C. MÜHAFİZƏ SƏLAHİYYƏTİNİN TƏTBİQİNİN HƏDLƏRİ
1. Ümumi qeydlər
Administrasiya mühafizə fəaliyyəti ilə şəxslərin davranışlarını və fəaliy -
yətini yoxlayır, tənzimləyir və lazım olanda onlara müdaxilə edir. Bu nəzarət,
tənzimləmə və müdaxilə hara qədər uzana bilər? İnzibati orqanın mühafizə
(polis) səlahiyyətindən istifadə edərək aparacağı yoxlama, tənzimləmə və mü -
daxilənin hədləri necə olmalıdır?
345
Vedel, s.153.
346
Giritli İsmet, Akgüner Tayfun.
İdare Hukuku Dersleri,
Filiz Kitabevi, İstanbul, 1987, s.164,
Duran, s.418.
347
Kərimov Səyyad, Vəliyeva Günəş,
İnzibati İcraat Haqqında AR Qanunu Kommentariyası,
Hüquq Ədəbiyyatı Nəşriyyatı, Bak ı 2006, s.435.
348
İİHQ-nun 85-ci maddəsində göstərilib ki, cərimə qanunvericilikdə nəzərdə tutulduğu halda tətbiq
edilə bilər və fiziki şəxslər üçün şərti maliyyə vahidinin 3 – 40 misli arası, hüquqi şəxslər üçün 3
– 300 misli arası təyin edilə bilər. Məsələ mürəkkəbdir, lakin buradaki cərimə inzibati cəza
növündə cərimə kimi deyil, ancaq məcburetmə vasitəsi kimi nəzərdə tutulmuşdur. Məsələn, qa -
nunvericilikdə bunun üçün müəyyən edilməmiş yerlərə zibil atılmasına görə inzibati cərimə növlü
sanskiya nəzərdə tutulmayıb. Belə olan halda, ətrafı zibilləyən şəxsə əvvəlcə xəbərdarlıq edilir,
müəyyən müddət ərzində o, zibilləməyə son qoymasa, cərimə olunacaq.
|