Dərs vəsaiti Bakı 2010 q a f q a z ü n I v e r s I t e s I



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə284/789
tarix12.04.2022
ölçüsü4,02 Mb.
#85384
növüDərs
1   ...   280   281   282   283   284   285   286   287   ...   789
inzibati-huquq

Fərhad Mehdiyev

160

ləşmək azadlığı, səmərəli hüqu q müdafiə vasitələri hüququ, bərabərlik və ayrı -

seçkiliyə  məruz  qalmamaq  hüququ,  mülkiyyət  hüququ,  təhsil  almaq  hüququ,

seçki  hüququ  kimi  hüquqlardır.  Konvensiyanın  qoruma  mexanizmi  bu  hüquq-

ları əhatə  edir. İnzibati  orqanların  bu  hüquqlara  müdaxiləsi  zama nı  Konven-

siyadakı məhdudlaşdırma meyarları nəzərə alınmalıdır. Əfsuslar olsun ki, sosial

hüquqlar  Avropa  İnsan  Hüquqları  Konvensiyası  ilə  qorunmur.  Lakin  sosial

hüquqların  bir  hissəsi,  bəzi  hallarda,  mülkiyyət  hüququnu  əlaqələndirəbilər  və

belə  hallarda  Konvensiyanın  qorunması  altına  düşər.  Habelə  təhsil  almaq

hüququ  (təhsil  vermək  hüququ  buna  daxil  deyildir) Konvensiyanın  1-ci  Proto-

kolu ilə qorunur.

AR  Konstitusiyasının  III-cü  fəslindəki  hüquq  və  azadlıqların  sayı  Avropa

Konvensiyasında  göstərilən  hüquq lardan  genişdir.  Bəs  Konvensiyada  göstəril-

məyən konstitusion hüquqlar hansı qoruma mexanizmindən istifadə edəcəklər?

Məsələn, əmək hüququ və ya sahibkarlıq hüququ üzərində mühafizə səlahiyyət -

ləri həyata keçirilərkən inzibati orqanların bu səlahiyyətləri nə ilə məhdudlaşdı-

rılacaq?  Bəzi  konstitusion  hüquqlar  baxımından  Konstitusiyanın  özü  məhdud-

laşdırma  meyarı qoya bilər, amma bütün hüquqlar baxımından bu, nəzərdə tu-

tulmur. Bu  məsələdə qanuni tənzimləməyə hüquqi  dövlət prinsipləri və müha-

fizə səlahiyyət lərinin tətbiqinin qayda və prinsipləri tətbiq edilməlidir.

İdarəetmə  orqanlarının  hüquq  və  azadlıqlara  müdaxilə  etmə k  səlahiyyəti

məhz  mühafizə (polis) səlahiyyətidir.  Lakin administrasiya normativ aktla ona

səlahiyyət verilmədən bunlara müdaxilə edərsə, əslində, parlamentə aid səlahiy-

yəti icra edir və qanunsuz olaraq başqa orqanın funksiya/hakimiyyətinə müda -

xilə edir. Əslində, ictimai qayda, ümumi asayiş və ümumi sağlamlıq kimi məh -

dudlaşdırma  səbəbləri  bütün  hüquq  və  azadlıqlar  üçün  tətbiq  edilə  bilər.   Belə

halda,  parlament  administrasiyaya  bu  səbəblərə  dayanaraq  bir  çox  hüquq  və

azadlıqlara müdaxilə etmə səlahiyyəti verə bilər. Ancaq Konstitusiya parlamen-

tin  hüquq  və  azadlıqları  məhdudlaşdırmasına,  yəni  administrasiyaya  mühafizə

səlahiyyəti verməsinə hədd qoyub və bunlar Konstitusiyada göstərilib.

Lakin  etiraf  etmək  lazımdır  ki,  Konstitusiyada  göstərilən  hədlər  yetərli

deyil.  Bəli,  hardasa  demək  olar  ki,  Konstitusiyamız  çox  liberaldır,  hüquq  və

azadlıqların məhdudlaşdırılmasına yol vermir. Lakin Konstitusiyanın bu liberal

sistemi faktiki olaraq pozulur və pozulmalıdır, çünki cəmiyyət həyatının gedişi

bəzən bunu tələb edir. Nəticədə bir çox qanunumuz hüquq və azadlıqları Kons-

titusiyada göstərilən şərt və hədlər xaricində pozduğu üçün konstitusiyaya zid d

olur. Bu da ehtiyacdan yaransa belə, normalar ierarxiyasına, hüquq texnikasına,

hüquqi dövlət prinsipinə ziddir. Buna görə də, Avropa Konvensiyasında nəzər-

də  tutulan  məhdudlaşdırma  şərtləri  Konstitusiyada  əks  etdirilməlidir. Pozitiv




Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   789




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə