Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə282/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   278   279   280   281   282   283   284   285   ...   789
inzibati-huquq

İnzibati hüquq

159

Şəxslərin bəzi davranışları və fəaliyyətləri qanunlarla cinayət və inzibati xəta

sayılaraq qadağan edilib və onlara görə sanskiya  müəyyən edilib. İnzibati mü -

hafizə  bu  cür  davranışa,  fəaliyyətə  müdaxilə  edə  bilər  və  onları  qadağan  edə

bilər. Bu cür davranış və fəaliyyət baxımından hər hansı problem yoxdur.

Şəxslərin  qadağan  edilməmiş  davr anışlarına,  fəaliyyətlərinə  gəldikdə  isə

bunların yoxlanması, tənzimlənməsi və lazım olanda əngəllənməsi baxımından

mühafizə  səlahiyyətlərinə  bəzi  hədlər  qoyulub,  bunlar təbii  ki  olmalıdır, çünki

əks  halda  liberal  dövlət  prinsipləri  ağır  şəkildə  pozulmuş  o lardı. Mühafizə

səlahiyyətlərinə  qoyulan  hədlər, müvafiq fəaliyyətin  əsas  hüquq  və  azadlıq

olub-olmadığına  görə  dəyişir.  Cinayət  qanunu  və  başqa  qanunlarla  qadağan

edilməmiş  fəaliyyət lər Konstitusiyada əsas  hüquq  və  azadlıq  kimi  nəzərdə

tutulubsa, konstitusion təminat altına alınmış sayılır. Deməli, bunlar üzərindəki

mühafizə səlahiyyətlərinə hər şeydən əvvəl konstitusion hədlər qoyulub. Ayrıca

mühafizə  səlahiyyətləri,  mühafizə  aktları  ilə  tətbiq  ediləcəyinə  görə  bu

konstitusion  hədlərdən  başqa  mühafizə  akt ının  inzibati  akt  kimi  tabe  olduğu

başqa  qaydalar/hədlər  da  var.

Qanunvericilik ilə  cinayət/inzibati  xəta

sayılmayan  davranış  və  fəaliyyətlərin  bir  hissəsi  isə  hüquq  və  azadlıq  olaraq

nəzərdə  tutulmayan  davranış  növləridir.  Belə  fəaliyyət  olduqda  mühafizə

səlahiyyətlərinin konstitusion hədləri nəzərdə tutulmasa da, mühafizə aktlarının

tabe olduğu başqa qayda və hədlər nəzərə alınmalıdır. «İnzibati icraat haqqında»

Qanunun  müəyyən  etdiyi

qanunçuluq  prinsipi

  də  mühafizə  səlahiyyətlərinin

tətbiqində hakim meyar kimi nəzərə alınmalıdır.


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə