Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə277/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

156

nın  icrasına  “zor  göstərmə” şəklində əngəlləmə  varsa,  bu  da  CM-in  315-ci

maddəsinə görə məsuliyyətə səbəb olur. Lakin burada vurğulamaq lazımdır ki,

hər bir mühafizə aktına əməl edilməməsinə görə  mütləq qaydada sanksiya tət -

biq edilmir. Sanksiya varsa, bu, formal qanunda göstərilməlidir. Məsələn, İXM-

in 23-cü Fəsli idarəçilik qaydaları əleyhinə olan inzibati xətaları nəzərdə tutur.

Bu  fəsildə  göstərilmiş  xətalar  əsasən  normativ  sənəd şəklində  olan  mühafizə

aktlarındakı  tələb  və  standarların  pozulmasından  meydana  gələn  inzibati  xəta-

lardır –  məsələn, İXM-in  316-cı  maddəsi  yanğın  təhlükəsizliyi  standartlarının,

normalarının  və  ya  qəbul  edilmiş  qərarın  yerinə  yetirilməməsi  sanksiyalarını

tənzimləyir.

Sanksiyalardan bəzilərini administrasiya da təyin edə bilər.  Bunlar daha çox

cərimə  növlü  sanksiyalardır.  Məsələn,  gecə  saat  24.00 –  07.00  arası  qonşuları

narahat  edəcək  dərəcədə  səs-küy  salanlara əvvəlcə  xəbərdarlıq  edilə  bilər.  La -

kin onlar səs-küy salmağa davam etsələr, cərimə olunurlar (İXM, m.306).

Faktiki olaraq inzibati hüquq pozuntularına qarşı nəzərdə tutulan sanksiya-

lar təkcə İXM-də göstərilməyib. Onların nəinki qanunda, hətta inzibati norma -

tiv aktlarda da nəzərdə tutulması mümkündür. Məsələn, 17.01.2000 -ci il tarixli

Bakı  ŞİH-nin  “Bakı  şəhərində  ticarət,  ictimai  iaşə  və  xidmət  obyektlərinin

yerləşdirilməsi tələbləri” adlı aktında belə qaydalar nəzərdə tutulub.

İnzibati orqanın təyin etdiyi sanksiyanı administrasiya icra edirsə, belə hal-

da  maraqlı  şəxs  onun  qarşısını  almaq  üçün  məhkəməyə  müraciət  etməl idir.

Sanksiyanın icrası (məsələn, cərimənin ödənilməsi) idarə olunana aiddirsə, belə

halda  məsələ  bir  az  mürəkkəbdir.  Yol  hərəkəti  qaydalarının  pozulmasına  görə

şəxs inzibati tənbeh kimi təyin edilən cəriməni ödəmirsə, onun sürücülük vəsi -

qəsi  DYP  (yeni  adı  ilə  YPX)  orqanında  qalır.  Sürücü  avtomobili  idarə  etmək

istəyirsə,  bir  ay  ərzin -də  cəriməni  ödəməlidir. Digər  tərəfdən,  yenə  DYP

qulluqçusunun  göstərişlərinə  ( məsələn, «saxla» əmrinə) əməl  olunmalıdır,  bu

mühafizə  atkının  yerinə  yetirilməməsi  də  inzibat i  xəta  sayılır.

341


  İctimai  iaşə

obyektləri cərimələri zamanında ödəmirlərsə, obyektin bağlanması mümkündür

(Bakı şəhəri üçün).

342


Mühafizə  aktını  maraqlı  şəxsin  icra  etməməsinə  görə  sanksiya  nəzərdə

tutulmayıbsa,  aktı  idarəetmə  orqanları  özləri  məcburi  qaydad a  icra  edə  bilər.

Nəzəriyyədə  olan  bu  prinsip  «İnzibati  icraat  haqqında»  Qanunla  təsdiqlənib.

Bu, Qanunun 8-ci fəslində göstərilib.

341

Qüvvədə olan «Yol hərəkəti haqqında» Qanun belə hallarda polisə maşını saxlamayan sürücünü



təqib etmə hüququ vermir; sürücü cinayət törətdikdə təqib oluna bilər.

342


Bunu nəzərdə tutan normativ sənədi BŞİH qəbul edib və başqa rayonlarda bənzər qanunvericilik

aktı yoxdur.





Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə