a. Lisenziyalaşdırma
Lisenziya (icazə) üsulu idarəetmə orqanlarının bəzi fəaliyyətləri əvvəlcə -
dən yoxlaması və lazım gələndə əngəlləyə bilməsi üçün nəzərdə tutulub. Bu
üsulla administrasiya yoxlama nəticəsində müəyyən fəaliyyətə icazə və lisen-
ziya vermək məsələsini həll edir. Lakin burada hüquqi dövlət və şəffaflıq prin -
sipləri əsasında lisenziyanın verilməsi üçün hansı şərtlərin tələb olunduğu qa -
bağcadan bildirilməlidir. Lazımi şərtlərə əməl edənlərə rədd cavabının verilmə -
si ilə bağlı administrasiyaya mülahizə sərbəstliyi nin (diskresyon səlahiyyətin)
verilməsi mümkündür.
336
İcazə üsulunda mühafizə orqanının icazə vermə səla -
hiyyəti
bağlı səlahiyyət
ola biləcəyi kimi, sərbəst dəyərləndirməyə əsaslanan
mülahizə səlahiyyəti də ola bilər. Birinci halda müəyyən və obyektiv şərtlərə
cavab verənlərə və ya şərtl əri yerinə yetirənlərə icazə verilməməsi hüquqa zidd
olacağı kimi
337
, ikinci halda da administrasiya bərabərlik prinsipinə əməl
etməklə, mülahizə səlahiyyətindən hüquqi hədlər daxilində istifadə etməlidir.
«İnzibati icraat haqqında» Qanunun 61.3-cü maddəsinə görə, inzibati akt disk-
resion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan mülahizələrini
dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
b. Qeydiyyat
Qeydiyyata almada məqsəd nədir? İnzibati orqan müəyyən fəaliyyətlərin
icrasından xəbərdar olsa, lazımi hallarda uyğun tədbirləri görmək imkanı qaza-
nar. Qeydiyyatdan sonra da fəaliyyət mühafizə səlahiyyətlərinin predmeti ola-
raq qalır, fəaliyyət ictimai qaydanı pozma təhlükəsi yaradarsa, mühafizə orqan -
ları hadisəyə müdaxilə edə bilərlər.
338
Məsə lən, fiziki şəxs qismində sahibkarlıq
336
Lisenziyalaşdırmada administrasiyaya mülahizə səlahiyyəti ancaq milli təhlükəsizlik ilə əlaqədar
məsələlərdə və məhdud lisenziya üçün birdən çox iddiaçı olduqda (yarışma) hallarında tanına
bilər. Əksinə tənzimləmə, idarəetmədə şəffaflıq və hüquqi müəyyənlik prinsiplərini poza bilər.
337
Lisenziyanın verilməsində, diskresyon səlahiyyətin tanınmaması, lisenziyalaşdırmanın qeydiyyat
şəklini alacağını irəli sürməyə imkan verirmi?
338
Gözübüyük, Tan, I Cild, s.489.
|