Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I


c. Yoxlama və nəzarət səlahiyyəti



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə275/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   789
inzibati-huquq

c. Yoxlama və nəzarət səlahiyyəti

İstər lisenziya, istərsə də qeydiyyata alma kimi mühafizə aktlarından sonra,

əlbəttə, inzibati orqanlara bu fəaliyyətləri qanunda göstərilmiş prosedura uyğun

yoxlamaq səlahiyyəti də verilməlidir. Əks halda, inzibati orqanlar şəxslərin qa-

nunvericiliyə uyğun davranmalarına, lisenziya şərtlərinə əməl etmələrinə nəza -

rət edə bilməyəcək, ictimai qaydanı təmin edə bilməyəcəklər.

Burada yarana biləcək problemlər bu yoxlama və nəzarətin hansı sıxlıqla və

hansı dərəcədə aparıla biləcəyi ilə bağlı ola bilər. Əslində, bu məsələlər qanun-

vericiliklə tənzimlənməlidir, amma etiraf etməliyik ki, bu məsələdə inzibati or -

qanların  xeyli  geniş  mülahizə  səlahiyyətləri  var.  Bununla  belə,  bəzi  meyarlar

olmalıdır. Yoxlamalar icra edilən fəaliyyətə maneçilik törətməməlidir, məsələn,

sahibkarlıqla məşqul olan şəxsin fəaliyyəti yoxlanılırsa, yoxlama onun müştəri -

lərini qaçırmamalı və  müvəqqəti də olsa, iş  yerinin bağla nmasına səbəb olma-

malıdır. Əks halda, yoxlama



hüquqazidd

olacaq, vurulan ziyanı isə inzibati or-

qan ödənmək məcburiyyətində qalacaq. Belə halda yoxlama nəticəsində sahib -

karın  fəaliyyətində  hüquq  pozuntularının  müəyyən  edilməsi  inzibati  orqanın

qanunsuz davanışlarını hüquqa uyğun hala gətirməməlidir.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə