarda birbaşa icra səlahiyyətindən istifadə edə-
rək ictimai asayişi qorumaq üçün dərhal tədbir görə bilər.
İnzibati mühafizə səlahiyyətlərini tənzimləyən «Polis haqqında» Qanun, yuxa -
rıda göstərildiyi kimi, bəzi maddələrində polisin icra səlahiyyətini nəzərdə tutur.
İnzibatçı personal vəzifələrini yerinə yetirərkən son dərəcə vacib hallarda
ictimai asayişin pozulmasının qarşısını almaq üçün silah da tətbiq edə bilər.
İnzibatçı personalın silahdan istifadə etməsi zəruri müdafiə , silahlı münaqişəni
kontrol altına almaq, qaçan/qaçmış cinayətkarları tutmaq məqsədi ilə mümkün -
dür. Hüquq pozuntusu odlu silah işlətməklə törədilərkən və başqa cür nəticəyə
çatmanın mümkün olmadığı hallarda polis lazımi xəbərdarlıqdan sonra silahdan
istidfadə edə bilər. İnzibatçı personal zəruri müdafiə vəziyyətində «Polis haq -
qında» Qanunun 26-cı maddəsində göstərilmiş hallarda silah tətbiq edə bilər.
343
Açıq şəkildə cinayət xarakteri daşıyan əmrlər yerinə yetirilməməlidir. Bu şərt -
lərdən kənara çıxan və y a məqsədi aşan, prosedura açıq şəkildə zidd qaydada
silahdan istifadə inzibati orqanın məsuliyyətinə səbəb olur.
Fransız hüquq doktrinasında və məhkəmə praktikasında bu hallarda inzibati
orqanlara birbaşa icra səlahiyyəti verilir:
344
1) qanunlar açıq şəkil də səlahiyyət veribsə (məsələn, 3 İyul 1877 -ci il tarixli
Qanun hərbi xidmətin ehtiyacları üçün güc istifadəsina imkan verir);
2) qanunlar müəyyən inzibati hüquqi akta qarşı çıxanlar haqqında cəza nəzər-
də tutmursa;
3) fövqəladə hallarda, ictimai təhlükəsizliklə bağlı təcili hallarda və qəti zəru -
rət varsa.
343
Polisin fiziki güc tətbiq edə biləcəyi hallar da eyni maddədə tənzimlənib.
344
Vedel, s.152.
|